Zərdab şəhər M Xəlilov küçəsi ev 4-də yaşayan Mirzəyev Rövşən Cəfər oğlu Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevə müraciət ünvanlayıb. Siam.az həmin müraciəti təqdim edir: "Cənab Prezident. Əvvəla yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edir, vətənimizin inkişafı üçün gördüyünüz işlərdə sizə uğular arzulayıram. Yeni təyin etdiyiniz Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevədə işlərində müvəffəqiyyətlər arzulayıram və inanıram ki, DSMF-nun Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyev haqqında ölçü götürəcək
Bir ildən çoxdur ki, DSMF-nin Zərdab rayon şöbəsində olan qanunsuzluqlarla bağlı yüzlərlə müraciətlər etməyimə baxmayaraq heç bir tədbir görülmar
Mənim Əmək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyim müraciətlərdən sonra nazirlik tərəfindən DSMF -nin Zərdab rayon şöbəsində yoxlamalar aparıldı. Aşkar olundu ki, DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyev 18 işçisini məzuniyyətə göndərmədən yalandan məzuniyyət pulu vermiş və dövlətin 10 000 (on min)manat pulunu öz təyinatından yayındıraraq korrupsiyaya yol vermişdir. Göndərdiyim korrupsiya faktları öz təsdiqini tapmağına baxmayaraq Canpolad Vəliyev haqqında heç bir tədbir görülmür. Qeyd edim ki, yoxlama zamanı aşkar olunan korrupsiya zamanı mənimsənilmiş dövlətin 10 000 (on min) manat pulu geri qaytarılmışdır. Bu cinayətinə görə Canpolad Vəliyev məsuliyyətə cəlb olunmadı. Bu işdə Canpolad Vəliyevə köməklik edən isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Əjdər Cəbiyevdir. Bu günə kimidə Canpolad Vəliyevin "krışası" Əjdər Cəbiyev onun məsuliyyətə cəlb olunmaması üçün dəridən-qabıqdan çıxır.
Cənab prezident, sizin 24.08.2002-ci il tarixli 714 nömrəli və 23.10.2003-cü il tarixli 948 nömrəli fərmanlarınızın tələblərini öz şəxsi maraqları xatirinə bilərəkdən pozaraq dövlətin 10 000 manat pulunu təyinatında yayındıran Canpolad Vəliyev haqqında ciddi tədbir görülməsinə tapşırıq verməyinizi xahiş edirəm
DSMF-nin Zərdab rayon şöbəsinin məzuniyyətə göndərilmədən pulları mənimsənilən işçilərinin siyahısını sizə təqdim edirəm".
Siam.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...