İmişli məktəblilərinə “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində türklər demiş eşlik edən rayon İcra Hakimyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Paşayev Ziya Əlsafa oğlunun avtobusda, məktəblilərin qarşısında ikrah doğuracaq hərəkətləri göstərir ki, sektor müdiri eşlik etmir, sadəcə…
Bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bərdədə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində ölkə başçısı bildirmişdi ki: “Elə rayonlar var ki, məhsuldarlıq 10 sentnerdən də aşağı olmuşdur. Mən onların da adlarını çəkmək istəyirəm ki, onlar həm nəticə çıxarsınlar, həm də gələcəkdə öz işlərini daha düzgün qursunlar. Beləliklə… İmişli – 9,7 sentner”.
Bakunews.az bildirir ki, bu ölkə rəhbərinin rayon əhalisinə iradı deyildi. Prezident sadəcə özünün müvafiq Sərəncamı ilə təyin etdiyi və Onu əyalətdə təmsil edən rayon rəhbərinə, konkret İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevə iradını bildirdi. Çünki sıravi vətəndaş yalnız şəxsi təsərrüfatında planlaşdırma aparmaq səlahiyyətinə malikdir.
Rayondan sorumlu isə məhz İcra Hakimiyyətnn başçısıdır. Bəs hörmətli Vilyam Hacıyev nə etdi? Nəticə çıxardımı? Təqdim edəcəyimiz videogürüntü əslində cənab Hacıyevin nəticə çıxarmadığın və mövcud komandası ilə işləməkdə israrlı olduğunu göstərir. Xatırladq ki, İmişlidəki mənbənin verdiyi məlumata görə rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev son günlər sakinlərlə də təmasdan qaçır.
Bunun bir neçə səbəbinin olduğunu deyən mənbə, onu da qeyd etdi ki, İmişlidə fəaliyyət göstərən ayrı – ayrı nazirlik, komitə və səhmdar cəmiyyətlərin yerl müəssisə rəhbərləri müxtəlif vaxtlarda hətta bilərəkdən etdikləri səhvlərə belə rayon İcra Hakimiyyəti başçısının loyal münasibət göstərdiklərinə sadəcə alışıblar.
Elə ona görə də insanlarla istədikləri kimi rəftar edirlər. Bunu bilən Vilyam Hacıyevin vətəndaşla təmasdan qaçış səbəblərindən birincisi də məhz budur. Axı idarə müdirinə nə desin? Və ya niyə məhz əvvəllər deyil, indi iradını nədən bildirsin? Hansısa idarə rəisi sərxoş vəziyyətdə başqasını toyda döyərək bədən xəsarəti yetirir cənab Hacıyev bunu adi qarşılayır.
Həmin müəssisə rəhbəri bu gündə görəvinin başındadır. Başqa bir müəssisə rəhbəri Prezidentin qəti tapşırığına əsasən özünə paytaxtın ən bahalı restoranlarından birində yubiley keçirir, övladları şahzadə yaşam tərzlərini çəkinmədən sosial şəbəkələrdə nümayiş etdirir, Vilyam Hacıyev hətta təqdim edilə video görüntünü belə önəmsəmir. İnsanların qaz, işıq, yol problemi olur və… Və cənab Hacıyev narahat olmur. “Bu məsələ İcra Hakimiyyətinin səlahiyyətndə deyil, onların tabe olduqları qurumlar var.” – ənənəvi problemi kənarlaşdırma sindiromu. Qayıdaq Bakunews.az-a daxil olnan videogörüntüyə.
Xatırladaq ki, artıq bir neçə ildir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkə üzrə orta ümumtəhsil məktəblərinin şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyalar təşkil olunur. İmişlidə pambıqçılıqda olduğu kimi guya özünü bu prosesdən də kənarda qoymur. Nədən guya? Bu guyanın səbəbi təqdim edəcəyimiz videogörüntüdə aydın əks olunur.

Mənbənin verdiyi məlumata görə tur – aksiyada iştirak edən şagirlərin əksəriyyəti müəyyən maddi imkanlara malik ailələrin övladlarıdır. Məlumatda o da qeyd edilir ki, tur – aksiyada iştirak edən hər bir şagird üçün valideynlər 50 manat məbləğində məktəb direktorlarına sənədsiz vəsait ödəyiblər.
Onu da qeyd edək ki, həmin vəsaiti ödəmək real şərtlərlə hər valideyinin ailə büdcəsinə uyğun deyil. Və əsas məsələyə gələk, imkanlı ailələrin uşaqların qarşısında az qala oriyental oynayan sektor müdiri də məmur övladıdır. Mənbənin Bakunews.az-a verdiyi məlumata görə rayon İcra Hakimyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ziya Paşayev Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin tabeliyində olan İmişlidəki müəssisələrdən birində yüksək vəzifədə çalışan Əlsafa Paşayevin oğludur.
Onu da xatırladaq ki, oğlunun azyaşlılar qarşısındakı “performansı” ilə bağlı məmur ataya irad bildirənlərə Ə.Paşayev: “yaxşı edib, kimə istəyirsiniz deyin və göstərin.” – deyə “müdrik” cavab verib. Yenə nəzərlər cənab Vilyam Hacıyevə isitqamətlənir: Buna nə deyirsiniz cənab Hacıyev? Və ya siz ümumiyyətlə İmşlidə baş verən bu kimi biabırçı hadisələrə nə vaxtsa qanunların icazə verdiyi imkanlardan istifadə etməklə konkret reaksiya verəcəksinizmi? Yoxsa sizdə sektor müdirinin “performans”ından məmnunsunuz?
Qeyd edilən məsələ ilə bağlı görüntüləri sizlərə təqdim edirik:
Fia.Az