Surxay Mirzəyevin yeni rüşvət qalmaqalı - 2000 manata müəlliməni geri qaytarmaq planı - ŞİKAYƏT
Tərtər rayon Buruc kənd sakini Qurbanova Rahilə Rəhim qızı tərəfindən şikayət daxil olub. Belə ki, Kənd orta məktəbdə baş verən qanunsuz əməllərə göz yuman Tərtər rayon Təhsil Şöbəsinin müdiri Surxay Mirzəyevin illərdir rayon təhsilini kor qoyması bir daha təsdiqin tapdı. Yarıtmaz fəaliyyəti ilə Qəhrəmanlar şəhərinin təhsilini məhvə aparan RTŞ müdiri kənd məktəbində baş verən qanunsuzluqlara göz yumaqda və öz maraqlarına xidmət göstərməkdədir. Redaksiyamıza müraciət edən R. Qurbanova qeyd edib ki, xəstəliyi ilə əlaqədar təhsil sistemindən bir müddətlik uzaqlaşmış daha sonra geri qayıtmaq üçün müraciətində ona zorla ərizə yazdıraraq işinə son verilmişdir. Məktəb direktoru Niyaməddin Aslanovun R.Qurbanovadan 2000 manat rüşvət tələb etməsinə laqeyd yanaşaraq məsələnin araşdırılması yönündə heç bir addım atmayaraq öz maraqlarına uyğun şəkildə direktorla hesablaşaraq məsələyə biganə yanaşmağa üstünlük verib.
Ardı var
Məsələ ilə bağlı araşdırmamız davam edir.
BakuNews.az
Tarix: 26-12-2017, 15:29