ELMAR VƏLİYEV İCRA BAŞÇISIDIR,YOXSA
GƏNCƏ DÖVLƏT FİLARMONİYASININ
KASSİRİ?
Bir qrup təhsil işçisi ANAXEBER.az-a bildirib ki,
Kasıbçılıq içində çabalayan Gəncə şəhəri təhsil işçilərinin
problemlərinin üzərinə daha bir problem də əlavə olundu.Gəncədə yeni
filarmoniyanın fəaliyyətə başlaması universitetlərin, kolleclərin və orta
məktəb müəllimlərinin şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev
tərəfindən məcburən bu filarmoniyada keçirilən bütün konsertlərdə
iştirak etmələrinə start verdi.
Hər bir təhsil müəssisəsinə icra hakimiyyəti tərəfindən dəyəri 50
manat civarında olan konsert biletləri məcburi qaydada
göndərilir.Maraqlıdır, öz müavini Sevda Qurbanəliyeva, işçiləri Həsən
Məmmədov və Yadigar Bədəlov vasitəsilə bütün təhsil müəssisələrinə
zəng edərək biri 50 manatdan bilet verir. Müəssisə rəhbərləri də həmin
biletləri məcburi qaydada müəllimlərə satır. Konsertin müddəti keçmiş
olsa da dəxli yoxdur, pulu alınır.Filarmoniyanın tutumundan 2 dəfə çox
adama bileti məcburi şəkildə satırlar, çünki Elmar Vəliyev bilir ki, bu
konsertlərə onsuz da heç kim gəlmir, ona görə də məsələn, yerlərin
sayı 1200 olmağına baxmayaraq, 2000-dən artıq bilet satılır.
Biz dünən müəllimlərə məcburi qaydada satılan biletlərin birinin
şəklini Sizə göndəririk. Biletin qiyməti, müğənninin Alim Qasımov
olması və s. aydın görünür. Amma biletdə sıra və yerin nömrəsi, habelə
biletin seriyası ağardıcı ilə ağardılıb. Ona görə ki, həmin
nömrə ilə biletin hansı müəssisəyə verildiyini müəyyənləşdirib, həmin
işçiləri işdən çıxartdıracaqlar.
Bundan başqa, hər həftə Kəpəz futbol komandasının biletlərini
müəllimlərə məcburi şəkildə satırlar.Tələbə və müəllimləri dərsdən çıxarıb
məcburi qaydada futbola, iməciliyə, küçə süpürməyə, hansısa bir obyektin
açılışına və s. aparırlar. Bir gün valideyn bunların xirtdəyindən yapışıb
soruşacaq ki,mən təhsil haqqı ödəyib övladımı bura təhsil almağa
göndərirəm, yoxsa futbola baxmağa?
Hansı müəssisə müdiri bu biletləri götürməsə və ya pulunu bir
gün gecikdirsə onda "kef " başlayır.Həmin şəxs ya vəzifəsini itirir,ya da
ən yaxşı halda iclaslarda icra başçısı Elmar Vəliyevin söz ehtiyatında
olan biabırçı təhqir və söyüşlərə tuş gəlir.Maşallah,Elmar müəllim
leksikonunda olan söyüşlərin sayına və rəngarəngliyinə görə respublikada
məşhurdur.
İndi təsəvvür edin, bir ayda əgər 4-5 konsert olarsa ,onda kasıb
müəllimlərin aylıq maaşları heç bilet pulunu ödəmir.Bu gün 1200
nəfərdən çox tamaşaçı tutan filarmoniya artıq Gəncə şəhər İcra
Hakimiyyətinin başçısı Elmar Vəliyev və filarmoniyanın direktoru Samir
Cəfərov üçün külli miqdarda qazanc mənbəyinə çevrilib.Belə yerdə
müəllimlər deyirlər, isinmədik istisinə,kor olduq tüstüsünə..
Bir sözlə, Gəncə şəhərində olan bütün təhsil müəssisələri Elmar
Vəliyevin əlindən cana yığılıb. Camaat bilmir boğazının dərdini çəksin,
uşağının problemlərini həll etsin, yoxsa Elmar Vəliyevin ciblərini
doldursun. Məktəblərin bütün hamısına konsert bileti satdırır. Məktəblərə
konsert bileti verir, direktorlar da sinif rəhbərlərinə tapşırır ki, hər
uşaqdan pul yığsınlar. Müəllimlər də yazıqlar qalıblar pis vəziyyətdə. 50
manatdan 20-30 bilet verilir. Məbləği adam başına bölürlər və yığırlar. Hər
ay bir neçə dəfə belə konsert olur. İndi gəl ay yazıq müəllim və valideyinlər
ödə bu pulları. Bu nə qədər davam edəcək??? Camaat artıq bezib. Deyirlər
ki, kaş bu filarmoniyanın üstünə göydən daş yağaydı. Bu konsert nəyimizə
lazımdır? Filarmoniya olub kimlərinsə gəlir mənbəyi. Ölkədə iş yerləri
yoxdur. Camaat bir təhər başını girələyir.
Hara baxır Təhsil naziri!? Burdan müraciət edirik Təhsil Naziri
Ceyhun Bayramova. Deyirik ki, bu təhsil müəssisələrinə kim nəzarət edir?
Bu təhsil müəssisələri Elmar Vəliyevin nəzarətindədirmi yoxsa cənab nazir
Sizin? Bu biyabırçılığa son qoymaq lazımdır. Gah kukla teatırı, gah dram
teatr, indi də ortaya filarmoniya çıxıb. Axı bu millət yazıqdır.
Uşaq bağçaları, orta məktəblər, kolleclər, peşə məktəbləri,
universitetlət, səhiyyə idarələri, xəstəxanalar, bütün müəssisələr bilet
problemini yaşayır. Az qalırlar hər evə gətiurib məcburi şəkildə satsınlar. Bu
sadaladığımız müəssisələrdə çalışanlar elə şəhər sakinləridir. Dolayısı ilə
bütün şəhər əhalisini bilet ticarətinə cəlb etməklə məcburi bilet aldırırlar.
Belə çox getməz.Yetər artıq. Məktəblərdə şagirdlər üçün zorla forma
satmaqdan tutmuş fond puluna qədər hər şey tətbiq edərək yalnız və yalnız
pul yığırlar. Bunu görən yoxdurmu? Nə qədər belə hayasızlıq etmək olar?
İcra başçısının söyüşlərlə dolu bu hərəkətləri bütün iclaslarda
adi hala çevrilib.Mətbuata yalnız martın 14-dəki iclasda olan faktların az bir
hissəsi verilib. Lakin gəncəli məmurlar artıq Elmar Vəliyevin belə
söyüşlərlə zəngin toplantılarına öyrəşiblər.Bu şəxs , demək olar ki, hər iclasda kimisə söyür. Ən çox
sevdiyi xəbərdarlıq isə “Bu şəhərin yiyəsi mənəm. Gəncədə elə kişi varmı ki,
mənim dediyimin əksinə gedə? Kişi varsa, əlimi qoyuram bura, gəlsin əlini
əlimin üstünə qoysun”,- sözləridir.
Əlbəttə, təhlükəlisi odur ki, bir gün hansısa təhqir edilənin əsəbi buna
dözməyib, söyüşlə cavab verəcək və ya əl-qol atacaq. Bax, o zaman ölkədə
əsl sensasiyalı xəbər yayılacaq. Ona görə də düşünürəm ki, hökumət, hətta
bu söyüş dağarcığını himayə edən şəxs və ya şəxslər dərhal Elmar Vəliyevi
tənbeh etməlidir.
Bu başçının şəhərdə keçirdiyi elə bir tədbir, elə bir iclas yoxdur ki, ora
ən azı iki saat gecikməsin. İştirakçıların xəstəsi var, yaşlısı var, qapılar
bağlanır, iclas zalından çölə heç kim buraxılmır, iki saat keçəndən
sonra başçı iclasın təşkilatçılarına söyə - söyə zala daxil olur. Başçını
əsəbi görən Naqif Həmzəyev alnının tərini silə-silə, əlində su stəkanı
onun qarşısına yüyürür. Görəsən, bir vaxtlar Məmməd Əmin Rəsulzadənin
ünvanına təhqirlər yağdıran bu Naqif Həmzəyev ( Nuhun Hamza adlı
facebook profilinin sahibi,
https://www.facebook.com/nuhun.hun.7/about?lst=100004431069774%3
A100000985989079%3A1526509699) Gəncədən millət vəkilidir, yoxsa
başçının su süzəni?Bu deputat adını hörmətdən salan şəxs parlamentdə
oturmalıdır,yoxsa Elmar Vəliyevin iclaslarını təşkil etməlidir???
Hörmərtlə,Bir qrup təhsil işçisi
ANAXEBER.az
Tarix: 18-05-2018, 09:44