Qarabağ qazisi Mərkəzi Xəstəxananın yarıtmaz fəaliyyətindən Prokurorluğa müraciət etdi - Ağstafada





Qarabağ qazisi Mərkəzi Xəstəxananın yarıtmaz fəaliyyətindən Prokurorluğa müraciət etdi - Ağstafada
Ağstafa RMX-sı işi o həddə çatdırıb ki, mən bu bürokratik əngəllərin və qanunsuzluqların əlində çıxılmaz vəziyyətə düşmüşəm.

Bu sözləri Mediaxeberleri.az-a Qarabağ qazisi Orucov Cələl Oruc oğlu Prokurorluğa müraciət etdiyi ərizəsində yazdığını deyib.

Şikayət ərizəsini olduğu kimi təqdim edirik:

Ağstafa rayon Prokuroru cənab Aslan Surxayevə, Ağstafa rayonu, Poylu qəsəbə sakini, Qarabağ qazisi Orucov Cələl Oruc oğlu tərəfindən
Ərizə

Hörmətli Prokuror!
Yazıb sizə bildirirəm ki, mən Ağstafa rayon Poylu qəsəbə sakini, Qarabağ qazisi Cəlal Oruc oğlu Orucov 1993-cü il martından 26.04.1994-cü ilə qədər Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Hal-hazırda heç bir yerdə işləmirəm, üç övladımla kirayədə yaşayıram. Mən Ağstafa Rayon Mərkəzi Xəstəxanasına ünvanladığım sənədlərin saxtalaşdırılmasından və əlilik dərəcəsi ala bilmədiyimdən şikayətçiyəm.

Ağstafa RMX-nın yarıtmaz fəaliyyətindən narazıyam. 11 ildir ki, müxtəlif qurumlardan arayışlar almaqdan cana doymuşam. Əlimdə bütün sənədlərimin olmasına baxmayaraq, mənə əlillik dərəcəsini almağa imkan vermirlər. Bütün sənədlərim mənə əlillik dərəcəsini almağa imkan verdiyi halda (Hərbi hissədən "Tibbi arayış", yaralandığım haqqında epikrizlər, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-tədqiqat travmatologiya və Ortepediya İnstitunun xəstəliyim haqqında verilmiş arayışı) Ağstafa RMX-nın yarıtmaz fəaliyyəti məni zülmə salıb. Çıxış yolunu intiharda görürəm.

Ağstafa RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmışam, döyüş zonasında hərbi xidmət keçərkən21.07.1993-cü ildə aldığım, 21.07.1993-cü ildən 29.07.1993-cü ilə kimi Bakı şəhəri M.Nağıyev adına təcili tibbi yardım xəstəxanasında müayinə və müalicə olunduğum yaralanma - Diaqnoz: "Bel nahiyyəsinin qəlpə yarası, Laporesentezdən və qarın boşluğunun drenajlanmasından sonrakı vəziyyət" və 26.04.1994-cü ildə aldığım, 26.04.1994-cü ildən 20.05.1994-cü ilə kimi Beyləqan raonu mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - Diaqnoz: " Sol budun orta 1/3-nin yumşaq toxumasının dəlib-keçən güllə yarası" (Ağstafa RHK-nın 06.04.2007-ci il tarixli 318nömrəli göndərişi, 06.04.2007-ci il tarixli 504 nömrəli arayışı, M.Nağıyev adına təcili tibbi yardım xəstəxanasından verilmiş 29.07.1993-cü il tarixli çıxarış epikrizi, Beyləqan rayonu mərkəzi xəstəxanasından verilmiş 20.05.1994-cü il tarixli çıxarış epikrizi ilə təsdiq edilir), "HƏRBİ TRAVMADIR, AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏSİ ZAMANI ALINMIŞDIR"

ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş"Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin" 7.2.maddəsinin a) bəndi.MN MHHK-nın 314 nömrəli 29.07.2008 -ci il tarixli protokolu

Mənə qoyulmuş əsl diaqnoz: "Bel nahiyyəsinin qəlpə yarası, Laporesentezdən və qarın boşluğunun drenajlanması, Sol budun orta 1/3-nin yumşaq toxumasının dəlib-keçən güllə yarası,Kəskin yeriş pozğunluğu, Keçirilmiş ağır Kəllə Beyin Travmasının nəticəsində, əmələ gələn kəskin psixotik vəziyyət F.06. yaddaş və davranış pozğunluğu F.07.0. "

Ağstafa RMX-dan Tibbi Sosial Ekspert Komissiyasına göndərilən saxta diaqnoz: " Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Bel nahiyyəsinin kor qəlpə yarasının qalıq əlamətləri.Laporesentez.Sol budun 0/3-nin dəlib-keçən güllə yarasının qalıq əlamətləri, Rental Fistilanın ləğvi əməliyyatından sonrakı vəziyyət - Əmək qabiliyyətinin itirilməsi 0 faiz.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən imtina edilib.
Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi.
Ətraflı: Diaqnoz və xəstənin hazırkı vəziyyəti barədə qeydlər əlillik təyininə əsas vermir.
Forma 88 nömrəsi: 0221003AAFS6
Qiymətləndirmə tarixi: 06.11. 2017
Göründüyü kimi, Ağstafa RMX-sı işi o həddə çatdırıb ki, mən bu bürokratik əngəllərin və qanunsuzluqların əlində çıxılmaz vəziyyətə düşmüşəm.
Odur ki, həmin cinayət əməlinin (saxta diaqnozu ƏƏSMN-nə göndərən şəxsin)kim tərəfindən edilməsini aşkara çıxararq, həmin şəxs və ya şəxslər barəsində cinayət işinin başlanması barədə qərar vermənizi, həmin işi obyektiv araşdırmanızı, haqqımı bərpa etmənizi sizdən xahiş edirəm.

Əvvəlcədən sizə öz dərin təşəkkürümü bildirirəm!

Yuxarda göstərilən sənədləri ərizəmlə birlikdə təqdim edirəm.
Qarabağ qazisi Mərkəzi Xəstəxananın yarıtmaz fəaliyyətindən Prokurorluğa müraciət etdi - Ağstafada
Qarabağ qazisi Mərkəzi Xəstəxananın yarıtmaz fəaliyyətindən Prokurorluğa müraciət etdi - Ağstafada
Qarabağ qazisi Mərkəzi Xəstəxananın yarıtmaz fəaliyyətindən Prokurorluğa müraciət etdi - Ağstafada
Qarabağ qazisi Mərkəzi Xəstəxananın yarıtmaz fəaliyyətindən Prokurorluğa müraciət etdi - Ağstafada
Qarabağ qazisi Mərkəzi Xəstəxananın yarıtmaz fəaliyyətindən Prokurorluğa müraciət etdi - Ağstafada


Tarix: 27-04-2018, 10:11
Xəbəri paylaş





Xəbər lenti