İcra başçısı torpaq zəbt edib İnam Kərimovun diqqət mərkəzinə düşdü - FOTOLAR


İcra başçısı torpaq zəbt edib İnam Kərimovun diqqət mərkəzinə düşdü
“Adı müxtəlif qanun pozuntularında hallanan Gədəbəyin icra başçısı Ramiz Yediyarovun əməllərinə yeni təyin edilmiş nazirlərin qiymət verməsi vacibdir”. AzEuroNews.com xəbər verir ki, bu barədə rayon sakinləri saytımıza göndərdikləri məktubda yazıblar.

İcra başçısı torpaq zəbt edib İnam Kərimovun diqqət mərkəzinə düşdü

Onların sözlərinə görə, əhaliyə kütləvi şəkildə veteranlıq statusunun satılması barədə yazılanlardan sonra Ramiz Yediyarov pay torpaqlarında kütləvi tikinti işləri aparır: “Əsasən rayon sakini olmayan, imkanlı şəxslərə pay torpağında villalar tikdirmələrinə şərait yaradan Ramiz Yediyarov şəkildə gördüyünüz bu torpaq sahəsini də özü üçün mülk tikdirmək məqsədilə hasarlayıb. Bu torpaq sahəsi Slavyanka kənd qəbirstanlğından bir qədər yuxarı, əkin sahələrinin ortasındadır.

İcra başçısı torpaq zəbt edib İnam Kərimovun diqqət mərkəzinə düşdü

Bu adam qanunlara o qədər sayğısızdır ki, hətta rayon bazarını da pay torpağında heç bir sənədləşmə aparmadan tikdirib. Bu gün həmin bazarın zir-zibili ətrafdakı əkin sahələrinə yayılır. Bu baxımdan yeni kənd təsərrüfatı naziri İnam Kərimovun rayona təşrif buyurub bu 2 faktı araşdırması kifayətdir ki, Ramiz Yediyarovun bu sahədə törətdiyi cinayət kələfinin ucunu ələ keçirsin. Əgər saxta veteranlıq dövləti uzunmüddətli qanunsuz maliyyə yükü altına salırsa, pay torpaqlarının bu cür talanması əhalinin qida təhlükəsizliyini təhlükəyə salır. Bu baxımdan yeni nazirin Gədəbəylə maraqlanması çox vacibdir”.

İcra başçısı torpaq zəbt edib İnam Kərimovun diqqət mərkəzinə düşdü

Mövzu ilə bağlı Gədəbəy Rayon İcra Hakimiyyətindən mövqe öyrənmək alınmayıb. Qarşı tərəfi də dinləyib, fikirlərini dərc etməyə hazırıq…
 
Tarix: 26-05-2018, 10:52
Xəbəri paylaş





Xəbər lenti