Məqatil Yunusov Sabirabad rayon Elektrik Şəbəkəsinə 4 aya yaxındır ki, rəhbər təyin olunub
Palitika.Az-a daxil olan məlumata görə, o, bu vəzifəyə 4-cü dəfədir təyin olunur. Hər dəfə işdən uzaqlaşdırılan M.Yunusov bu dəfə də həmin vəzifəyə təyin olunmağa nail olub. Onun gəlişindən sonra demək olar ki, hər gün 5-6 dəfə qısa fasilələrlə işığı söndürüb yandırırlar.
Bunun nəticəsində də insanların məişətdə istifadə etdiklər elektrik avadanlıqları tez-tez sıradan çıxır. İşıqların cərəyanı zəif olur, normal 220v əvəzinə 150v olur.
Bundan ən çox əziyyət çəkən, toy edən insanlar və işləri elektrik enerjisindən asılı olan işçilər əziyyət çəkirlər.
Sakinləri deyir: "Nə evlərimizi sərinlədə bilirik, nə zülümlə tapdığımız ərzağımızı sərində saxlaya bilirik. İki gündən bir işıqlarımız kəsilir, fasilələrlə verilir".
Sakinlər bildirir ki, bununla bağlı yerli işıq idarəsinin müdiri Məqatil Yunusova müraciət etmələrinə isə peşman olurlar:
"Sanki böyük bir işin sahibi kimi qarşısına çıxanı hədələyir, kimsədən çəkinmədiyini açıq şəkildə bəyan edir".
Şikayətçi düşən sakinlər bildirir ki, "Azərişıq"ın rəisi rəsmən Sabirabad sakinlərini üsyana körükləyirlər:
"Sanki məqsədli şəkildə naerazılıq yaradırlar ki, xalq etiraza qalxsın. Bizi bu istidə işıqla sımağa çəkənlər hansısa məsuliyyəti dərk edirlərmi?"
Palitika.Az-a daxil olan məlumata görə, “Azərişıq” sədri Baba Rzayevin onun əməllərindən xəbəri var. Artıq M.Yunusovun dosyesi hazırlanıb.
Bir müddət əvvəl Sabirabadın 10 kəndi ayağa qalxmışdı. Aksiyada işıq kəsilməsinə etiraz olunurdu. Ondan əlavə də məlum olmuşdu ki, Satış İdarəsi rayondakı ayrı-ayrı iaşə və digər obyektlərə satdığı elektrik enerjisinin pullarını alaraq, onları rəsmi qeydiyyata salmayıb.
Yəni, aylıq haqq müqabilində məsələni öz aralarında həll ediblər. Rübün sonunda isə məlum olub ki, böyük kəsir yaranıb.
Və bu boşluğu doldurmaq üçün həmin istifadə olunmuş və haqqı alınmış sərfiyyatı elektrik enerjisinin itkisi kimi sənədləşdirmək istəyiblər.
Bütün bu informasiyalar mərkəzə çatanda M.Yunusov işdən qovulmuşdu. Ancaq sonra təzədən vəzifəsinə qaytarılıb. Buna baxmayaraq, şikayətlər artır. Sakinlər deyirlər ki, bu posta rəhbər təyin etməyə kifayət qədər kadr var.
Palitika.Az
Tarix: 11-01-2018, 21:27