Ağdam özünəxas musiqi, xanəndəlik ənənəsi olan, adı dillərdə dolaşan görkəmli sənətkarlar yetişdirən bu qədim diyar Azərbaycanın musiqi beşiyi kimi şöhrət qazanıb. Yaxşı deyiblər ki, burada bir uşağın qəlbinə dəyəndə o muğam üstündə ağlayar. Bütün bunları nəzərə alaraq keçmiş sovetlər dönəmində bu şəhərdə Ağdam Musiqi Texnikomu açılmış və tez bir zamanda ölkədə məşhurlaşmışdır. Bu sənət ocağı dahi bəstəkar Üzeyir Hacıbəyovun adını daşıyır. Həmin texnikomu bitirənlər Azərbaycanın musiqi xəzinəsinə, xanəndəlik sənətinə çox böyük töhfələr vermişlər. Qarabağda, ölkəmizdə və hətta keçmiş sovetlər birliyində şan-şöhrət qazanan məktəbə ustad sənətkarlar, məşhur xanəndələr, musiqişunaslar rəhbərlik etmişlər. Bu musiqi texnikomunun tələbələrindən ibarət məşhur «Şur» xalq çalğı alətləri ansablı Moskvanın Qurultaylar sarayında, digər xarici ölkələrdə konsert proqramı ilə çıxış edərək muğamlarımızı, xalq mahnılarımızı təbliğ edərək alqış qazanmışlar.Ağdamı Muğamdan uzaqlaşdıran direktorErmənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində həmin musiqi texnikomu da məcburi köçkün taleyi yaşadı. Bir neçə il başqa yerdə, o cümlədən Bərdə də fəaliyyət göstərən sənət ocağı hazırda Quzanlı qəsəbəsində yerləşir və Ağdam musiqi kolleci adı altında fəaliyyət göstərir. Ağdam Musiqi Kollecinin bu günkü durumu ilə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar isə ortaya ilginc nəticələr qoyub. Həm məcburi köçkünlük, həm də digər subyektiv səbəblər nəticəsində bu qədim tarixi olan musiqi ocağının şöləsi gündən-günə zəifləmiş və deməkolar ki, sönmüşdür. Araşdırma nəticəsində məlum oldu ki, son 20 il müddətində həmin musiqi kolleci Azərbaycan musiqi sənətinə, xanəndəlik məktəbinə bir nəfər də olsun istedad verə bilməyib. Daha bir biabırçı fakt Ağdam Musiqi Kollecinin Respublika Muğam Musabiqəsində heç bir tələbəsi nəticə göstərməyib. Halbuki, bu illər ərzində həmin məktəbə milyonlarla manat dövlət vəsaiti xərclənib. Buna baxmayaraq həmin kolleci bitirən tələbələr necə deyərlər öz kəndlərindən uzağa qol-qanad aça bilməyiblər.
Bunun müxtəlif səbəbləri vardır. Onlardan birincisi Musiqi kollecinə iyirmi ilə yaxındır ki, bacarığı və musiqi təhsili çox zəif, musiqidən və xanəndəlikdən çox-çox uzaq olan Laura Ağayeva adlı bir nəfər rəhbərlik etməsidir.
Ağdam Musiqi Kollecində “məktəbin bəzəyi tələbə, tələbənin bəzəyi isə puldur” prinsipi Ötən illər ərzində adı çəkilən musiqi ocağı Azərbaycan musiqisinə layiqli bir istedad bəxş edə bilməsə də nədənsə tələbələrin sayı idən ilə artmışdır. Haqlı olaraq sual yaranır: nəyə və hansı səbəbə görə bu tələbələrin sayı durmadan artmışdır?! Bunun səbəbini Laura Ağayevadan yaxşı bilən tapılmaz. Bu qadının “fərasəti”, “qabiliyyəti”, “nəyi necə edə bilməsi”, “əl-əli yuyar, əl də qayıdıb üzü yuyar” prinsipi ilə işləməsi nəinki Ağdamda, qonşu rayonlarda, eləcədə respublikada “yaxşı” məlumdur. Onun məşhur “məktəbin bəzəyi tələbə, tələbənin bəzəyi isə puldur” sözü indi dillərdə dolaşır. Sözün kəsəsi, bu direktor korrupsiya və rüşvətin əsl anasıdır, onun sözünün üstünə söz deyən cürət edə bilməz. Hər şeydən əvvəl ona görə ki, o kiminlə, harada, nə vaxt, hansı şəraitdə görüşməyi çox yaxşı bilir. Misal üçün, keçmiş icra başçısı ilə yaxınlığı sayəsində uzun illər boyu yuxarıda adı çəkilən təhsil ocağına həmin qadın sözün əsl mənasında qan uddurub. Yəni bu işin mahir ustasıdır. Ağdam camaatı hər dəfə söhbət düşəndə deyirlər ki, Ermənistanın hərbi qüvvələri Ağdam rayonunun ərazisinin 70 %-ni işğal etmişdirsə, Laura Ağayeva Qarabağ musiqisini yüz faiz işğal etmiş və istismar altında saxlayır. Bu sözlər də rayonda el arasında artıq zərb-məsələ çevrilib.
Ağlagəlməz məktəb “pripiskası”: 400 tələbə “yoxa çıxıb”? Laura Ağayeva hər tədris ilində rayon icra hakimiyyətinə təqdim etdiyi hesabatda kollecdə 314 nəfər (həm əyani, həm də qiyabi şöbələrində) tələbənin təhsil aldığını göstərmiş və öz mübarək imzası ilə həmin hesabatı təsdiq etmişdir. Halbuki, cumhuriyyet.az olaraq apardığımız araşdırma zamanı rayon statistika şöbəsindən əldə etdiyimiz məlumatda göstərilir ki, hər tədris ilində həmin kollecdə 700-dən artıq tələbə təhsil alır. Bəs onda hesabatda göstərildiyi rəqəmdən artıq olan 473 nəfər tələbə harada təhsil alır?! Həm rayon statistika şöbəsinin, həm də rayonda dərc olunan “Ağdam” qəzetində dərc edilmiş statistik rəqəmlərdə yuxarıda
dediyimiz 700-dən yuxarı tələbə haqqında məlumat verilir. Öyrəndik ki, həmin rəqəmlər Laura Ağayeva tərəfindən rayon icra hakimiyyətinə təqdim etdiyi hesabatda gizlədilmiş, ora yalan məlumat vermişdir. 400-dən yuxarı tələbə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təyin etdiyi imtahanlardan keçmədən Ağdam Musiqi Kollecinin «halal-hümmət» tələbəsi olublar. Bunu isə Laura Ağayevadan başqa heç kəs bilmir. Bu qadın yalan hesabat verməklə həm Təhsil Nazirliyini, həm də rayon icra hakimiyyətini aldadıb. Özü də çox «məharətlə», «ustalıqla», «fəndgirliklə», «pedaqoji təcrubə» ilə və başqa üsullarla.
Xanandəlik sinifi belə ləğv edilibmişHamıya yaxşı məlumdur ki, bir vaxtlar həmin musiqi kollecində «Rast» xalq çalğı alətləri ansamblı fəaliyyət göstərib, görkəmli xanəndə Mayis Salmanov və Şahmalı Kürdoğlunun təşəbbüsü ilə yaradılmış həmin musiqi kollektivi böyük şöhrət qazanmışdır. 1987-ci ildə «Rast» dəsgahını Azərbaycan televiziyasında lentə yazdıran ansambl sonralar biganəlik ucbatından dağılmışdır. Iş o yerə gəlib çatıb ki, musiqi kollecinin tələbələri öz ad günlərində, kollecdə keçirilən tədbirlərdə Bərdə şəhərində toylara gedən ara çalğıçılarını və xanəndələrini tədbirə dəvət edirlər. Çox biabırçı, utandırıcı bir vəziyyətdir. Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə keçirilən Muğam musabiqələrində adı çəkilən kollecdən bir nəfər də olsun tələbə iştirak edə bilməyib. Görünür yuxarıda Ağdam camaatının söylədiyi sözlər öz həqiqi yerini tutur. Ölkədə aparılan siyasətə qarşı çıxan, öz tamahını, öz güzəranını, öz mənsəbini dövlət siyasətindən üstün tutan, milli mənəvi dəyərlərimizə hörmətsizliklə yanaşan Laura Ağayeva hansı sehirli qüvvəninsə köməyi ilə hələdə də Qarabağ musiqisinə ciddi ziyan vurur. Elə götürək sonuncu Muğam musabiqəsini. Həmin musabiqələrdə birinci yerə çıxan xanəndə Pərviz Haşımov Ağdam rayonunu təmsil edib. Həmin laureat A.Zeynallı adına musiqi kollecinin məzunudur. Sual yaranır: onlar öz doğma rayonlarında nəyə görə musiqi təhsili ala bilməyiblər? Ona görə ki, Laura Ağayeva musiqi kollecində xanəndəlik sinifini uzun illər boyu ləğv etmişdir.
Kollecdə işləyən bir neçə nəfər vicdanlı müəllimin söylədiyinə görə Laura Ağayevanın qara işlərı haqında çox adamın məlumatı vardır. Laura Ağayeva respubilkanın keçmiş rəhbəri Ə.Vəzirovun yaxın qohumu olduğu üçün hələ 20 il bundan əvvəl Ağdam Musiqi Texnikomuna direktor təyin olunmuşdur. Halbuki hələ o vaxt məktəbin müəllim kollektivi bu təyinata ciddi etiraz etmiş və bir neçə il yuxarı təşkilatlara yazılı və şifahi etirazlarımı bildirmişlər. Ilk gündən direktor kimi işə başlayan Ağayevanın işi-gücü ancaq rüşvət almaq, dövlətin məktəbə ayırdığı pulları hər hansı üsullarla ələ keçirərək mənimsəmək olmuşdur.
Ağdamın ermənilər tərəfindən işğalından sonra özünü daha sərbəst hiss edən L.Ağayeva heç nədən və heç kimdən çəkinməyərək açıq aşkar dövləti cinayətlər etməkdə davam edir. O, məktəbdə xalqımızın qan yaddaşı olan muğamlarımızın tədrisini özbaşına olaraq bağlamış, şöbəni ləğv etdirmiş və qocaman muğam müəllimlərini işdən qovmuşdur. Halbuki, bu gün ölkənin Prezidenti və onun xanımı Mehriban Əliyeva muğamlarımızı dünya səviyyəsində tanınmasında, onun tədrisində, təbliğində misilsiz işlər görürlər. Muğamlarımızın qənimi və düşməni olan L.Ağayeva isə ölkə başçısının siyasətinə qarşı çıxaraq xalqımıza qarşı mədəni terrorla məşğul olur. Dəfələrlə L.Ağayevanın tutduğu bu cinayət işlərində rayonun rəhbərlərinə məlumat verilməsinə baxmayaraq bu biabırçı və utandırıcı işlərin qarşısı alınmamışdır.
Yoxlamalar necə “yola verilir?”Dəfələrlə Təhsil Nazirliyinə və Maliyyə Nazirliyinə kollecdə baş verən qanunsuzluqdan, maliyyə fırıldaqlarından məlumat verilməsinə baxmayaraq heç bir əməli tədbir görülməyib. Gələn yoxlamalar isə başdan getdi işə baxıb, geri qayıdıblar. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə elə bu günlərdə növbəti maliyyə yoxlamasında məktəbi təftiş edən Maliyyə Nazirliyinin zona müfəttişi maliyyə fırıldağının üstünü açmadığına görə direktor L.Ağayeva tərəfindən ona «Mersedes» markalı avtomobil bağışlanıb. Məktəbdə tələbələrin qəbulu və oxuduqları dövr hamısı pullu aparılır. Ödənişli şöbəyə daxil olan tələbələrin ödəniş pulu 15 ildir dövlət büdcəsinə keçirilmir və L.Ağayeva o pulları hər il mənimsəyir. 20 ildir tələbələrə verilən təqaüdə ancaq tələbələr qol çəkir, pulları isə L.Ağayeva özü götürür. Son vaxtlar təqaüdlər bankomat kartları ilə verilsədə həmin kartlar direktor L.Ağayevanın yaxın adamında cəmləşib. Buna görə də narazı olan tələbələri direktor məktəbdən qovmaqla hədələyir. Müəllimlərin bəzilərinin dediklərinə görə, 15 ildir adı işdə, özləri isə faktiki olaraq məktəbdə olmayan 100 nəfər müəllimin adına yazılan dərslərin pulu, yəni dövlət büdcəsindən ayrılan vəsait L.Ağayeva tərəfindən mənimsələnir. Dərsə davamiyyət çox zəifdir. Bunun səbəbi var. Səbəb odur ki, imkanlı ailələrin uşaqları olan tələbələr il boyu dərslərdə iştirak etmir və bunun əvəzində direktora bir ilə görə 1000-1500 manat rüşvət verir. Bundan başqa məktəbin binasının təzə inşa olmasına baxmayaraq təmir-tikinti adıyla çoxlu büdcə vəsaiti mənimsənilir. Məktəbdə insanlığa və əxlaqa sığmayan, dillə deyiləsi mümkün olmayan hərəkətlərə yol verilir.
Xüsusi imtahan və davamiyyat qaydalarıKollecdə nizam-intizam başlı başına buraxılıb. Tələbələrin yuxarıda dediyimiz kimi böyük əksəriyyəti dərsə gəlmir və onların hər gün dərsdə iştirak etmələri haqqında yalandan qeydiyyat aparalırır. Bununla bağlı cumhuriyyet.az-ı məlumatlandıran mənbə deyir: “Direktorun katibəsi tələbələrə lazım olan arayışların verilməsi üçün onlardan 10 və 20 manat dəyərində pul alır”. Bunu bütün tələbələr və müəllimlər bilsədə və lazımı yerlərə məlumat ötürülsədə nədənsə direktor L.Ağayevaya gözün üstə qaşın var deyən tapılmır. Tələbələri və müəllimləri ciddi narahat edən aşağıda göstərilən məsələlərin araşdırılması hava və su kimi lazımdır. Ümid edirik ki, respublikanın baş prokurorluğu, korrupsiyaya qarşı mübarizə idarəsi, təhsil nazirliyi və yerli icra hakimiyyəti uzun illərdən bəri kollecdə baş verən qanunsuz əməllərin, mənimsəmlərin, rüşvət və korrupsiyanın qarşısını qanun çərçivəsində alacaqlar. Nəhayət, Ağdam musiqisi, xanəndəlik sənəti bu istismar və işğaldan xilas olunacaqdır.
Məktəbə qəbul olunan abuturiyentlərin qabiliyyət imtahanları qeyri-qanuni keçirilir. Belə ki, direktor L.Ağayeva həmin qabiliyyət imtahanlarına görə hər abuturiyentdən 1000-2000 manat rüşvət alır. Kollecdə semestr imtahanları formal və yaxud da heç keçirilmir. Bunun yerinə direktora küllü miqdarda pul ödənilir. Dövlət imtahanının bir gündə imtahan komissiyasının, tələbələrin iştirakı olmadan formal keçirilir və bunun səbəbini də direktor çox yaxşı bilir. Yüz nəfərdən artıq müəllimin adına yazılan maaş mənimsənilir və onların dərs jurnalları, iş planları başqa şəxslər tərəfindən yazılır. Hətta yoxlama sorağı eşidəndə direktor yuxarı kurs tələbələrini müəllim adı altında aşağı kurslarda dərs keçməyə vadar edir. kollecdə qiyabi şöbə tamamilə formal xarakter daşıyır. Məktəbə qeyri qanuni qəbul keçirən L.Ağayeva hər nəfərdən 4-5 min manat pul alır.
Çox maraqlıdır ki, kollecdə mühasibat şöbəsinin müdirinin ali təhsili yoxdur. Deyilənə görə həmin şəxs orta məktəbin 8-ci sinfini bitirib. Ezamiyyələr və göndərişlər saxta yazılır və mühasiblə əlbir olan direktor həmin pulları da mənimsəyir. Məktəbin bərk və yumşaq inventarları direktor tərəfindən balansdan silinərək ayrı-ayrı məqsədlər üçün istifadə olunur. Bu və digər faktlar əlimizin altında kifayət qədərdir. Bu barədə başqa bir yazıda ətraflı məlumat veriləcəkdir. Bir daha ümid edirik ki, aidiyyatı dövlət qurumları kollecdə baş verən qanunsuzluğun qarşısını tez bir müddətdə alacaqlar.
Tarix: 13-12-2017, 00:01