Aramızda qalsın və ya Biləsuvar reportajı

Aramızda qalsın və ya Biləsuvar reportajı Cəmiyyətdə insan və vətəndaş hüquları harınlıqdan quduzlaşmış məmurların ayaqları altına atılmış vəziyyətdədir.
Cəmiyyət insanları köləlik və manqurtluğa sürükləyən məddahlıq və yalanlardan ,gündəlik normaya çevirən korrupsiya və rüşvət üsullarından yararlanan məmurlardan qoruya bilmir. İşsizlikdən ,yavan çörək üçün günlərlə axtarışda olan sıravi vətəndaşlar bu həyatdan bezib,desəm yanılmaram.Sovet rejmi dağılandan bəri, total rüşvətxorluq korrupsiya ilə yerlibazlıq isə tayfabazlıqla əvəz olunub.Başqa cür ifadə etsək,bu iki faktoru birləşdirildi-yəni məhdud bir neçə zümrələrin əlində cəmləndi və proses davam edir.Bu gün milyonlarla insan hakimiyyətə olan inamını və eləcə iş yerlərini itirirlər. Bir ailənin üzvləri arasında yüksək vəzifəli insanları sayanda dəhşətə gəlməmək mümkün deyil.
Qardaş nazir,o biri qardaş polis rəyisi,digəri icra başcisı,bacı məktəb direktoru,gəlini bağca müdiri,yeznəsi şöbə müdiri,əmisi oğlu baş həkim...məncə kifayətdir.Cünki bir iri məmurun qohumlarını sadalasaq çox böyük siyahı alınar.Yəni onlardan olmayanların ,rüşvət verə bilməyənlərin bu olkədə yalnız muzdulu fəhlə kimi çalışmaq şansı var. Olkə başçısı dəfələrlə keçirdiyi müşavirələrdə məmurları tənqid hədəfinə alması,qismən də olsa bəzilərinin cəzalandırsa da hələ yetırincə deyil.Bu vəya digər məsələlər icyimaiyət arasında ən çox müzakirə olunan məsələdir. Biləsuvar rayonun sıravi vətəndaşları da işsızlikdən əziyyət çəkir ,günlərlə vaxtlarını çayxanalarda ,nərd,domino,topaz oyunları ilə qataraq nəsə qazanc əldə etmək ümidilə yaşayır .Bir qismi də sadəcə olaraq çay içirlər və müxtəlif söhbətlər edirlər. Bu söhbətlərdə ən çox günün tələbi ilə səsləşən aktual məsələlərlə prizmalardan yanaşılır. Günlərin birində mən də belə maraqlı söhbətlərin sahıbi oldum. Mənim qəzet oxuduğumu görən,təxminən mən yaşda olan dəbdəbəli geyinmiş bir nəfər söhbəti kəşfiyyat xarakterli idi. - -Hə nə oldu vaxt vardı Vergilər Naziri Fazil Məmmədov nazirlərin,sahıbkarların qapısını təpiklə açardı,onun bir sözünü iki eləyən yox idi.Deyəsən paxırı üzə çıxdı.Vəzifədən çıxan kimi yeznəsi 10 milyon pulu xariçə qaçırdı.Sən demə F.Məmmədov altda-altdan iş görürmüş.Keçmiş MTN çilərlə əlbir iş birliyi varmış.Eldar Mhmudovla birləşib 4,5 miyard vəsati xariçi ölkədə gizlədiblər.Bizim nazirlərdə belə həlləm-qəlləm işlərlə məşğuldursa ,onda biz kimdən ümid gözləyək.Bizim işimiz qalıb Allaha !

Beləliklə söhbətə girişən başqa birisi ,öz dərdindən başladı.Məlum oldu ki,06 hektar sahədə pambıq əkmişdi.Keyfiyyətsız pambıq toxumu olduğundan, təkrar səpin aparmışdı.Ziyanıda mülkiyyətçının hesabına ödənilmışdiə.Biləsuvar pambıq zavadunun direktoru var ey,- Qulam Əliyev ,bunun qəbuluna düşmək müşkül məsələdir. Pambıq beçərilməsi üçün bizə verilən dərman pereaparatları əksəriyyəti keyfiyyətsız və həddındən artıq baha qiymətə bizə sırıyırdılar.Pambiğı təhvil verəndə zibillik ,nəmlik adı ilə çəkinin başına elə oyun gətirirdilər ki ,fələk də baş açmaz.04 ton pambıq 2,5ton edirdilər.Kimə deyəsən?.Başımıza min oyun açırdılar. 01hektar pambıq sahəsinin beçərilməsinə 600-650 manat xərç çəkilir.Nəqiliyyat xərçləri məhsulun toplanmasını da əlavə etsək ,əkinçiyə palçıq ayaqlamaq qalır. Hektardan orta məhsuldarlıq biz üçün 15-20 sentnerdən artıq olmur.Bizim rayonun bəzi məmurlarının gözü doymur,100 hektarlarla torpaq sahələrini keçirdiblər əllərinə ,su kanallarinin əsas hissəsində ,özlərini” kral hesab edirlər,nə də yuxarılarda bunlara bir söz deyən var,olub çəzasızlıq mühiti,bezmişik. Beləliklə söhbətə girişən,başqa birisi :-,Bu “Azərsu”ASC nin görünür dayıs çox güçlüdür.5-6 il bundan əvvəl,Bizim Biləsuvar rayonunda kanalizasiya sistemi quraşdırmaq istədilər,rayonn küçələrində dərin səngərlər qazıb borular yerləşdirdilər.İş başa çatanda kanalizasiya sistemi işləmədi,məlum oldu ki,sistem düzgün quraşdırılmayıb.Bax beləçə ayrılmış dovlət vəsaitinin mənimsədilər.Bu günlər dövlət başcısı Biləsuvar rayonun içməli su təsərüfatını və kanalizasiya sisteminin yenidən qurulması ücün vəsait ayırdı.İşlərin görülməsini yenidən “Azərsu”ASC yə tapşırb.Bu başı bəlali cəmiyyəy Biləsuvar rayonun küçələrində sanki səngərlər qazır,rayonda nəqiliiyatın hərəkəti ifliç olub desəm bəlkədə yanılmaram. Çəmiyyət rayonun ,on mindən yuxarı əhalisi ,7500nəfər seçisi olan Xirmandalı kəndinə dövlət vəsaiti hesabına içməli su çəkməsi planlaşdırilmışdi.Kəndinin bir neçə küçəsinə,yəni min metrlik küçəni 500 metrinə qədər su borusu cəkildi,ümumi istifadə üçün.Xırmandalı kəndinin 10-15faizi bu içməli sudan istifadə edə bilməsi mümkündür.İçməli suyun verilməsində çox ciddi problemlər,mübahisələr yaranır,vaxt-aşırlı su kəsılir.Kəndin çox saylı sakinləri olkə başçisina qədər şikayətlər etsələrdə yalan çavablar yazmaqla işdərini bitmiş hesab etmişlər.Kimsə gəlib şikayətləri yerindəçə yoxlamayıb.Görünür bəzi yüksək çinli məmurlar özləri bu kimi anarxiyaya rəvaç verirlər. Söhbəti çayçının çay gətirməsi dəyişdi. Bizim yaxın stolda oturan kişi söhbətə ciddi reaksiya verdi: -Ə..əmi oğlu,bir partiya sədri var ey..Hafis Hacıyev cox düz danışır.Səhiyyə nazirimiz Oktay Şirəliyev özünü müalicə etdirmək ücün özü xariçi ölkəyə gedir,.buna güləsən yoxsa ağlayasan.Azərbaysanda mühasir şəraitə uyğun

xəstəxanalar tikilib,bahalı tibbi pereparatlar alınıb,savadlı həkimləri ona rüşvət vemədiyi ücün onları yaxına buraxmır,bivec ,savadsız həkimləri başına toplayanda belə olar də..Uzağa getməyən rayonun Xırmandalı kəndində, iki mərtəbəli xəstəxana binası 46 çarpayl ,poliklinkası olduğu halda,bu yaxınlarda rayona yeni təyin olunmuş baş həkim,fəlsəfə və tibb elimlər dokroru Nizami Mehdiyev mama məntəqəsıni ləğv edib.Baş həkimdən soruşanda niyə kəndin pama məntəqəsini ləğv etmisən cavabı çox qissa olur.Xırmandalı kəndinə ginigoloq həkim getmir.Amma,amması ondadir ki,bu kənddə həmişə mama və ginigoloq olub,nəisə görünür baş həkimin başqa tələbi var !.... Bizə yaxın stolda oturmuş ,saqqalli bir kişi qışqıra-qışqıra:-Ə..nə qoyub nə ataxtarırsız,görün yazan var? Ölkəmizin nefti,qazı,təbii sərvətləri ilə dünyada tanınan,amma özümüzə elə bil qəsd edirlər ,qazın,işığın qiyməti kəllə çarxa çıxır.Xariçi olkələrdən, ölkəyə keyfiyyətsiz ərsaq məhsulları gətirib ,öz dükanlarında bu yazıq millətə birə beş qiymətə sırıyırlar.Qiymərdər də ki,günü-gündən ildırım surəti ilə qalxır. Söhbətin bu məqamında çayxanaya bir kişi gəldi,əlindəki “Topaz”ı qonşu stolda oturan tanışına göstərib əlavə etdi: -12 komandadan bir yerdə” Qarabağ “Pomanın “oynunda çıxmışam.Heç kim inanmazdı ki,”Qarabağ” bu qədər qapısından top buraxaçaq.25 min əldən getdi,mənimki gətirmir də gətirmir... Tanışı əlavə edərək vurğuladı. -Yaza bilmirsən,yazma, o boyda idarənin müdiri işləyirdin,rəhbərliyin sözünə baxmadın çıxartdılar ,səni də ,indi gəlib,”Topaz”yazırsan,imkanın var,pulun da qalındı ..Get sahibkarlıqla məşğul ol,bizi də işə götür... Keçmış idarə müdiri əlindəki “Topaz”kağızını yumurlayıb zibil qabına tulladə.. -Ə həkim ,elə bilirsən sahibkar olmaq asandır.Sən bilmirsən ,Azərbaycanda sahlbkar, biznesmen adı formal xarakter daşıyır.Çünki ötən müddət olkədə elə bir təbəqənın formalaşmasına imkan vermirlər.Səbəbdə budur ki,bu sahəni məmürlar nəzarətə götürüblər.Hansı bir sahıbkarın ,biznesmenin ,fermerin fəliyyətini araşdırsan arxasında yüksək titullu şəxs çıxaçaq.Ölkədə qat-qat əmək haqqı aşağı olduğu halda ,Avropanı bəyənmirlər,texnalogiyanı ordan gətirirlər,müalicəyə ora gedirlə,Gizli mülklər alırlar,və s. Bizdə isə məhdud sayda olkədə xırda sahibkarlıq və ticarətlə məşğul olan insanlar işlərini aylıq” haqq”ödəməklə qurublar.İndi bildin vəziyyət neçədir?Yaxşısı budur get,mal-hevanlara iynə vurmaqla məşğul ol.Belə işlər haqqında heç düşünmə !..-Söhbətin şirin yerində çayçı zala müraciət edərək:

-Burda siyasəti yığışdırın ,eşidərlər,çayxananı bağlayarlar ,mən də qalaram işsiz. Arxa stolda oturmuş yaşlı bir kişi,ayağa qalxıdı,çayçının pulunu verərək,elə durduğu yerdən ,bu söhbətlər aramızda qalsın ,bilin ki,dünya yaranandan,sadəçə bir sabit yol var, bu Allahın yoludur .Bu yolun yolçuları isə düşünən,quran insanlardır.Hər yüyürən insan hələ yolçu sayılmaz.Düşünərək,inamla yüyürmək lazımdır.
Əlizadə Nəhmədağaoğlu 0556408124
Aramızda qalsın və ya Biləsuvar reportajı
Tarix: 23-12-2017, 16:03
Xəbəri paylaş





Xəbər lenti