Tahir Yusifov Salyanda əhalini hakimiyyətdən narazı salır
Dövlət büdcəsini talayaraq milyonçuya çevrilən Salyan Suvarma Sistemləri İdarəsini müdirinin başı balıq saxlanılan süni göllərin sahiblərindən haqq yığmağa qarışıb və əkin sahələrinə su vermir

Salyan rayonunun əksər kəndlərində əkin sanhələrinin suvarılması ilə bağlı ciddi problemlər yaşanır. Bu barədə AzFakt.com-a daxil olan məlumatlarda deyilir ki, Salyan Salyan Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Yusifovun şəxsi maraqları əkin sahələrinin susuzluqdan məhv olmasına gətirib çıxarıb.

Qeyd edək ki, hazırda Suvarma Sistemləri İdarəsinin nəzarətində olan su kanallarının durumu bərbaddır. Əkin sahələrinə verilən suyun normadan aşağı olması və bu zaman maddi məsələlərin daha qabarıq şəkildə özünü göstərməsi fermerləri şikayətlər etməyə vadar edir. İdarənin tabeçiliyindən xeyli sayda texnikanın olması da sirr deyil. Lakin Tahir Yusifov nədənsə, su kanallarının lildən təmizlənməsi işini həmin texnikaların hesabına deyil, qohumunun olan SMD MMC-yə həvalə edir.

Rayon camaatı dəfələrlə Tahir Yusifovun əməlləri barədə icra hakimiyyətinə şikayətlər etsələr də, sonda hər hansı bir dəyişiklik olmayıb. Əksinə əkin sahələrində su problemi getdikcə dərinləşir. Salyan sakinləri iddia edirlər ki, rayon Suvarma Sistemləri İdarəsinin müdiri onlara çatacaq suyu balıq saxlanılan süni göllərə verməklə yaxşı qazanc əldə edir. Demək olar ki, yay aylarında suyun böyük əksəriyyəti balıqçılıqla məşğul olan təsərrüfatlara axıdılır. Tahir Yusifov iri balıqçılıq təsərrüfatlarının sahibləri ilə anlaşaraq onlara verdiyi bol suyun qarşılığında yaxşı pul qazanır. Bunu müqabilində isə vətəndaşların əkin sahələri susuzluqdan məhv olur.

Qeyd edək ki, bu il yağıntıların az olması səbəbi ilə hazırda əkin sahələrinin suvarılması Salyanda ciddi problemə çevrilib. Eyni zamanda hazırda balıq saxlanılan süni göllərin də suyla doldurulması zamanıdır və bu süni göllərin doldurulmasına çox böyük həcmdə suya ehtiyac var. Tahir Yusifov isə öz vəzifə səlahiyyətlərindən istifadə edərək suyun kasıb insanların əkin sahələrinə deyil, daha varlı balıqçılıq təsərrüfatına verir. Bu isə hazırda Salyanda kənd əhalisinin əsas narazılıq obyektinə çevrilib. Yəni öz çəxsi qazancı naminə vəsifəsində sui-istifadə edib pul qazanan Tahir Yusifov faktiki olaraq Salyanın kasıb və az təminatlı ailəlrini prezident seçkiləri öncəsində açıq şəkildə hakimiyyətdən narazı salır. Çünki Tahir Yusifovun hərəkəti Salyanda sosial bərabərliyin mövcud olmadığını göstərməkdədir.

Xatırladaq ki, Salyan rayonunda Tahir Yusifou “dollar Tahir” ayaması ilə çağırırlar. Uzun illərdən Salyan Suvarma Sistemlərində müdir vəzifəsində çalışan Tahir Yusifov “stajlı korrupsioner məmur” kimi tanınır. Məhz onun müdir işlədiyi dövrlərdə Salyan Suvarma Sistemləri İdarəsi demək olar ki, rayonda bir nömrəli korrupsiya yuvasına çevrilib.

Bir neçə icra başçısını yola salan Tahir Yusifovun bir vaxtlar icra başçısı olmaq belə istəyində də olub. Salyanda yayılan söz söhbətə görə idarə müdiri Bakıdakı yaxın dostlarının vasitəsi ilə hakimiyyətdəki bəzi yüksək vəzifəli şəxslərlə əlaqəyə girib və bu məsələ barədə danışıqlarda aparıb. Lakin “dollar Tahir”in bu istəyi alınmayıb və onun icra başçısı təyinatının üstündən birdəfəlik xətt çəkilib. Verilən məlumata görə Salyan rayonuna icra başçısı təyin edilən Sevindik Yusifov ilk vaxtlar Tahir Yusifovu vəzifədən çıxartmaq istəyirmiş. Ancaq sonrada Tahir Yusifov başçı ilə anlaşaraq dollar “sandığının” ağzını açıb.

Tahir Yusifovun yaxın qohumunun AzFakt.com-a verdiyi məlumata görə idarə müdiri vəzifəsində icra başçısının ona həvalə etdiyi işlərə umumilikdə 200 min manatdan çox xərc çəkib. Belə ki, Suvarma Sistemləri İdarəsinin müdiri Salyan şəhər mərkəzində bir çox yerlərdə abadlıq quruculuq işləri ilə məşğul olub.

İdarə müdirinin abadlıq işlərində xəsis olmadığını görən Sevindik Yusifov isə Tahir Yusifovu vəzifəsində saxlayıb. Məlumatda görə “dollar Tahirin” Meliorasiya və Su Təsərrüfatı ASC-də böyük hörməti var. Onun məmurlara qarşı pul xərcləmək səxavəti ASC-nin rəhbərliyini çox məmnun edir.

Salyan Suvarma Sistemləri İdarəsinin hesabına “kiçik oliqarxa” çevrilən Tahir Yusifovun sərvətininin isə sayı hesabı yoxdur. Onun paytaxt Bakıda 7-8 evinin, Salyan şəhərində bir neçə obyekti, Lənkəranda və Qubada dəbdəbəli imarəti, rayonda böyük balıqçılıq vətəgələri və xeyli bilmədiyimiz mal-mülkü mövcuddur.

Xatırladaq ki, Tahir Yusifovun ölkə mətbuatında adı müxtəlif qalmaqallarda hallanıb. Belə ki, saytlardan birinin yazdığına görə Tahir Yusifov Salyanda həmçinin “qumarbaz” kimi də tanınır. Qeyd edək ki, bununla bağlı məlumatlar məlumat Yusifov tərəfindən təkzib olunmayıb.


Fia.Az