İcra başçısı müraciətlərə məhəl qoymur: Dərslər həyətdə qurulan çadırda keçirilir – FOTO – VİDEO
Füzuli rayonu Qayıdış qəsəbəsində yerləşən 8 №li tam orta məktəb uçma təhlükəsi ilə üz-üzə qalıb.
Bizimyol.info bildirir ki, Bu barədə azxeber.com-a Füzuli rayonunda yaşayan sakinlər məlumat veriblər.
Məlumata görə, 2000-ci illərin əvvəllərində təmir edilən məktəb hazırda çökmə təhlükəsi ilə üz-üzə qalıb. Sinif otaqların bəziləri artıq istifadəyə yararsız olduğu üçün məktəbdə dərslər həyətdə qurulan çadırda keçirilir.
Sakinlərin sözlərinə görə, Erəmənistanla təmas xəttində yerləşən ərazi olduğu üçün atışma zamanı məktəb binası daha çox silkələnir ki, bu da hər an onun uçması ilə nəticələnə bilər.
Məktəbdə hazırda təhsil olan 300-ə yaxın şagird dərslərin həyətdə qurulan çadırda keçirlər.
Sakinlərin sözlərinə görə, Fizuli rayonunun icra başçısı Alı Aliyevə mövcud vəziyyətlə bağlı dəfələrlə məlumat verilsə də, başçı bir dəfə də olsun məktəbədəki vəziyyətlə yerindəcə tanış olmayıb. Mövcud vəziyyət isə olduğu kimi qalmaqdadır.
Məktəb binasının vəziyyəti ilə bağlı dəfələrlə Təhsil Nazirliyinə müraciət edilsə də, heç kim bu işdə sakinlərə kömək etməyib.
Qeyd edək ki, Füzuli rayonuna hər il dövlət büdcəsindən vəsait ayrılır.
Tarix: 12-12-2017, 20:27