Dünya çempionu baş həkimin bazara çevirdiyi xəstəxananı ifşa etdi - Cəlilabadda!!!

Dünya çempionu baş həkimin bazara çevirdiyi xəstəxananı ifşa etdi - Cəlilabadda!!! Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında özbaşınalıqlar davam edir

Palitika.Az bir vətəndaşın başına gətirilən müsibətin hekayəsini hazırlayıb


Həmin şəxs tələbə olduğunu sosial şəbəkədə yazıb. Dediyinə görə, gecə radələrində başağrıdan yuxudan ayılıb və Cəlilabad RMX-na gedib.

“Bir saatdan çox tələbə yoldaşımla xəstəxananı dolaşdıq və heç kimi tapmayıb, kor-peşman, başımın ağrısı ilə ümidsiz şəkildə evə qayıdırdıq. Bu dəmdə yolda bir polis serjantı qabağımıza çıxdı və bizi saxladı.

Ona vəziyyəti izah etdikdən sonra sağ olsun, xəstəxanaya təkrar apardı. Orda 20 dəqiqə xəstəxananın qapısını taqqıldatdı.

Axırda sonradan adını öyrəndiyimiz Raci adlı biri qapını açdı: “Keçin içəri, gəlirəm” deyib yarım saata gəlib çıxdı.

Sonra kobud şəkildə “qanın normaldır daaa...” söylədi. Heç olmasa ağrıkəsici verilməsini istədim, dedi ki yoxdur.

İynə çıxarmamış “pulunu ver dəəə” deyib buranın dövlət xəstəxanası olduğunu unutdu. Mən tələbəyəm, dünya çempionuyam.

Tələbə yoldaşımın üstündə pul olmasaydı, o alverçi mənə iynə vurmayacaqdı. Ona tələbə kartımı göstərəndə dedi ki, burda belə kart keçərli deyil”,-deyə Cəlilabad səhiyyəsinin növbəti qurbanı belə yazır.

Şikayətçi yazır ki, böyrək xəstəliyindən əziyyət çəkir: “Mən dövlətdən heç nə tələb etmirəm. Amma ay Raci, sən kimsən ki, mənə “qaqaş, bu kart burda girmir” deyirsən?

Bütün bunlar nəzarətsizlikdən baş verir. Xəstəxanada gecə saatında növbətçi heyətdən heç kəs yoxdur. Bəlkə mən oğruyam xəstəxanaya girmişəm, bir adam qabağımıza çıxmır”.

Palitika.Az-ın verdiyi məlumata görə, bu vəziyyətin səbəbkarı rayonun baş həkimi İlham Əliyevdir.

Cəlilabadın səhiyyəsi metastaz verir. Rayonda tibb sahəsinin səviyyəsi qanqrena kimi kəsilib atılmalıdır.

Buna səbəbkar olan Cəlilabadın baş həkimi olan İlham Əliyev Səhiyyə Nazirliyini İrana, Gürcüstana və ABŞ-a güldürür.

Məlumdur ki, bu günlərdə Tiflisin bir klinika rəhbəri Azərbaycan səhiyyəsini ələ salmışdı. Demişdi ki, təkcə Gəncədən taksi şoferləri ona 8 min xəstə gətirir.

Amma xəstələrin Gürcüstana axını Gəncə ilə məhdudlaşmır. Cəlilabaddan da Gürcüstana və ən çox İrana xəstələr gedirlər.

Çünki İ.Əliyevin baş həkim kimi Cəlilabadda yaratdığı sistem ancaq ölümə, xəstənin ağırlaşmasına, səhv diaqnoza və rüşvətə xidmət edir.

Cəlilabad rayon Mərkəzi Xəstəxanasının baş həkmi dövlətin xəstəxanaya ayırdığı pulsuz dərmanları xəstələrə vermir, özünün bildiyi apteklərdə satdırır.

Siz bu xəstəxanada bir dənə belə pulsuz dərman görməzsiniz. Xəstələrə bütün dərman və lazım olan ləvazimatları pulla öz apteklərindən aldırırlar.

Xəstəxanada özünə sadiq həkimləri yığan baş həkim Mərkəzi Xəstəxanada əsl rüşvət bazarı açıb.

Ən böyük cinayət isə Mərkəzi Xəstəxananın doğum şöbəsində bilərəkdən aparılan qeysəriyyə əməliyyatlarıdır.

Cəlilabad Mərkəzi Xəstəxanasında xəstələrə pulsuz baxılması qadağandır. Vətəndaş ölsə belə, pulu yoxdursa xəstəxananın həyətinə belə buraxmırlar.

Məsələn, bir müddət əvvəl hərbi xidmət zamanı aldığı xəsarətdən dolayı əli çürəyən, Alar kənd sakini Hikmət Salayev dəfələrlə rayon xəstəxanasına müraciət etsə də, heç bir faydası olmamışdı.

Halbuki rayon Mərkəzi Xəstəxanasının balansında olan maşınlar üçün hər il on minlərlə manat vəsait ayrılır.

Yanacaq və ya ehtiyat hissələrinin pulu şəklində. Amma nə maşınlar saz vəziyyətdədir, nə də onlar üçün ayrılmış pullar təyinatı üzrə xərclənir.

Palitika.Az
Tarix: 26-12-2017, 21:05
Xəbəri paylaş





Xəbər lenti