Qarabağ müharibəsi veteranı Şahin Bağırov prezident, ali baş komandan İlham Əliyevə, birinci vitse prezident Mehriban xanım Əliyevaya, baş nazir Novruz Məmmədova, müdafiə naziri Zakir Həsənova, baş prokuror Zakir Qaralova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə, daxili işlər naziri Ramil Usubova açıq müraciət edib
Müharibə veteranı müraciətində yazır:
"Hörmətli cənab Prezident,
Hörmətli Mehriban xanım,
Hörmətli cənablar,
1992-ci il mayın 6-da könüllü olaraq Milli Orduya yazılmışam. Sapyor – minabasdıran olmuşam. Gədəbəy cəbhəsində gedən bütün döyüşlərdə iştirak etmişəm. 1993-cü ildə Qalankənddə, yeni yolun üstündə 2 erməni əsgəri öldürmüşəm. 1994-cü ildə kəşfiyyatın qrupunun tərkibində Krasnoselskdən Berd rayonuna gedən asfalt yola 2 ədəd “tankavoy”(tank əleyhinə - red) TEEM - 57 mina, ondan 15 metr aralı 4 ədəd Ozem-72 markalı “pexotnu” (piyada əleyhinə) mina basdırmışam. Həmin minalara 10-dan çox erməni düşüb. Həmin yerdə olan donuz damına 2 dənə “pexotnu” mina basdırmışam. Göyəlli kəndində gedən döyüşlərdə 1 erməni əsgərini öldürüb meyidini gətirmişəm. Həmin dığanın qolunda “A Cidois” yazılmışdı. 1994-cü il avqustun 5-6-da Sümüklü postu uğrunda gedən döyüşlərdə həlak olmuş Hüseynov Aqil Baxşəli oğlunun meyidini erməni postunun yanından mən gətirmişəm. Sərhəd boyu 2 mindən çox mina basdırmışam.
Hörmətli cənablar, hörmətli Mehriban xanım,
Bunlar mənim müharibədə iştirakımdan yadımda qalanlardı. İndiyədək bu barədə danışmamışam. Düşünmüşəm ki, nə eləmişəm, vətənim, millətim üçün eləmişəm. Heç kimə buna görə minnət qoymamalıyam və qoymuram da. Amma bu gün başıma gələnlər məni vadar edir ki, döyüş yolum ilə bağlı belə açıq yazım.
Mən ona görəmi döyüşdüm ki, bu gün Gədəbəyin icra başçısı Ramiz Yediyarov sonra gəlib məni qoruduğum torpaqda yaşamağa imkan verməsin? Bu adamın mən döyüşəndə 25 yaşı olub. Amma kolxozun fermasında müharibədən gizlənib, fərarilik edib. Mənim yeganə dolanşıq yerim olan avtomobilimi qardaşım Fəxrəddi Bağırovun obyektində qoyub qapısını hördürsün? Mənim nə evim var, nə torpağım var, 6 aydır ki, artıq iş yerim də yoxdur!
Müharibə ucbatından ali təhsil də almamışam. 9 və 10 yaşında körpə uşaqlarım var. Mən ona görəmi döyüşmüşəm ki, Yediyarov kimi fərari və rüşvətxor məmur gəlib mənim bu 2 uşağıma çörək qazamağa imkan verməsin. 6 aydır mənim maşınım əsirlikdədir. Əkin sezonudur. Mən toxumu neçə daşıyım? Ramiz bu gun rayonun yarısına saxta veteranlıq verdirib birindən min manat rüşvət alır. O adamların çoxunu şəxsən tanıyiram, müharibə vaxtı Rusiyada alver edirdilər. Soruşsunlar görək mənim dediyim bu döyüşlərin hansında iştirak ediblər?
Özü müharibəyə getməyən, üstəlik müharibədən yayınan 500 nəfərdən artıq adama saxta veteranlıq verən bu cinyətkarın həqiqi müharibə iştirakçısı kimi mənə və ailəmə qarşı törətdiyi alçaqlığa mən dözə bilmirəm. Cənab prezident axı siz iclasda dediniz məmurların vətəndaşı sıxışdırması alçaqlıqdır. Bəs bir başçının müharibə iştirakçısının çörəyini kəsməsi alçaqlıq deyilmi? Mən döyüşlərdə sağlamlığımı da itirmişəm. Başağrısındsan, bel ağrısından gecələr yatmıram. Bir tərəfdən də Yediyrovun bu azğınlığı məni əsəbləşdirir. Bu haqsızlığa nə vaxt son qoyulacaq?
Zakir Həsənov, vətəni Yediyarovun kef içində böyüyən oğlu müdafiə etməyəcək. O öz atası kimi fərari olacaq. Vətəni mənim kirayədə, şoferliklə, əziyyətlə böyütdüyüm oğlanlarım müdafiə edəcək.
Sizdən xahiş edirəm mənim vəziyyətimlə maraqlanın. Cənab prezident mənim - düşmən postundan erməni əsgərini öldürüb meyidini atəş altında gətirən bir döyüşçünün avtomobilini əlindən alıb 6 ay “zabor”un içərisinə saxlaması Ramiz Yediyarovun öz hünəri deyil. O adi bir adam olsa, heç mənim avtomobilimə yaxınlaşa bilməz. Onu himayə edənlər var. Onda cəsarət olsaydı vaxtında müharibəyə gedərdi. Mən bir vətəndaş kimi, bir keçmiş döyüşçü kimi sizdən xahiş edirəm - Yediyarov haqda tədbir görün. Qardaşımın obyektinin qapısının açılmasına və mənim avtomobilimin oradan çıxarılmasına göstəriş verin.
Fia.Az