Ucarda şəhid ailəsinin müraciətinə biganəlik göstərilir
FİA.Az-a verilən xəbərə görə, müharibədə həlak olmuş İsgəndərov Fuad Müslüm oğluna şəhidlik adı verilmir.
17.03.1976-cı ildə Ucarın Küçəkənd kəndində anadan olmuş F.İsgəndərov 20 mart 1994-cü ildə hərbi xidmətə çağırılıb.
30.03.1994-cü ildə Tərtərin Cəmilli kəndi uğrunda gedən döyüşlərdə iştirak edib və bundan sonra yaxınları ondan məlumat ala bilməyiblər. O, Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə həlak olub.
Ucar Rayon Məhkəməsinin 20 dekabr 2016-cı il tarixli qətnaməsi ilə F.İsgəndərov ölmüş elan edilib. İndi onun doğmaları Fuada şəhid adının verilməməsindən narahatdırlar.
Ailəsi Müdafiə Nazirliyi, Səfərbərlik Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ucar Rayon İcra Hakimiyyətindən müraciətə diqqət gözləyir.
Ancaq nədənsə, rəsmi qurumlar şəhidə qarşı laqeydlik göstərir. Xüsusən də Ucar RİH başçısı Mənsur Məmmədov şəhidə ad verilməsi üçün səy göstərmir.
Keçmiş nazir Ziya Məmmədovun xalası oğlu olan M.Məmmədov ən azından öz şəhid həmyerlisinin ruhunu şad etmək, ailəsinə təsəlli olmaq üçün hərəkətə keçə bilər, rəsmi orqanlarla danışıq apara bilərdi.
Faktiki Fuad Qarabağdakı döyüşlərə canını fəda edib.
Amma Ucar rayon rəhbərliyini şəhidin adının əbədləşdirilməsi maraqlandırmır. Məmurların bu qədər bivec, laqeyd, özünü düşünən olması ilə ölkə hara gedir?
Ümumiyyətlə, Ucarın başçısı şəhid ailələrinə ögeylik göstərir. Onların qapısını açmır, bayramlarda evlərinə sovqat göndərmir, şikayət və problemlərini araşdırmır.
FİA.Az-a verilən xəbərə görə, M.Məmmədovun indiyə qədər vəzifədə qalması möcüzədir. Çünki Z.Məmmədov erası bitdikdən sonra yaxın ətrafı postlardan yığışdırıldı.
M.Məmmədovun isə öz rayonunda rəhbər vəzifədə saxlanması müvəqqəti xarakter daşıyır. İddialara görə, yaxın vaxtlarda Ucara yeni icra hakimi təyin olunacaq.
M.Məmmədov Göyçaydan Ucara icra başçısı təyin olunub və hər iki rayonun büdcəsini talamaqla məşğul olub. Onun bu rayonlarda hektarlarla ərazisi, villaları, obyektləri var.
Nazir qohumunun himayəsi hesabına uzun müddət vəzifə tutmuş M.Məmmədov tunelin sonuna çatdığını görür. Z.Məmmədovdan sonra onun da yola salınacağı kifayət qədər realdır.
Məlumata görə, bir müddət əvvəl rayon icra hakimiyyəti başçılarının qanunsuz əməllərindən, onların sahibkarlara qarşı həyata keçirdikləri ağlasığmaz təzyiqlərdən Prezident Administrasiyasına edilən şikayətlərin monitorinqi aparılıb.
Hazırda monitorinqin nəticələri ümumiləşdirilir və yaxınlarda siyasi rəhbərliyə təqdim ediləcək. Bildirilir ki, belə monitorinqlər vaxtaşırı aparılır və siyasi rəhbərliyə məruzə edilir.
Siyasi rəhbərlik də məruzə əsasında icra başçılarını cəzalandırır, işdən çıxarır. Bu dəfə də monitorinq daha ətraflı aparılıb və etimadı doğrultamayan icra başçılarının siyahısı müəyyən edilib.
Mənbəmiz eyni zamanda icra başçılarının nəzərdə tutulan “vurulma” prosesinin onların daha yüksək çinli himayədarlarının artıq hakimiyyət düşərgəsində etimadı itirməsi ilə əlaqəli olduğunu düşünür.
Məlumdur ki, hansısa rayon və ya şəhərə icra başçısı təyinatından öncə müəyyən məsləhətləşmələr aparılır.
Sirr deyil ki, icra başçılarının prezidentə təqdimatını müxtəlif vəzifəli şəxslər verir və dolayısı ilə onlar həmin şəxslərə bir növ cavabdehlik daşıyırlar.