Halqası daralan Biləsuvarın icra başçısı müşavirədə ifşa olundu
Aprelin 17-də Biləsuvarda müşavirə keçirilib. Müşavirədə kənd əsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov da iştirak edib

FİA.Az-a bildirilib ki, 
iclasda rayonun icra başçısı Mahir Quliyev ifşa olunub.

Səmədabad kənd sakinləri bələdiyyə və dövlət fond torpaqlarından istifadə edə bilmədiklərindən şikayətləniblər.

Şikayətçilər yüz hektarlarla bələdiyyə və dövlət mülkiyyətində torpaq sahələrinin rayon rəhbərliyi tərəfindən peşkəş olunduğunu dilə gətiriblər.

Biləsuvar rayonuna aidiyyəti olmayan "Astaraçay"ın törəmə müəssisəsi "Muğan düyü" MMC-yə icarə müqaviləsi ilə verildiyini, torpağın əvvəlki icarəçilərinin isə zorla imtinaya məcbur edildiyini açıqlayıblar.

Pambıq əkini mövsümü başlasa da, heç bir iş görülmədiyini, əkinə yararlı sahələrin başına qaldığını bildiriblər. Lakin bu günə kimi problem həllini tapmayıb.

Prezident bildirdiyi kimi, “Mən əvvəlki çıxışlarımda da bunu qeyd etmişəm, bu gün də qeyd etmək istəyirəm, bizim üçün pambıqçılığın inkişafında əldə edilmiş nəticələr arasında məhz sosial amil ön plandadır. İş yerlərinin yaradılması əsas vəzifəmizdir, biz buna da nail ola bilmişik”.

Ancaq bu nöqteyi-nəzərdən, Biləsuvar rayon rəhbərliyinin yarıtmaz idarəçiliyi dövlətimizin sosial siyasəti ilə də daban-dabana ziddir.

FİA.Az-a bildirilib ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin fəaliyyətindən doğan ciddi narazılıqlar öz əksini tapmaqdadır.

İddiayaa görə, bu gün icra başçısının rəhbərlik etdiyi rayonun idarəçiliyində yol verdiyi ciddi nöqsanlar Biləsuvarın təhsil, səhiyyə, mədəniyyət və sosial müdafiə kimi strateji əhəmiyyət kəsb edən sahələrini acınacaqlı bir duruma gətirib.

Biləsuvar rayonuna kifayət qədər böyük məbləğdə dövlət vəsaitləri ayrılsa da rayonda ciddi heç bir iş görülmür.

Buna görə də icra hakimiyyətinin fəaliyyətindən ciddi narazılıqlar var. Biləsuvar rayonunda məmur özbaşınalığı səngimir, əksinə hər gün demək olar ki, vətəndaşların hüquqları pozulur.

Mənbənin bildirdiyinə görə icra başçısı Mahir Quliyev rayona ayrılan büdcə pullarının talan edilməsində addımbaşı ittiham olunur.

Mahir Quliyevin sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri incitdiyini deyən mənbə vurğuladı ki, rayon rəhbəri həmin insanları başqa-başqa işlərə cəlb edir: 

“Rayonun bəzi hissələrinin abadlaşması işində yerli iş adamlarının köməyindən istifadə olunur. Sahibkarlar bu işi könüllü şəkildə yox, məcburiyyət qarşısında həyata keçirirlər.

Rayon rəhbərliyi hər bir sahibkara müəyyyən işlər tapşırır. Kim bu tapşırıqları yerinə yetirməkdən imtina edirsə, ona qarşı təzyiq üsullarından istifadə olunur.

İcra hakiminin özbaşına əməllərinə etiraz edən bəzi şəxslər obyektlərini bağlayıb rayonu tərk ediblər. Başçı rayonda sahibkarlığın inkişafına ciddi əngəl yaradır.

Ancaq bu gedişlə onun halqası daralmaqdadır. Diasporla iş üzrə dövlət komitəsinin keçmiş sədri Nazim İbrahimovun “vurulması” ona qohum olan M.Quliyevin işini çətinləşdirib. N.İbrahimova yaxın kadrlar vəzifələrdə saxlanmayacaq.


Fia.Az