“ZaminBank”ın Qazax filialı ətrafındakı qalmaqalın pərdəarxası və gerçəkləri…
“Zaminbank”ın Qazax filialı ətrafında baş verənlərlə bağlı ötən günlərdə matereal dərc etmişdik. Redaksiymıza bu haqda yazan mənbə bu dəfəki yazıda prokurorluq və məhkəmə orqanlarının həmin qalmaqaldan yararlanmaları barədə söhbət açıb. Məqalənin davamını oxucularımıza təqdim edirik.
“Zaminbank”ın Qazax rayon filialında gedən maxenasiyalar barədə yazarkən həmin işə Qazax rayon Prokurorunun müstəntiqi Zöhrab Səmədovun rəhbərlik etdiyin bildimişdik. Bu məsələ rayon prokurorluğu üçün göydəndüşmə bir iş olub. Rayon prokuroru Əlirza Babayev və müstəntiq Zöhrab Səmədov şikayətçilərin sayını süni artırmaq qərarına gəlib. Bu məqsədlə rayon prokuroluğunun üç müstətiqi Xanlıqlar kəndinə göndərilir. Kənd sakinləri ərazi icra nümayəndiliyinə gətirilir və onlardan zorla ifadələr alınır. Onlardan ifadə alınarkən adlarına olan kreditəri ödəməyəcəkləri vəd olunur və prokurorluğa sərf edən ifadələr alınır.
Hətta, özləri kredit alıb ödəyən şəxslərdən də ifadələr alınır. Həmin şəxslərin 17 nəfərini müsəntiq Zöhrab Səmədov üzləşmə prosesindən kənar saxlayıb. Məqsəd bankı “təmizə” çıxarıb bütün günahları Xatirə Əsgərovanın üzərinə yükləmək olub. Şikayətlərin əksəriyyətinin filialın direktoru Məzahim Mirzəyev barədə olsa da, bunlar ifadələrdə nəzərə alınmamış, zərərçəkənlərə imzalatdırılan ifadələrdə Məzahim Mirzəyevin adı olan hissələr qəsdən çıxardırılır.
İdarə və təşkilatlar da “hörmət etmə” əməliyatına cəlb olunur
İstintaq zamanı bank filialında olan bütün sənədlər prokurorluğa aparılır və məlum olur ki, oradan kredit alanların çoxunun adına rayonun müxtəlif idarə və müəssisələri tərəfindən kredit götürənlərin adına yüksək əmək haqqı barədə arayışlar var. Bunun da əsasında onlara yüksək məbəğdə kreditlər verilib. O da məlum olub ki, əmək haqqının yüksək yazılması məhz Məzahim Mirzəyev tərəfindən təşkil olunub. İstintaq materiallarına həmin idarə və müəssisələrin salınmaması üçün rayon prokurorluğu onların rəhbərlərindən xeyli “hörmət” görüb. Təxmini hesablamalara görə bu “hörmət”lər müqabilində rayon prokurorluğu 200 min manat irəli düşüb. Təbii ki, onlar da kimlərəsə hörmət ediblər. Bu barədə bütün rayon sakinləri məlumatlıdır.
Qazax ayon Polis Şöbəsinin baş istintaqçısı “sələmçi” rolunda
“Zaminbank”ın Qazax filialı ətrafında baş verən qalmaqalda daha bir fakt ortaya çıxıb. Rayon Polis şöbəsinin İstintaq bölməsinin rəisi Kazımov Polad Zirəddin oğlunun sələmçiliklə məşğul olması məlum olub. Belə ki, “Zaminbank”la oyuna salınan Xatirə Əsgərova borcları ödəyə bilmədikdə məcbur qalıb faizə pul götürmək istəyr. Bu zaman İsgəndərova Reyhan Musa qızının sələm vediyini öyrənir. Bir neçə dəfə ondan faizə pul alır. Növbəti dəfə pul almaq istəyəndə, Reyhan Xatirəyə bildirir ki, bir az gözləsin. Pul onun özünün deyil, başqa bir şəxs gətirəcək. Bir qədər gözlədikdən sonra bir kişi 3000 manat gətirib Reyhana veir. Həmin şəxs tünd albalı rəngli xarici maşına minib gedərkən Xatirə onu görür. Xatirə Əsgərova həmin şəxsi Reyhan İsgəndərovaya əvvəllər də pul gətirəndə görüb, amma kimliyini bilməyib. İstintaq zamanı üzləşmə proseslərinin birində Reyhana pul gətirən həmin şəxsin Qazax Polis Şöbəsinin İstintaq Böməsinin rəisi Poladov Kazım olduğunu görür. Sonradan bilinir ki, bu adamin Reyhan İsgəndərva ilə qohumluq əlaqəsi olub. Xatirə Əsgərova ümumilkdə Reyhana 30 min sələm ödədiyini, ödəyə bilmədiyi 7000 manata görə isə 350 qram qızıl əşyasının sələmçilərdə qaldığını deyir. İstintaq zamanı Xatirə Əsgərova Poladovla üzləşmə aparılmasını istəsə də istintaqı aparan Söhrab Səmədov buna imkan verməyib.
İşə Qazax rayon məhkəməsi də qoşulur
Adı çəkilən qalamaqal böyüdkcə “Zaminbank”ın Qazax filialı problemli müştəriləri məhkəməyə verir. Bankın qaldırdığı bütün iddialar təmin edilir. Bundan sonra məhkəmə qərarı ilə bank kredtləri əmək haqlarına və təqaüdlərə yönəldilir. Amma burada da Məzahim Mirzəyevin “hörmət” maşını öz işini görməkdə davam edir. Məlum olur ki, hər bir iddianın təmin olunması üçün bankın müdiri Qazax rayon məhkməsinin o zamankı sədri Məhərrəm Abdullayevə 200 manat pul verirmiş. Hətta həmin puldan hakim köməkçilərinə də 20 manat çatdığını bildirirlər.
Bu işdə rüşvət olmasını təsdiq edən faktlardan biri də kreditlərin məhkəmə qərarı ilə təqaüd və sosial müavinətlərə yönləndirilməsidir. Beləki borcular Sarıyeva Şəhla Söhrab qızının, Sarıyeva Dilqənd Həsən qızının ödənişləri bu qayda ilə yerinə yetirlib. Mustafayev Elxan Şıldır oğlunun aldığı 40 manat sosial müavinət məhkəmə qərarı ilə ödəməli olduğu məbləğə yetmədiyi üçün onun borcunun bir qismi anası Əsgərova Ofeliya Qədir qızının pensiyasına yönəldilir. Bundan xəbər tutan pensiyaçı şikayət etdikdikdə proses dayanır. Bütün bunlar məhkəmənin sifarişlə qanunsuz qərar çıxarmasının sübutudur.
Yazıda adı çəkilən şəxslərin mövqe bildimək hüquqları saxlanılır.
Ardı var…
https://storage.googleapis.com/qurium/azadliq.info/216853.html
azadliq.info