Lətafət Məlikova : “İnsanları qorxudub pambıq yığımına aparırlar”

Lətafət Məlikova : “İnsanları qorxudub pambıq yığımına aparırlar”
Dekabrın 21-də Kürdəmir Mərkəzi Xəstəxanasının texniki işçilərinin pambıq yığımından qayıdarkən qəzaya düşdükləri bildirilir.

Bu barədə Kürdəmirdə yaşayan Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzinin sədri Lətafət Məlikova məlumat yayıb.

Lətafət Məlikovamövzu ilə bağlı AzadliqRadiosunun suallarını cavablandırıb. O, əvvəlcə bunları bildirib:

– Kürdəmirdə baş verən hadisənin bir adı var-məcburi əmək. İnsanları işdən çıxarmaqla qorxudub pambıq yığımına aparırlar. Əksəriyyəti də texniki işçidir, qarovulçu, xadimə, katibə, tibb bacıları. Məsələ ondadır ki, bu adamların maaşları çox cüzidir, iş yerlərini itirməmək üçün təzyiqlərə davam gətirmirlər. Təsəvvür edin ki, həmin xəsarət alanların hamısını xəstəxanadantələsikevə buraxıblar.

– Hadisə nə zaman baş verib və yalnız dövlət xəstəxanasının işçiləri məcburi şəkildə pambıq yığımına aparılır?

– Qəza dekabrın 21-də olub, bəli, dövlət xəstəxanasının işçiləri idi, rayonun birləşmiş xəstəxanası adlandırılır və daxilində poliklinika da var.

– Kürdəmirdə dekabrda pambıq varmı?

– Mən də xəsarət alanlardan bunu soruşdum, dedilər var. Camaatı məcbur edib pambıq əkdiriblər, indi də yığan yoxdur. Sahibkarlar pambıq əkib, amma onların bunu yığmağa işçiləri yoxdur, ona da kömək lazımdır. Rayon rəhbərliyi dəprezident İlham Əliyevə planı dolduracaqları haqda vəd veriblər. Ona görə də büdcə təşkilatlarının işçilərini məcburi qaydada pambıq yığımına aparırlar. Problem ondadır ki, təkcə pambıq yığmağa yox, küçə təmizləməyə də məcbur edirlər…

– Onların içində etiraz edənlər olurmu?

– Xeyr. Bugünlərdə biri torpaq payı ilə bağlı gəlmişdi. Onda dedi ki, Lətafət xanım bizi bir ara küçə təmizləməkdən xilas etdi. Amma yenə də heç nə dəyişmir, ağızlarını bağlayıb çıxırlar, niyə ağzınızı bağlayırsınız soruşanda da, utandıqlarını deyirlər.

– Bu barədə məlumatları yayandan sonra təzyiqlərlə üzləşirsinizmi?

– İnternetlə bağlı problemim yarandı, bəlkə yerli rəhbərliyin sifarişi ilə olub, dəqiq bilmirəm. Amma bəzi zənglər olub, qohumlar, dostlar vasitəsilə xahiş edirlər ki, etməsin belə şeylər, özləri birbaşa deyə bilmirlər.

QHT təmsilçisinin bu açıqlamasına Kürdəmir rayon Mərkəzi Xəstəxanasından və İcra Hakimiyyətindən, hələlik,münasibət almaq mümkün olmayıb. Amma pambıqdan qayıdarkən qəzada xəsarət aldıqları deyilən şəxslərin görüntləri çəkilərək sosial şəbəkələrdə və bəzi KİV-lərdə yayılıb.

KİV-lərdə belə halların baş verməsi ilə bağlı əvvəllər də məlumat və reportajlar yayılıb.

Müxalifət partiyaları belə hallrı qanunvericiliyə zid, ölkənin sovetlər dönəminə qayıtması kimi izah edirlər.

Yerli hakimiyyət orqanları isə bildiriblər ki, bu işə heç kim məcburi cəlb edilmir və hamının da haqqı ödənir.
Tarix: 24-12-2017, 23:15
Xəbəri paylaş





Xəbər lenti