Prezidentin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdiyi şəxslər arasında Tərtərin icra başçısı Müstəqim Məmmədov da varPalitika.Az xəbər verir ki, bu mükafatı M.Məmmədov haqq edirdi. Onun cəbhə bölgəsinə rəhbərlik etdiyi dövrdə kənd təsərrüfatına göstərdiyi diqqət danılmazdır.
Tərtərdə baramaçılığın inkişafı ilə əlaqədar yeni tut bağları salınır. Bələdiyyə və xüsusi mülkiyyətə aid torpaqlarda tut tinginin əkilməsi üçün lazım olan şərait yaradılıb.
Ümumilikdə, cari ildə rayon ərazisində 139 min tut tinginin əkini planlaşdırılıb ki, bunuda artıq 30 mini əkilib. Hazırda tut tinglərinin əkilməsi proses davam edir.
Dekabırın 1-də təşkil olunan növbəti əkin zamanı torpağa 10 minə qədər Çin Xalq Respublikasından gətirilmiş ting basdırılıb.
Bundan əlavə, Tərtər rayonunda mühüm sosialyönümlü infrastruktur layihələri yerinə yetirilib, o cümlədən Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət Mərkəzi əsaslı təmir edilib.
Tarix-Diyarşünaslıq Muzeyi, Bayraq Meydanı, Gənclər Mərkəzi, Uşaq–Gənclər Şahmat Məktəbi, əlil və şəhid ailələri üçün ümumilikdə 110 mənzilli 4 yaşayış binası inşa edilib.
Təhsil müəssisələri və digər obyektlər istifadəyə verilmiş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb.
Tərtər şəhərinin içməli su təchizatı sistemi yenidən qurulmuş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb. Odur ki, icra başçısı “Əmək” ordenini almaqda haqq edirdi və buna layiq idi.
Tərtər şəhərinin prospekt və küçələrinə 8,6 kilometr asfalt-beton örtük salınıb. Şıxarx qəsəbəsində, Həsənqaya və Çaylı kəndlərində məskunlaşmış 78 məcburi köçkün ailəsi üçün fərdi yaşayış evlərinin, İncə çayı üzərində qəzalı vəziyyətdə olan körpünün tikintisi və Seydimli kənd tam orta məktəbində əsaslı təmir işləri başa çatdırılaraq istifadəyə verilib.
Prezident İlham Əliyevin Sərəncamına əsasən Tərtər şəhərində çoxmənzilli yaşayış binalarının təmirinə başlanılıb.
Palitika.Az xəbər verir ki, 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Tərtər rayonunda aparılan tikinti-abadlıq və quruculuq işləri 2017-ci ilin birinci yarısında uğurla davam etdirilib. Bu dövrdə 57 milyon 545,5 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, 3 milyon 988,1 min manat dəyərində əsas fondlar istifadəyə verilib.
İlin birinci yarısında kənd təsərrüfatı məhsulunun ümumi həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,5 faiz artaraq, 38 milyon 420 min manat təşkil edib. Onun 23 milyon 902 min manatı bitkiçilik, 14 milyon 518 min manatı heyvandarlıq sahəsinin payına düşür.
Cari ilin məhsulu üçün 26 min 34 hektar sahədə kənd təsərrüfatı bitkiləri, o cümlədən 9 min 843 hektarda dənli və dənli paxlalı, 6 min 316 hektarda texniki, 1 min 581 hektarda kartof, tərəvəz və bostan, 8 min 294 hektarda yem bitkiləri əkilib. 34 min 579,6 ton taxıl, 171 ton dən üçün qarğıdalı, 3 min 462 ton kartof, 7 min 664 ton tərəvəz, 1624 ton meyvə, həmçinin 4 min 610 kiloqram barama tədarük edilib.
Cari ildə texniki bitkilərin əkini əvvəlki ilə nisbətən 2 dəfə artmışdır. 3123 hektar sahədə pambıq, 1541 hektar sahədə şəkər çuğunduru, 1637,4 hektar sahədə günəbaxan əkilmişdir.
2016-cı ilə nisbətən pambıq əkini 3 dəfə, şəkər çuğunduru əkini 29,8 faiz, günəbaxan əkini 78,4 faiz artmışdır.
Ölkə başçısının tapşırığına əsasən rayonda ənənəvi əkin sahəsi olan pambıqçılığın inkişaf etdirilməsi üçün ardıcıl iş aparılmış, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan əlverişli torpaq sahələri müəyyənləşdirilmiş, sahələrin şumlanması, toxumla təchiz olunması və suvarılması üçün zəruri tədbirlər görülmüşdür.
Hazırda pambıq sahə-lərində becərmə işləri sürətlə və keyfiyyətlə həyata keçirilir. Sahələrdən bol məhsul götürülməsi üçün aqrotexniki qaydalara ciddi əməl olunur.
Rayonda heyvandarlığın inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqəmətində də işlər uğurla davam etdirilir.
Tərtər cəbhə xəttində yerləşən, ən gərgin döyüşlərin getdiyi rayonlarımızdan biridir.
Erməni işğalçılarının mütəmadi olaraq atəşkəs rejimini pozması, təxribatlara əl atmaq üçün dəridən, qabıqdan çıxması fonunda gərginlik yaşayan rayonda həyat qaynayır.
Bu qaynamanın səbəbi Tərtər camaatının təsərrüfat işlərində fəal olması və rayonun icra başçısı Müstəqim Məmmədovun gərgin iş qrafikidir.
RİH başçısı cənab Müstəqim Məmmədov dövlət başçısının tapşırığına əsasən hər həftənin müəyyən olunmuş günü kəndlərdə əhali ilə səyyar görüş-qəbullar keçirir.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, verilən təkliflərin icrası məqsədilə aidiyyatı üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verir.
Hazırda rayonda aparılan işlər sırasında mühüm yerlərdən birini də sahibkarlığın inkişaf etdirilməsidir. Dövlət başçısının təlimatı əsasında həyata keçirilən işlərin Tərtərdə də yüksək səviyyədə reallaşdırdığı müşahidə edilir.
Belə ki, Müstəqim Məmmədov rayonda sahibkarlığın inkişafı üçün zəruri olan bütün addımları atır. Bununla bağlı, hətta xüsusi nəzarət işləri də reallaşdırılır.
İcra başçısı özü də bildirir ki, dövlət tərəfindən iş adamlarına bütün dəstək verilir. Onlar üçün mövcud olan bütün bürokratik əngəllər aradan qaldırılır.
Tarix: 22-12-2017, 22:25