Biləsuvarın icra başçısı da yol üstündədir - Nazim İbrahimova güvənirmiş...


Biləsuvarın icra başçısı da yol üstündədir
Vaxt-vədə yetişdi, Biləsuvar rayon icra başçısı Mahir Quliyevin yola salınması növbəsi çatdı. Diasporla İş üzrə Dövlət Komitəsi sədri postundan Nazim İbrahimovun gedişi M.Quliyevin kreslosunu laxladıb.

Keçmiş komitə sədri ilə qohumluq əlaqələri olan Biləsuvarın icra başçısının “qələmi qırılıb”.

Prezidentin icra başçıları ilə bağlı başlayacağı dəyişikliklər dalğasında başı gedənlərdən biri də M.Quliyevin olacağı deyilir. Artıq N.İbrahimovun da onu qoruya bilmədiyi göz qabağındadır.

Prezident İlham Əliyevin komandasında M.Quliyevə yer olmadığı bildirilir. Çünki o, vəzifəsinin öhdəsindən gəlməyib, qohumu N.İbrahimov kimi büdcəni talayıb.

Biləsuvarı bərbad vəziyyətə qoyan, rayonda satmadığı yer qalmayan icra başçısı nə camaatı sayır, nə problemləri həll edir.

Torpaqları məmurlara qarış-qarış peşkəş etmiş rayon rəhbərindən dövlət başçısına çoxlu şikayətlər gedib.

Ancaq zaman-zaman onu qoruyan əllər indi kreslosunda oturmağı təmin edə bilməyəcəklər.

Mətbuatda gdən məlumatda qeyd olunur ki, Heydər Əliyevin hakimiyyətə yeni gəldiyi dövrlərdə Bakıda ən gözəgəlimli və pristijli restoranlar sırasında olan «Sahil»ə məmurlar davamlı olaraq gəlirmişlər.

Restoranın müdiri ilə münasibətləri çox yaxşı olan vəzifəlilər davamlı olaraq «Sahilə» qədəm basması günün birində Mahir Quliyev üçün perspektivin açılmasına yardımçı olur.

Belə ki, restoranın müdiri daima onlara qulluq edən Mahir Quliyevin yaxşı bir işə keçirilməsi ilə bağlı yüksək ranqlı məmurdan xahiş edir.

Elə həmin xahiş də Mahir Quliyevin gələcək karyerasının müəyyənləşməsində böyük rol oynayır. Beləcə, ofisiant M.Quliyev icra başçısı olur.

FİA.Az-ın media üzərindən yaydığı xəbərə görə, Biləsuvar kimi strateji əhəmiyyətli rayonun başçısı, keçmiş kafe-restoran işçisi M.Quliyevi gündüz əlində çıraq axtarasan tapa bilməzsən.

O, ilin bütün günlərini Bakıda olur. Rayonu isə onun bölgədə “dana oğrusu” kimi ad çıxarmış köməkçiləri idarə edirlər.

Bu adamlar ona görə “dana oğrusu” adını alıblar ki, bir-neçə dəfə mal-qara oğurluğuna görə həbs ediliblər.

M.Quliyev icra başçısı təyin olunandan sonra rayonda özü üçün 1000 hektarlarla ərazini mənimsəyib və əkin sahəsinə çevirib.

Orada taxıl, qarpız və sarımsaq əkdirir. Onunla yanaşı müavinlər və şöbə müdirləri də ənənəvi şəkildə torpaqları ələ keçiriblər.

İcra hakimiyyətinin büdcəindən müxtəlif “proqramlar” üçün silinən pulların böyük hissəsi sarımsaq-qarpız əkininə sərf edilir.

Kafe-restoranlarda fəaliyyətə başlayan və dünyagörüşü kafe –restoranlagündən bu yana rayondakı mədəniyyət obyektlərini dağıdıb, yerində ticarət mərkəzləri tikdirib.

Rayonun bəzi hissələrinin abadlaşması işində yerli iş adamlarının köməyindən istifadə olunur. Sahibkarlar bu işi könüllü şəkildə yox, məcburiyyət qarşısında həyata keçirirlər.

Rayon rəhbərliyi hər bir sahibkara müəyyyən işlər tapşırır. Kim bu tapşırıqları yerinə yetirməkdən imtina edirsə, ona qarşı təzyiq üsullarından istifadə olunur.

İcra hakiminin özbaşına əməllərinə etiraz edən bəzi şəxslər obyektlərini bağlayıb rayonu tərk ediblər. Başçı rayonda sahibkarlığın inkişafına ciddi əngəl yaradır.

Cənab prezident dəfələrlə yerli və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxslərinə sahibkarların fəaliyyətinə kənar müdaxilə etməmələrini tapşırsa da, Biləsuvarın icra başçısına sanki aidiyyəti yoxdur.

O öz bildiyini edir. Hazırda rayonun təhsili və səhiyyəsi də məhv olmuş vəziyyətdədir. Təhsil sahəsi başçı üçün ən gəlirli sahə hesab olunur.

Belə ki, rayon rəhbəri təhsil şöbəsinin müdiri ilə birlikdə dövlət vəsaitlərini küləyə sovurmaqla məşğuldur.
 
Tarix: 27-04-2018, 11:13
Xəbəri paylaş





Xəbər lenti