Sosial şəbəkələr və media qurumlarında apardığımız araşdırma nəticəsində daxil olan məlumatların həqiqəti əks etdirdiyi qənaitinə gəlmişik. Təhsil şöbəsində olan etibarlı mənbənin də məsələ ilə bağlı mövcud sənədləri təsdiq etməsi mahiyətcə ciddi nöqsanların olduğuna işarədir.
Bəzi media qurumlarında qeyd edilən məlumatlarda göstərilir ki, Beyləqan Rayon Təhsil Şöbəsinin müdirəsi Xuraman Rüstəmovanın gəlininin qanunsuz direktor təyin etməsi idi. X.Rüstəmova beyləqan şəhər 3 saylı tam orta məktəbdə müəllimə işləyən gəlinini qanunsuz olaraq direktor əvəzi təyin etməsi azmış kimi hələ ona direktor məvacibinin verilməsi ilə bağlı rəsmi müraciəti olmuşdur – deyə qeyd edilməkdə idi. Yayılan məlumatla bağlı isə digər media qurumlarında adı çəkilən məsələ ilə bağlı X.Rüstəmova təqzib dərc etdirmiş baş verənlərin yalan olduğunu qeyd etməklə eyni tərzdə Təhsil Naziriliyinin rəhbər şəxslərinə yalan danışmaqdan belə çəkinməmişdir. Özünün inanmaq istədiyi yalanı Təhsil Nazirliyinin rəsmilərinədə inandırmağa cəhd etməsi qəbul ediləcək məsələ olmadığı bu günlərdə müəyyən mənbələrdən göndərilən sənədlər əsasında aşkar edilmişdir. Məsələnin rəsmi sənədlərlə təsdiq edildiyinin maddi subutları olduğu üçün buna Təhsil Nazirliyinin mövqe bildirməsinin vacibdir. Təhsil Nazirliyinin verəcəyi cavabdan sonra Baş prokrorluğa bununla bağlı rəmi müraciət edilməsi zərurəti var ki, burada dövlət büdcəsindən qanunsuz olaraq maddi vəsaitin ayrılmasından söhbət gedir. Yəni ki, X.Rüstəmova öz gəlini üçün gəlir məngəyi yaratmaq məqsədi ilə dövlət büdcəsindən qanunsuz gəlir əldə edilməsinə vəsilə olmuşdur. Bununla X.Rüstəmovanın qanunsuz əməlləri yekunlaşmaqda deyil. Fəaliyyətinin sərhəd tanımaması və dövlət büdcəsinin qanunsuz əməllərin qurbanına çevrilməsində rolunun yüksək olmasıda göz qarşısındadır. Beləki ölkə rəhbərini aldadaraq yaxın qohumuna əməkdar müəllim adının qanusuz naməlum şəxslərin vasitəsi ilə verilməsinə nail olmuşdur. Bütün bunlarla bağlı gələn yazımızda təfərüatlar olacaqdır. Bizi izləməyi unutmayın.
P.S. Aylardır ki, X.Rüstəmovanın verdiyi təqzib isə maddiat qarşılığında qanunsuz əməllərin gizlədilməsinə hesablandığına baxmayaraq mövcud ciddi qeyd edilən qanun pozuntuları rəsmi sənədlərlə öz təsdiqini tapmaqdadır...
Gələn yazımızda:
- Əməkdar müəllim adının verildiyi şəxsin kimliyi və bu adın hansı yollarla əldə edilib...
- Gəlininin görə müraciət hansı tələblər əsasında olan sənətlərin nüsxəsi...
- X.Rüstəmovanın gəlininin qanunsuz regional idarədən öz imzası ilə etdiyi tələbləri əks etdirən sənədlərin nüsxəsi...//Xeberfakt.az//