Lütvəli Babayev oğlumu sifarişlə həbs etdirib- Zərdabda sosial şəbəkə fəalı necə susduruldu?

 





Zərdab rayonu Çallı kənd sakini Məmmədov Tehran Cəlil oğlu mətbuat vasitəsilə ölkə rəhbərliyinə müraciət edib. Saytımıza göndərdiyi məktubda T.Məmmədov iddia edir ki, oğlu Qənimət Məmmədov bu il mayın 11-də Zərdab rayon icra başçısı Lütvəli Babayevin sifarişi ilə həbs edilib. 

Səbəb isə Q.Məmmədovun icra başçısının fəaliyyətini sosial şəbəkədə ictimailəşdirməsi olub: “Oğlum Qənimət fecbook sosial şəbəkəsində “Zərdabda Haqqın Səsi” adlı qrup yaradıb orada rayonda baş verən neqativ halları, sosial problemləri paylaşırdı. Bu isə Zərdabın icra başçısı Lütvəli Babayevə xoş gəlmədi. Çünki Lütvəli Babayev 11 ildə rayonda böyük kök salıb. Fakt isə budur ki, Lütvəli Babayevin 11 illik yarıtmaz fəaliyyəti nəticəsində Zərdab Azərbaycanda ən bərbad rayona çevrilib. Həbs edilən oğlum Qənimətin müdafiə hüquqları pozulub onunla əsir kimi davranılır, işgəncə veriblər. Həttda apardığımız yeməyi qəbul etmədilər dedilər ki, bir başa icra başçısının göstərişidir ki, yemək qəbul etməyin. Qeyd edim ki, ittiham tam saxta və qondarmadır. Qənimət 2-ci qrup əlildir və himayəsində 3 azyaşlı övladı var. Kiçik övladı 1 ay əvvəl dünyaya gəlib. Qənimətin tam günahsız olmasına dair konkret və mötəbər subutlar var. 
Lütvəli Babayev o kəsdir ki, bir neçə il əvvəl qadını şərlətdirib həbsə atdırdı, aprel şəhidinin ailəsinin əlindən 500 manat pulunu aldı. Ən əsası isə gəlin baxın görün Zərdab rayonu necə bərbad gündədir. Öz qanunsuz yaramaz fəaliyyəti ilə insanların nifrətin qazanıb, narazılıqlar yaradan icra başçısı Lütvəli Babayevin özü bu gün həbsdə olmalıdır mənim oğlum yox”.

T.Məmmədov oğlundan guya hədə-qorxu yolu ilə pul alma iddiası ilə şikayətçi olan şəxslər barəsində də məlumat verib. Bildirir ki, “zərərçəkən”lər Zərdab meşə idarəsinin müdiri Bəxtiyar Fətəliyev, icra başçısı Lütvəli Babayevə məxsus maqazini işlədən Anar Qurbanov, yenə Lütvəli Babayevin ortağı olan Luksoyl Yanacaq Doldurma Məntəqəsinin müdiri Sadiq Məmmədov, Faiq Mürsəliyev adlı ruhi xəstə və Ucar rayonunda yerləşən Lütvəli Babayevin ortağı olduğu aptekləri işlədən Elvin İsgəndərovdur: “Diqqət edin Faiq Mürsəliyevlə Qənimət arasında Zərdab məhkəməsinin icraatında bu ilin fevral ayında mülki qaydada verilmiş qarşılıqlı iddia var. Faiq Mürsəliyev iddia ərizsində yazıb ki, Qənimət mənə sosial şəbəkədə yaltaq deyib təhqqir edib. Ancaq qeyd etməyib ki, məndən hədə-qorxu ilə pul tələb edir. Ancaq Lütvəli Babayevin sifarişi həyata keçirilən zaman 11 mayda bu ittiham ortaya atılıb.

Zərdab Meşə İdarəsinin müdiri Bəxtiyar Fətəliyevin qanunsuzluğu barədə Qənimətin bu ilin yanvar ayında mətbuatda şikayəti dərc edilib. Mətbuatda gedən həmin şikayət təkzib olunmayıb. Bəxtiyar Fətəliyev ifadəsində göstərib ki, Qənimət məndən hədə-qorxu ilə pul almayıb meşə ərazisində qoyunlarını otarıb. Bəs sual olunur nə üçün indiyə qədər qanuna müvafiq tədbir görməyib? 

Zərəçəkən kimi tanınan Emin İsgəndərovun Ucarda yerləşən Lütvəli Bbayevlə ortaq işlətdikləri 3 apteki var. Qənimətin şikayət ərizəsi əsasında həmin apteklərdən birinin lisenziya və kassa aparatı olmadan işlətməsi faktı Səhiyyə Nazirliyi tərəfindən müəyyən olundu və qanuni qaydada cəzalandırıldılar. Bundan nəticə çıxarmayan qondarma zərəçəkən Elvin İsgəndərov həmin apteki təkrar olaraq lisenziya olmadan açıb işlədir. İkinci dəfə isə Səhiyyə Nazirliyi onun barəsində inzibati protokol tərtib edir. Bu barədə isə Səhiyyə Nazirliyi Qənimətə cavab məktubu göndərir. Elvin İsgəndərov Səhiyyə Nazirliyində izahat verib göstərir ki, Qənimət Məmmədovu İsmət adlı aptek sahibi öyrədib məndən şikayət yazdırır. Ancaq Elvin həmin izahatında qeyd etməyib ki, Qənimət məndən hədə- qorxu ilə pul tələb edib. Burada hansı rüsvay edici məlumatla hədə qoxu gəlib pul tələb etməkdən söhbət gedə bilər? Onda belə çıxır ki, Qənimət Səhiyyə Nazirliyi ilə əlbir olub cinayət törədib? Elvin İsgəndərov Ucarda 3 yerdə aptek işlədir. Bu qondarma cinayət işində qondarma zərəçəkənlərin sayını çoxaltmaq üçün hər aptekin ayrı sahibi olmasını qeyd edib onları da zərərçəkən şəxs kimi istintaqa cəlb ediblər. Həttda Elvin Səhiyyə Nazirliyinə verdiyi izahatında bunu etiraf edib ki, apteklərin üçü də ona məxsusdur.

Zərəçəkən Sadiq Məmmədov Zərdab rayonunda “Luksoyl” adlı yanacaqdoldurma məntəqəsini icra başçısı ilə ortaq işlədir. Orada benzinə qatqı qatılması, benzinin çəkisindən kəsilməsi və kassa aparatından istifadə edilməməsi faktı barədə Qənimət sosial şəbəkədə paylaşma etdi. Buna görə oranın müdiri Qənimətə zəng edib ölümlə təhdid etdiyi üçün hüquq-mühafizə orqanlarında bunu araşdırdılar. Həmin vaxt “Luksoyl” YDM-nin sahibi Sadiq Məmmədov öz izahatında göstərməyib ki, Qənimət Məmmədov məndən hədə-qorxu gələrək pul tələb edir. Ancaq 11 mayda icra başçısının sifarişi ilə belə bir ittihamla çıxış edir.

Zərərçəkən Anar Qasımovun işlətdiyi Lütvəli Babayevə məxsus mağazada isə istifadə müddəti ötmüş məhsullar satıldığı üçün Qənimət əsaslı olaraq həmin mağazadan aldığı istifadə müddəti ötmüş enerji içkisini öz feyzbuk qrupunda paylaşma edib, həm də aidiyyatı mərkəzi orqanlara şikayət ərizələri göndərib. Qənimətin şikayət ərizəsi əsasında İqtisadiyyat Nazirliyi həmin mağazada yoxlama aparıb istifadə müddəti ötmüş məhsulların satılması faktını müəyyən edir. Həmin vaxt yoxlamağa gələn Vüqar Osmanov adlı vəzifəli şəxs Qənimətlə telefon əlaqəsi saxlayır deyir ki, şikayət ərizəni yerində araşdırıram mağazaya gəlin. Qənimət də uzaqdayam 40 dəqiqəyə gələcəm cavabı verir. 40 dəqiqədən sonra Qənimət mağazanın qarşısına gəlib həmin Vüqar Osmanov adlı şəxsə zəng edir. O cavab verir ki, mən siz gəlincə maqazini yoxladım istifadə müddəti ötmüş enerji içkisi aşkar edildi protokol tərtib edib icra hakimiyyətinə gedirəm. Bundan sonra icra hakimiyyətində Vüqar Osmanovun cibinə pul qoyulur deyə protokolu dəyişir. Qənimət İqtisadiyyat Nazirliyinin əməkdaşı Vüqar Osmanovun mağazadan istifadə müddəti ötmüş malı aşkar etməsi faktını etiraf etməsi barədə telefon danışığını diskə köçürüb onun qanunsuz əməllərindən prezidentə, baş nazirə və iqtisadiyyat nazirinə şikayət edir. 11 may 2018-ci il tarixdə Rəşad adlı İqtisadiyyat Nazirliyinin əməkdaşı Zərdab rayonuna gəlir və yoxlama aparır. Bundan çox-çox qəzəblənən icra başçısı Lütvəli Babayev əmir verir ki. nəyin bahasına olur-olsun Qənimət bu gün həbs edilməlidir. Belə də olur, Qəniməti Zərdab Rayon Polis Şöbəsinə çağırıb qanunsuz olaraq həbs edirlər. Lütvəli Babayevin biznesinin satıcılarını, ortaqlarını isə zərərçəkən kimi üzünə qoyurlar. 

Mənim oğlum Qənimət heç kəsdən hədə-qorxu gəlmə ilə pul tələb etməyib almayıb yalandır, onu icra başçısı Lütvəli Babayevin sifarişi ilə qondarma ittihamla həbsə atıblar. Qənimətin barəsində olan cinayət işi Azərbaycan Respublikasının Konstitusiyasının, Cinayət Prosessual Məcəllənin. Beynəlxalq və digər qanunların tələblərini açıq-aşkar kobud şəkildə pozmaqla açılmışdır. Buna qol qoyan vəzifəli şəxslərin özləri cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Qənimət icra başçısı Lütvəli Babayevin girovudur. Bu isə adam oğurluğu cinayətidir”. 

Məktubda yazılanlara inansaq, əslində Q.Məmmədov 7 nəfərin qanunsuzluq faktını ictimailəşdirib və hamısı da təsdiqin tapıb. Belə olan halda onun həbs edilməsi təəccüb doğurur. Q.Məmmədovun 3 uşağı var: “Mənim oğlum heç bir cinayət törətməyib psixoloji xəstə olan icra başçısı Lütvəli Babayevin girovudur. Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb xahiş edirəm günahsız olan 2-ci qrup əlil, xəstə və 3 körpə uşaq atası oğlum Qənimətin azad olunmasına köməklik edəsiniz”.

Yazıda adları keçən şəxslərin mövqeyini verməyə hazırıq.

Lütvəli Babayev oğlumu sifarişlə həbs etdirib-

Lütvəli Babayev oğlumu sifarişlə həbs etdirib-
Siam.az
Tarix: 19-05-2018, 23:24
Xəbəri paylaş





Xəbər lenti