“Oğlum Qənimət Məmmədovu 11 may 2018-ci il tarixdəZərdab rayon icra başçısı Lütvəli Babayevin sifarişi iləhəbs ediblər”.
Bunu redaksiyamıza göndərdiyi məktubunda Zərdab rayonu Çalı kənd sakini Məmmədov Tehran Cəlil oğlu yazır. Şikayətçi qeyd edir ki, oğlu sosial şəbəkələrdə icra başçısının neqativ əməllərini ictimailəşdirdiyi üçün şərlənərək həbs edilib. “Oğlum facebook sosial şəbəkəsində “Zərdabda Haqqın Səsi” adlı qrup yaradıb, orada rayonda baş verən neqativ halları, sosial problemləri paylaşırdı. Bu isəZərdabın icra başçısı Lütvəli Babayevə xoş gəlmədi. Çünki Lütvəli Babayev 11 ildərayonda böyük kök salıb. Fakt isə budur ki, Lütvəli Babayevin 11 illik yarıtmaz fəaliyyəti nəticəsində Zərdab Azərbaycanda ən bərbad rayona çevrilib”.
Ata yazır ki, oğlunun müdafiə hüququ pozulub, onunla əsir kimi davranıb, işgəncəveriblər. Həttda onun üçün aparılan ərzaq bağlamasını da qəbul etməyiblər ki, icra başçısı bunu qadağan edib.
“İttiham tam saxta və qondarmadır. Qənimət 2-ci qrup əlildir və himayəsində 3 azyaşlı övladı var. Kiçik övladı 1 ay əvvəl dünyaya gəlib. Qənimətin tam günahsız olmasına dair konkret və mötəbər subutlar var. Bizə Zərdab Rayon Polis Şöbəsindən ancaq onu dedilər ki, hədə-qorxu ilə tələb eləmə maddəsi ilə ittiham olunacaq, artıq şikayətçilər var. Ancaq şikayətçilərin kimlər olmasını demədilər. Mənim oğlum heç kəsə hədəqorxu gəlməyib. Sadəcə onun şəffaf fəaliyyəti qanunsuz əməllərlə məşğul olan icra başçısı Lütvəli Babayevi təşvişə saldığı üçün oğlumu şərlətdirərək həbsə atdırıb. Qondarma şikayətçilər isə ancaq Lütvəli Babayevin əlaltıları olacaq . Lütvəli Babayev o kəsdir ki, bir neçə il əvvəl qadını şərlətdirib həbsə atdırdı, aprel şəhidinin ailəsinin əlindən 500 manat pulunu aldı. Ən əsası isə gəlin baxın görün Zərdab rayonu necə bir bərbad gündədir. Öz qanunsuz yaranaz fəaliyyəti ilə insanların nifrətin qazanıb, narazılıqlar yaradan icra başçısı Lütvəli Babayevin özü bu gün həbsdə olmalıdır, mənim oğlum yox”, – deyə şikayətçi yazır.