"İnanırıq ki, Lütvəli Babayevi gənc bir kadrla əvəz edəcəksiniz..." - Prezidentə müraciət
Zərdab rayon sakinləri adından Siam.az-a müraciət daxil olub. Müraciət müəllifləri yazırlar:
"Mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edirik.Cənab Prezident yeni nazirlərin təyinatına biz Zərdab rayon sakinləri çox sevindik.Çünki həmin gənc nazirlər, komitə sədrləri qısa müddətdə öz sahələrində ciddi dönüşlər ediblər.Çünki həmin gənc kadrlar prezidenti, dövləti və xalqı sevirlər. İnanırıq ki, Siz bu kadr islahatları çərçivəsində 11 ildir ki, Zərdab rayonunu viran qoyan, zərdablılara zülm yaşadan Lütvəli Babayevi gənc bir kadrla əvəz edəcəksiniz.Cənab Prezident inanın ki, bərbad günə düşməsinə görə Zərdab rayonu qonşu rayaonlardan çox-çox fərqlənir.Rayonun mərkəzi küçələri bərbad gündədir, zibillliklər antisanitariya baş alıb gedir.Rayonda heç bir quruculuq-abadlıq işləri aparılmır.Lütvəli Babayev büdcə təşkilatlarında işləyən işçilərin maaşlarından hər ay 23-30 manat pul tutulması üçün direktor və müdirlərə xüsusi göstəriş verib.Rayonda adi bir işin görülməsi üçün büdcə təşkilatının işçilərinin maaşlarından pul tutulur.Sahibkarlara aylıq haqq kəsilib.Heç bir ağac əkilmədən yaşıllaşdərma adı ilə küllü miqdarda pullar Lütvəli Bbayev tərəfindən mənimsənilir.Lütvəli Babayev həm savadsızlığına, həm iş bacarığının olmamasına görə ən əsası isə sakinlərin nifrətin qazandığına görə Zərdab rayon saknləri onun tutduğu vəzifədən nə vaxt kənarlaşdırılacağını səbirsizliklə gözləyirlər.Psixoloji problemi olan Lütvəli Babayev həttda məclislərdə deyir ki, "mən nə vaxt özüm istəsəm onda vəzifədən gedəcəm çünki Zərdabı mənə veriblər". İndidə barama planının doldurulması üçün saxtakarlığa start verib.Büdcə təşkilatlarının işçilərinin maaşlarından pul tutulmağına göstəriş verib.Həmin pulla Şəki barama qəbulu məntəqəsindən barma planının verməsinə dair sənəd alacaq. Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən xahiş edirik 11 ildir ki, Zərdab rayonunu viran gününə qoyan, zərdablılara zülm yaşadan, psicxoloji problemi olan, savadı təcrübəsi qətiyyən olmayan Lütvəli Bbayevi gənc, işgüzar və savadlı kadrla əvəz edəsiniz".
Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...