Mayın 6-da Beyləqanın veteranlar parkında Füzulidən məcburi köçkün, Qarabağ əlili Bəhmənin fotoatelyesi dağıdılıb.
AzEuroNews.com-a verilən xəbərə görə, icra başçısı Vaqif Abdullayevin tapşırığı ilə traktor vasitəsi ilə dağıdılan obyektin sökülməsinin səbəbi bilinmir.
Hadisə gecə təxminən saat 5-də olub. Fotoatelyenin əvvəlcə qapısını sındırıb, atelyedə olan əşyaları küçəyə töküblər, traktorla dağıdıblar.Onun oğlu Astan haqsızlığa etiraz olaraq özünü yandıraraq intihar etməyə cəhd edib. Sakinlər onu bu fikrindən zorla daşındıra biliblər.
Onu da deyək ki, Beyləqan rayon İH başçısı təxminən 3 ay əvvəl Heydər Əliyev parkı və Veteranlar parkındakı oturacaqları təmir etdirmək üçün yığışdırıb.
Amma aradan 3 ay keçməsinə baxmayaraq oturacaqlar təmir olunub parklara qaytarılmır.
Parka istirahətə gələn sakinlər oturmağa yer tapmırlar. Şəhər əhli parka gələndə oturacaqsız parkda asudə vaxtları lazımınca keçirə bilmirlər.