Goranboyda görünməmiş saxtakarlıq: vətəndaşlar "işləyir", maaşı icra başçısı alır (FOTOLAR)

 ,

Mətbuatda barəsində ən çox neqativ xəbərlər yazılan rayonlardan biri Goranboydur. Məmur özbaşınalığı, icra başçısı Nizaməddin Quliyevinqanundankənar əməlləri barədə az qala hər gün yeni xəbərlər çıxır. Lakin başçı və digər məmurlar nəinki yazılanlardan dərs çıxartmır, əksinə qanunsuz əməllərinin sayını günü-gündən artırırlar.

Bu gün Qaynarinfo-ya Goranboyla bağlı daha bir məlumat daxil olub. Bu dəfəki informasiya rayon Məşğulluq Mərkəzində baş verən saxtakarlıqlarla bağlıdır.

Redaksiyamıza konkret faktlar təqdim edən mənbə bildirir ki, Məşğulluq Mərkəzinə təqdim edilən iş yerləri çox sayda vətəndaşın adına rəsmiləşdirib. Mənbənin sözlərinə görə, bu qanunsuzluqlar birbaşa Nizaməddin Quliyevin tapşırığı ilə aparılır. Adlarına iş yerləri rəsmiləşdirilmiş vətəndaşların əksəriyyəti bu işdən xəbərsizdir, onların maaş kartları başçı və adamlarının əlindədir. Hər ay maaşlar alınır və bu şəxslər tərəfindən bölüşdürülür.

Faktları redaksiyamıza təqdim edən mənbə aşağıdakı siyahıda adı göstərilən şəxslərdən çox az hissəsinin - təxminən 30-40 nəfərinin normal şəkildə işlə təmin olunduğunu bildirir. Böyük əksəriyyət isə Nizaməddin Quliyevlə Nicat Məmmədovun cibinə "işləyir".

Mənbəmiz Nizaməddin Quliyevin qara işlərini idarə edən şəxsin də adını açıqlayıb. Onun sözlərinə görə, bütün bunlara heç bir rəsmi vəzifəsi olmayan Yalçın Qarayevbaşçılıq edir. O, başçının sağ əli hesab olunur və qara işlərinin idarəçisidir.
 
16:15

SÖZ ARDI:  Yazı dərc olunandan bir neçə saat sonra aldığımız növbəti bilgiyə görə, siyahıda adıkeçən şəxslərin bir qisminin kartları tələm-tələsik özlərinə paylanmağa başlayıb. Uzun müddətdir mövcudluğundan belə xəbərsiz olduqları bu kartların sahiblərinə çatmasına səbəb olduğumuz üçün redaksiyamıza təşəkkür edənlər də oldu. Bununla belə aidiyyatı qurumların bu faktı ciddi şəkildə araşdıracaqlarına ümid edirik.
 




Tarix: 3-05-2018, 08:02
Xəbəri paylaş





Xəbər lenti