Alimpaşa Məmmədov Şəmkiri, Ramiz Yediyarov isə Gədəbəyi ayrıca dövlət elan edib? - İTTİHAM
Məlum olduğu kimi, martın 6-da Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin (DAMM) vitse-prezidenti, İctimai Nəzarət Koalisiyasının (İNK) sədri, dəyərli ziyalı, Prezidentə və dövlətə bağlı insan Rasim Məmmədovun rəhbərliyi ilə koalisiya üzvləri və bir qrup jurnalistlər Şəmkir və Gədəbəydə hüquqları pozulmuş insanları dinləyib, problemlrinə çarə qılmaq məqdəsilə görüşmək istəmişlər.
Lakin həm Şəmkir, həm də Gədəbəyin icra başçılarının göstərişi ilə polislər təxminən 30 nəfərlik heyyəti rayon ərazisinə buraxmadlar. Hətta iş o yerə çatdı ki, koalisiya üzvlərinin ulu öndər Heydər Əliyevin abidəsinə gül qoymasına belə imkan vermədilər. Adamda belə bir təssürat yaranırdıkı hansısa bir ölkəyə vizasız gəlmisən və həmin ölkənin hüquq-mühafizə orqanları departasiya edirlər. Şəmkirin və Gədəbəyin icra başçıları sözün həqiqi mənasında bizi rayondan deportasiya etdilər. Bəlkə həm Şəmkirin icra başçısı Alimpaşa Məmmədov, həm də Gədəbəyin icra başçısı Ramiz Yediyarov bu iki rayonu Azərbaycandan ayırıb müstəqil dövlət qurublar, xəbərimiz yoxdur. İstənilən halda Azərbaycan vətəndaşının ölkə ərazisində sərbəst hərəkətinə mane olmaq hüquq pozuntusudur. Hər iki icra başçısının yarıtmaz fəaliyyəti nəticəsində əhalinin dövlətdən və prezidentdən narazı salması artıq yuxarılara da məlumdur. İnanırıq ki, 11 aprel prezident seçkilərindən sonra öz kürsüləri ilə vidalaşacaq icra başçıları sırasında Alimpaşa Məmmədov və Ramiz Yediyarov öncüllərdən olacaqlar.
Səfər təəssüratları barədə DAMM-nın vitse-prezidenti və İNK-nın sədri Rasim Məmmədovun öz facebook səhifəsində paylaşdığı yazıya ictimayət nümayəndələri tərəfindən maraqlı şərhlər yazılmışdı. İnanırıq ki, yazı və şərhlər “Təzadlar”ın oxucuları üçün də maraqlı olacaq.
Ona görə də həm R.Məmmədovun yazısını və ona yazılmış şərhləri olduğu kimi təqdim edirik.
Rasim Məmmədovun yazısı:
- Gədəbəy və Şəmkir rayonuna səfər etdiyimiz və bu zaman rayon rəhbərliyi tərəfindən bizə qarşı qeyri qanuni hərəkətlərin edilməsi həmin rayonun əhaalisi tərəfindən hiddətlə qarşılanıb. Hər iki rayondan daxil olan məlumatlarda bu rayonlarda büdcə maxinasiyaları və sahibkarların hüquqlarının pozulması halları barədə çoxsaylı faktlar göstərilir .Bu faktlardan diqqətimizi daha çox çəkən bir neçəsini ictimailəşdirməyi vacib sayırıq. "Məlum olduğu kimi, cənab prezident ölkədə işsizlik səviyyəsinin aşağı salınması üçün rayon icra hakimiyyətlərinə insanların müvəqqəti ictimai işlərə cəlb edilməsi barədə tapşırıq verib, bu məqsədilə icra hakimiyyətlərinə əlavə vəsait ayrılmasını təmin edib.Həmin vəsait işsiz, aztəminatlı vətəndaşların minimum əmək haqqı müqabilində işlə təmin edildiyi podratçı təşkilatlara köçürülməsi üçün nəzərdə tutulub.Lakin sözügedən rayonların icra başçıları bu vəsaitləri xəbəri olmadan ayrı ayrı vətəndaşların kart hesablarına köçürərək mənimsəyib.Podratçı təşkilat olaraq hər iki rayonda əsasən "Kamalxoz"idarələri seçilib. Bu proses 2016 , 2017 ci illəri əhatə edib və hazırda da davam edir. Ayrıca olaraq Gədəbəy rayonu ilə bağlı bir fakt da marağımıza səbəb oldu. Verilən məlumata görə rayon icra hakimiyyəti tərəfindən 1000 manat rüşvət müqabilində rayonda yüzlərlə mülki şəxs qismindən olan vətəndaşa saxta Qarabağ müharibəsi veteranı statusu verilib ki, həmin şəxslər mühabədə iştirak etməyiblər. Göstərilən faktlarla bağlı korrupsiyaya qarşı mübarizə idarəsinə, Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyi nəzərdə tuturuq.
R.Məmmədovun yazısına şərhlər
Əzəd Alıbəyli:
AY RASİM MƏLİM SİZDƏ GETİZ YAZIQ VETARANA İLİŞDİZ OLMAZ AXI YƏNİ NAZİRLİYƏ ÇATDIRARSINIZ Kİ, VETARAN ÖLSÜN, YAZIQ 50 MANAT ALIR, ONUN DA 50 MANATINI ƏLİNDƏN ALSINLAR? ELƏ SİZ İCRANIN NƏ QƏDƏR YEMƏSİNDƏN DANIŞIN SİZƏ YARAŞMIR BU HƏRƏKƏT. BELƏ ÇIXIR Kİ SİZ DƏ DÜŞMÜSÜNÜZ KASIBIN ÜSTÜNƏ REKLAM ÜÇÜN. BELƏ ÇIXIR Kİ, ONSUZ DA İLHAM ƏLİYEV ...ALLAH QORUSUN... KASIBLARA SOSİAL BİZNES PLAN NƏZƏRDƏ TUTULUB Kİ, BU DA KASIBLARA KÖMƏKDİ. BU DA OLSUN VETARANA KÖMƏK. SİZİN YAZMAĞINIZDAN BELƏ ÇIXIR Kİ, 50 MANATI KASIBIN ƏLİNƏN ALDIRMAQ İSTƏYİRSƏN GÖZLƏMƏZDİM DOĞRUSU.
Rasim Məmmədov:
Xanım, yaxşıca oxuyun saxta müharibə veteranına sizin ehtiyacınız varsa, qoy, Ramiz Yedigarov onların kartlarını istifadə etsin.
Almaz Alıqızı Allahverdiyeva:
İnsallah ki, bu məmurlar haqqında tezliklə ölçü götürülər! Bir icra başçısı necə deyə bilər ki, “sənin oğlun mənim yolumda şəhid olmayıb”. Yaxud da “ağlı vardı, şəhid olmayaydi!” Əlləri öpüləcək, şəhid ailələrinə bu qədər biganəlik olmaz!
Akif Nəbiyev:
Rasim müəllim, prezidentin ətrafında belə bir ordu yığıb bu rüşvətxor şərəfini itirmiş məmurları silib-süpürmək lazımdır. İnanın ki, bunu etmək mümkündür. Sadəcə, buna dəstək və istək lazımdır.
Əsəd Alıbəyli:
RASİM MÜƏLLİM, MƏN BİLİRƏM SİZ NƏ YAZMISINIZ. AMMA BAŞ AĞRIYANDA YEDİYAROV ADI ÇƏKİLMƏYƏCƏK. BÜTÜN O 50 MANAT ALAN YETİM VETARANIN BAŞI AĞRAYACAQ. BUNU SİZ YAXŞI BİLİRSİZ. HƏR KƏS SİZİN YAZDIĞINIZI BELƏ QƏBUL ETDİ.
Rza Türkelli Səfərsoy:
Ölkənin hər yerində eyni özbaşınalıqdır. Bunu da hər kəs bilir, yuxardan tutmuş aşağıya kimi. Kimdən kimə şikayyət olunacaq?
Bəxtimşah Tağıyeva:
HALAL OLSUN. BUNLAR DÖVLƏTİ DAĞIDIR
Əli Əli:
Rasim məllim, mən Sizə və Sizin komandanıza uğurlar arzulayıram. Yolunuz açıq üzünüz ağ olsun. ALLAH Sizi qorusun!
Natiq Məmmədov:
Rasim müəllim, sizə UĞURLAR!!!
Ədalət Fred Məhərrəmov:
Rasim müəllim, icra hakimyətinin istənilən idarə və müəsslərini maliyə sistemini mədəniyyət sosial təminat sistemini və s. hamısı pis gündədir. “Piripiska”, yalan statiska verilir. Hansı rayon və şəhər ona oxşamırsa, az fərqləri olar. Özdərini “vor zakon” kimi aparılar. Ancaq yesin, dağıtsın pul silsinlər, guya bunu heç kim bilmir? Kəndələrdə traktoristlər, məscitdə mollalar bilir, amma prezident aparatı bilmir? Bilmirsə, deməli, yaxşı işləmir və ya bilir susursa onda belə hallar sərf edir. . Sizə təşəkkürlər! Bu, harınlaşmışları təmanasız iştimayətləşdirirsiniz. Sizin köhnədən imkanınız olub yəqin…
İldırım Məmmədov Quba Buduq:
Kim nə deyər bizdə olan qeyrətə. M.Ə.SABİR əfəndi.