Göyçayın bəzi kəndlərində sakinlər dolanşığın çətinliyindən və işsizlikdən gileylidirlər.
Çaxırlı və Mollahacılı kənd sakinləri BBC Azərbaycancaya deyib ki, sakinlərin çoxu qazanc dalınca Rusiya və Bakıya üz tutur.
Çaxırlı kəndində yaşayan ailələrin demək olar ki hamısının bir və ya bir neçə üzvü Rusiyadadır.Sakinlər başqa çarənin olmadığını vurğulayır, “məcburuq” deyirlər.
Mollahacılı kəndində isə gənclər iş tapa bilmədiklərini deyirlər.
Kimisi fəhləlik edir, kimisi də iş tapacağı günü gözləyir.
Onlar dolanşıq, kommunal xərclərini ödəməkdə çətinlik çəkdirklərini bildirirlər.
Sakinlər deyir ki, Göyçayda da Bakıda olduğu kimi “fəhlə bazarları” var.
Rusiya və ya Bakıya gələ bilməyən sakinlər isə həyətyanı sahələrində və pay torpaqlarında təsərrüfatla məşğul olurlar.
Ancaq torpaq heç də hər kəsi dolandıra bilmir.
Göyçay narı ilə məşhur olsa da, bu meyvə hər kənddə üz güldürmür.
Çaxırlı kəndində bəzi sakinlər dolanışıq yolunu həyətlərindəki nar ağaclarını xurma ilə əvəzləməkdə görür.
Deyirlər, bu kəndin torpağı nar üçün əlverişsizdir və ağacvların məhsuldarlığı azdır.
Xurma isə daha dözümlü və gəlir gətirən meyvədir.
Bundan başqa sakinlər heyva və alça ağaclarına da üstünlük verməyə başlayıblar.
Göyçay rayon İcra Hakimiyyəti bildirir ki, 2016-cı ildəki hesablamaya görə, rayon sakinlərinin 47 faizinin işlə təmin olunub.
Qurum rayonda cəmi 560 nəfərin işsiz status aldığını bildirir, işsizlik müavinəti alanların sayı isə 154 nəfərdir.
İcra Hakimiyyəti ötən il rayonda 1221 yeni iş yeri açıldığını da qeyd edir.
Tarix: 1-01-2018, 21:52