Habil Ağayevin İmişlidəki özbaşınalıqlarının fonunda bu şəxslər - Əvəz Şükürov və Şükür Aslanov vasitəsilə daha yuxarı instansiyalarla yaradılmış əlaqələr durur.
Bir neçə gün əvvəl BakuNews.az-a İmişlidəki mənbədən daxil olan məlumat əsasında dərc edilən "İmişlidə məmurlararası davanın miqyası böyüyür" adlı məqalədən sonra Daxil İşlər nazrliyinin əməkdaşları RPŞ-nin rəis müavini Habil Ağayevin, RİH başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məmi Atakişiyevə məxsus, lakin məlum qrupun sonradan mənimsədiyi, Bəcirəvan kəndi ərazisində yerləşən 100 ha əkinə yararlı torpaq sahəsinə baxış keçiriblər. Mənbənin bildirdiyinə görə DİN əməkdaşlarına torpaq sahəsinin Məmi Atakişiyevə məxsus olduğunu sübut edən sənədlər təqdim edilib.
Xatırladaq ki, BakuNews.az-ın bir neçə gün əvvəl dərc etdiyi məlumatda ölkə Prezidentinin müvafiq Fərmanı ilə ləğv edilmiş MTN-dəki məlum qrupla iş birliyində adı hallanan, ölkədə tikinti kralı kimi tanınan, əslən İmşlidən olan Əvəz Şükürov, bir zamanlar sürücü işləsə də, sonradan adını ölkənin qeyri-rəsmi milyonçuları sırasına yazdıran, ”Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisi Şükür Aslanov və İmişli RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Habil Ağayevdən ibarət qrupun, RİH başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məmi Atakişiyevə məxsus 100 ha torpaq sahəsinin mənimsəməsi qeyd edilmişdi. Məlumatda o da qeyd edilmişdi ki, məmurlararası davanın miqyası artıq daha yuxarı orqanlara qədər böyüyüb. Adı "MTN çetesi" adlanan qrupun üzvü, həmin qurumun idarə rəisi Mövlan Şıxəliyevlə iş birliyində hallanan Əvəz Şükürovun həmin baş verən hadsələr fonunda azadlığını və kapitalını qorumağı bacarması görünür onu yeni məcaralara həvəsləndirib. Mətbuatın yazdığına görə Əvəz Şükürovu "MTN çetesi"nin üzvü Mövlan Şıxəliyevlə bağlayan hündürmərtəbəli yaşayış binalarının tikintisi, nəqliyyat yollarının çəkilişi, restoranlar, fermer təsərrüfatları, daş karxanaları və ölkə xaricindəki şərikli biznesləri olub. Ə.Şükürovun oğlunun MTN-də xidmətə başlamasında dostu M.Şıxəliyevin müstəsna xidmətlərinin də olduğunu qeyd edən mətbuat yazırdı ki, hətta ləğv edilmiş qrumun tabeliyində fəaliyyət göstərən hərbi hissədə xidmət edən biznesmen oğlu Bayram Şükürov əslində idarə rəisinin köməkçisi vəzifəsini icra edirmiş. Ə.Şükürovün digər oğlu Rəmzi Şükürov isə MTN-nin sabiq Baş İdarə rəisi, hal-hazırda həbsdə olan Akif Covdarovun Milli Məclisdə işləyən oğlu ilə dost və iş yoldaşı olublar.
Mənbənin bildirdiyinə görə ”Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisi Şükür Aslanovun rəhbəri olduğu "ORİON - E" adlı şirkətinə mazut daşıyan iri tutumlu avtomobilləri bir zamanlar "MTN çetesi"nin aktiv üzvü olan Akif Çovdarov həbs etdirsə də, Əvəz Şükürovun Mövlan Şıxəliyev vasitəsilə müdaxiləsindən sonra nəqliyyat vasitələri içərisindəki məhsulla birlikdə dərhal azad edilib. O da qeyd edilir ki, həmin vaxt daşınan mazutun rəsmi qeydiyyatı da olmayıb. Məlumatı verən mənbənin bildirdiyinə görə həmin hadisələr zamanı Şükür Aslanovda həbs edilibmiş. Bəzi qaranlıq məqamlarda yaranan dostluq bu günə qədər də davam edir.
İmişlidəki mənbə əlavə olaraq bildiridi ki, RPŞ-nin rəis müavini Habil Ağayev Şükür Aslanovla kirvədir. Bundan əlavə Şükür Aslanovun bacısı oğlu Habil Ağayevin sürücüsüdür. Deməli zəncirvari əlaqələrin kökündə sonradan yaranmış qohumluqlarda yer alır. Məlumatda o da bildirilir ki, məhz Habil Ağayevin İmişlidəki özbaşınalıqlarının fonunda da bu şəxslər vasitəsilə daha yuxarı instansiyalarla yaradılmış əlaqələr durur. Məhz bu amildir ki, özünü İmişlinin kralı hesab edən Habil Ağayev xoşuna gəlməyən adamı az qala "mənə nədən elə baxdın" bəhanəsi ilə həbs edir. Bəzən DYP əməkdaşı kimi avtomobilləri saxlatdırır. Ötən məlumatda qeyd edildiyi kimi İmişli RPŞ-də qanunların tələb etdiyini yox, məhz kefinin istədiyini edən rəis müavininin rayon mərkəzində "Fəridənin apteki" adlanan əczaçılıq dükanında satılan, lakin qanunla satışı qadağan edilən dərman peraparatlarının realizəsindən də xəbəri var. Məsələnin ən qəribə tərəfi isə DİN-in yüksək rütbəli bu şəxsi nəinki həmin hadisəyə göz yumur, hətta tabe olduğu rəhbərlikdən belə gizlədir. Görünür bir zamanlar dostlarının - Əvəz Şükürovun və Şükür Aslanovun kritik məqamlarda qurtuluş ssenarisini İmişli RPŞ-nin rəis müavini Habil Ağayevdə sınaqdan çıxarmaq istəyir. Bütün sınaqlar isə həmişə uğurlu olmur.
Araşdırmalarımız davam edir. Mövzuya qayıdacağıq.
Redakisya yazıda adı çəkilən şəxslərin və təşkilatlarında mövqelərini dərc edə bilər.
Növbəti sayımızda:
1. İmşli rayon polis şöbəsinin rəis müavini, polis polkovnik - leytenantı Habil Ağayevin qanunsuz əməllərinə və özbaşınalıqlarına qarşı Prezident Admnistrasiyasında hazırlanan planın pərdəarxası....
Gunay Su
BakuNews.az