Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin bazar oyunları biz sahibkarları intihar həddinə çatdırıb.
Göyçay rayon sakinləri Siam.az saytına şikayət məktubu ünvanlamışlar Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin bazar oyunları biz sahibkarları intihar həddinə çatdırıb.Göyçay Avtonəqliyyat" ASC-nin həyətində fəaliyyət göstərən kolxoz bazarının fəaliyyətinə xitam verməyə nail olan Mehdi Səlimzadənin əsil niyyəti heçdə antisanitariyaya qarşı mübarizə aparmaq deyilmiş. Vəzifə səlahiyyətlərindən sui-istifadə edən Mehdi Səlimzadə antinasitariya adı ilə "Göyçay Avtonəqliyyat" ASC-də fəaliyyət göstərən bazarı bağlatdırıb özü üçün şəhərin mərkəzində yerləşən Rəşid adlı şəxsə məxsus böyük binası olan mebel maqazinində yeni bazar açır.Həmin mebel maqazinində bazar kimi fəaliyyət göstərməsi məqsədə uyğun deyil.Çünki mebel maqazini yerləş\ən ərazi avtomobillərin gur gedib-gələn yerində yerləşir.Biz kasıbçılıqla zəhmətlə bir tikə çörəyini qazanan insanlar bu bazar bağlayıb bazar açma oynundan cana doymuşuq. Mehdi Səlimzadə öz marağına görə insanları kütləvi qırğına verməyə belə hazırdır.Vəzifə hərisi, korrupsiya xəstəsi olan Mehdi Səlimzadənin yaratdığı özbaşınalığın nəticəsində ötən gün iki məktəb direktoru intihara edib. Mehdi Səlimzadənin özbaşınalığının qarşısı alınmasa biz sahibkarlarda kütləvi şəkildə intiharlar edəcəyik.İnsanları intihar həddinə çatdıran Mehdi Səlimzadənin barəsində təcili və ciddi tədbir görülməlidir.
Qeyd edək ki, Mehdi Səlimzadənin açacağı həmin bazarın yerləşdirilməsi nəzərədə tutulan mebel maqazinin arxa tərəfindəki böyük ərazidə olan 50 dən çox böyük şam ağacları qanunsuz olaraq kəsilərək məhv edilib. Mehdi Səlimzadənin bu bazarına qardaşı oğlu Göyçay Gənclər Mərkəzinin müdiri Səməd rəhbərlik edəcək.Xəmir i alverlə, hər-mərciiklə yoğrulan bu əmi-qardaşoğlu öz tamahlarına görə biz sahibkarların bayramımızı qara gətimək istəyirlər.Həttda biz sahibkarlar xahiş etdik ki, heç olmasa bayrama kimi möhlət verin köhnə bazarda alverimizi edib yeni ildən sonra sizin bazara köçürülərik.Buna əhəmiyyət vermirlər.Biz mətbuat vasitəsi ilə Prezident İlham Əliyev cənablarına və birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edirik.Xahiş edirik bizi Mehdi Səlimzadənin zülmündən xilas edin. Əks təqdirdə biz kütləvi intihar edəcəyik.
Abdullayev Kamil Aydın oğlu
Allahverdiyev İlqar Kamil oğlu
Əliyev Sübhan Akif oğlu
Məmmədov Əyyub Zaman oğlu
Əkbərov Zakir Nuru oğlu Siam.az
Tarix: 24-12-2017, 21:07