Laçın rayonundan olan məcburi köçkün Novruz Gülməmmədov Ismayıllı rayonu Basqalaltı adlanan ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirir. Amma iş adamının deməsinə görə həmin yerdə qurub yaratdığı obyekt kimlərinsə ürəyincədeyil. Ona qarşı müxtəlif maneələr yaradılır. “Keçən il bu ərazini Gömrük Komitəsinin sədr müavini Nazim Məmmədov ələ keçirmək istəyirdi. İndi isə daha bir mötəbər qurum, Vergilər Nazirliyinin 10 saylı Regional İdarəsi günümüzü qara edib. 2015-ci ildən hər il 1000 manat ödəyirdim. Bu ildən məbləğin birdən-birə üç qat artığını istəyirlər. Buna imkanım olmadığını dedikdə əsassız olraq cərimələr yazırlar. Aidiyyatı qurumlara şikayət etdikdən sonra Regional İdarənin rəisi Gəngərli soyadlı şəxs məni əsassız vergilərə cəlb etməklə hədələyir. Guya mən bu obyektləri tikən zaman fəhlələrin və ustaların vergisini verməmişəm. Halbuki, burda işləyənlər mənim öz qohum əqrəbam olub. Əgər doğrudan da, vergi verilməli idisə, bəs cənab Kəngərli bu üç ildə hara baxırdı?”,-deyə iş adamı sual edib.
İş adamı ölkə başçısının turizmin inkişaf etdirilməsi barədə göstərişlərini dəxatırladaraq məmur özbaşnalığına son qoyulmasını tələb edib. “Bunların niyyəti məni bezdirib bu obyektdən imtina etdirməkdir. Amma mən xoşluqla əl çəkən deyiləm. Məcbur qalsam bütün buranı yandırıb ölkədən gedəcəyəm. İş adamlarına bu qədər təzyiq olmaz axı? Dərdimizi kimə deyək?”,-deyə sahibkar ölkə başçısına vəictimaiyətə müraciət edib.
Məsələ ilə bağlı 10 saylı Ərazi Vergilər İdarəsi ilə əlaqə saxlamaq cəhdimiz alınmadı. Buna baxmayaraq onların mövqe bildirmək hüqunun saxlandığını da bildiririk.
Azadlıq.info