Əslində təyinatından o qədər də çox keçməyən naziri ittiham etmək qərəzli görünə bilər. Amma bir məqamı da nəzərə alaq ki, ötən ilin son ayında Mikayıl Cabbarovun vergilər naziri təyin olunmasından bu yana 5 aydır ki, C.Bayramov faktiki olaraq təhsil naziridir və buna qədər də birinci müavin kimi o, sistemə bələd olan adam kimi tanınıb. Bir sözlə aşağıda bəhs edəcəyimiz direktorun hələ də vəzifə başında olmasının günahkarı Ceyhun Bayramov sayıla bilər. Söhbət Şamaxı rayonunda şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Babaşovadan gedir. Beləliklə son qalmaqala keçməzdən öncə bu direktorun bəzi macəralarına diqqət edək.
Məktəbdə ailə hegemonluğu
Sözügedən təhsil müəsisəsi ilə bağlı cumhuriyyet.az olaraq mediada yer alan iddialarıbir daha xatırladaraq bildirək ki, məktəbin direktoru Babaşova Gülnurə Hacverdi qızının direktor olmasına baxmayaraq, rəhbərliyə aidiyyatı olmayan, məktəbdə müəllimə işləyən, anası Lütviyyə və bacısı Vəfa ilə birgə idarə edirlər. Adı çəkilən hər iki şəxs dərs bölgüsündən tutmuş ən xırda məişət məsələlərini də kollektivdə dava-dalaşa çəkməklə dərs mühitinin pozulmasına, şagird müəllim, valideyin məktəb, münasibətlərini də gərgin vəziyyətə gətirilməsinə səbəb olublar. Dərs yükünün bölgüsü məsələsində də, əvvəlcə ailə üzvləri təmin olunur. Anasına 34 saat,bir bacısına 30 saat, digər bacısı Hacıyeva Şəfaya şəhər 2 saylı məktəbə təçkilatçı müavin təyin olunmasına baxmayaraq vəzifə səlahiyyətini aşaraq 12 saat dərs verib. Yaşı 65-i keçmiş müəllimlərə öz marağı təmin olunmaqla dərslər verib. Nəticədə həmin dərslərin keçirilməsində yaranmış problemləri, xadimələrin və yuxarı sinifdə oxuyan qohumu olan şagirdlərin vasitəsi ilə təmin edir. Haqqı tapdanan müəllimlərə isə “kimə istəyirsiz deyin” deməklə özünün Təhsil Nazirliyində adamı olmaqla hədə qorxu gəlir.
Direktorun aylıq hədəsi: “o müəllimlər ki var, aylığı gecikdirir, ya da ki, yarımcıq verir…”
Bu yaxınlarda Gülnurə Babaşovanın rəhbərlik etdiyi təhsil ocağında müəllimlərdən pul tələb etdiyini əks etdirən səs yazısı yayılmışdı. Cumhuriyyet.az olaraq bildirək ki, bu səs yazısında direktor müəllimlərdən pul tələb edir. Gülnurə Babaşova orada müəllimlərə bayramları bəhanə gətirməməyi məsləhət bilib: “Mən bilirəm burda nəzərə alnmalı olanlar kimlərdi, onlar nəzərə alınacaq. Ancaq nəzərə alınmayanlar da var. Nə olsun, sizin kimi camaat da bayram eləmək istəyir. Bu dəfə də əyər ləngiməmiz-filanımız olsa… o müəllimlər ki var, aylığı gecikdirir, ya da ki, yarımcıq verir, onlar sonrakı aylarda məktəbin digər işlərində mənə yaxın gəlməsinlər, mənim də hər şeyə görə müəyyən işlərim var. Sonra bir-birimizdən küsməyək”.
İşıqpulu və aylıq davası
Bununla da bitmir. G.Babaşova haqqında mediada yer alan və yenə də audio yazı ilə təsdiqlənən iddialara görə, onun məktəbdəki pulyığma əməliyyatları bir neçə istiqaməti əhatə edir. Bildirək ki, Gülnurə Babaşova həm də Bilik Fondunun Şamaxı filialının rəhbəridir və cumhuriyyet.az olaraq onun haqda iddiaların bir qismini diqqətinizə çatdırırıq: “Fondun məktəbdə keçirdiyi hər tədbirə görə pul xərclədiyini deyir və hər müəllimdən 20 manat pul yığır. Narazılıq edən müəllimi isə işdən qovacağı ilə hədələyir. O, atdığı addımları yuxarılarla razılaşdırıb atdığını deyir. Respubilika və rayon səviyyəli məmurların adlarını çəkir. Müəllimlər və şagirdlər arasında hər sinifdən 2-3 nəfər olmaqla özünün agentura şəbəkəsinin olmasını və hər şeyi nəzarət altında saxlamağı bacardığını xüsusilə hamının nəzərinə çatdırır. Keçirilən hər iclasda tədrisdən çox dedi-qoduya yer ayırır, bu işdə anası və bacısının “fəallığı”ndan məharətlə yararlanır. “Reket” kimi onlardan istifadə edir”. Şikayətçi müəllimin sözlərinə görə, o, hər ay elektirik enrejisi və istiliyə görə müəllimlərdən 20-30 manat pul yığır: “Hesablama Palatasının yoxlamasından sonra yaranmış 5000 manat cərimənin hər müəllimdən 100 manat yığmaqla müəllimlərin hesabına ödəyib. Bütün bunlar azmış kimi xüsusi sertifikatlar tərtib edib hər biri yüz manat olmaqla müəllimlərə satır”.
Direktor işçilərə maşının yuduzdurur
Lap bu günlərdə isə Şamaxı rayonunda şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Babaşova yeni rekorda imza atıb. Bu dəfə xanım direktor məktəbin işçilərinə öz avtomobilini yuduzdurur. Feodal dövrünün münasibətlərini xatırladan həmin kadrları reportyor.info-ya istinadən heş bir şərh vermədən diqqətinizə çatdırırıq: