Lerik rayonunun Şivlə, Biləvər, Geskon kəndlərinin əhalisi yenidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevəmüraciət ediblər.
Onlar icra başçısı Rövşən Bağırovdan və yerli məmurların zülmündən, həmçinin "Azərsu"ASC-nin prezidenti Qorxmaz Hüseynovdan şikayətçidirlər.
Qaynarinfo-ya daxil olan müraciətin tam mətnini olduğu kimi təqdim edirik:
"Nəzərinizə çatdırmaq istəyirik ki, Lerik rayonunun Şivlə, Biləvər, Geskon kəndləri rayonun Osyodərə inzibati ərazisinə daxildir.Bu kəndlərdə 1200 nəfərdən çox əhali məskunlaşıb. Təkcə 45 ev olan Şivlə kəndi Qarabağ savaşında 7 şəhid vermişdir.
Bu kənddən olan Ağayev Fərhad İslam oğlu ölkədə 1995-ci ilin mart ayında dövlət çevrilişinə cəhd zamanı dövlətçiliyimizin qorunması uğrunda mübarizədə şəhid olmuş, Azərbaycan Prezidenti Heydər Əliyevin sərəcamı ilə həmin ilin may ayının 4-də Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. 3 əlilimiz var.
Kəndlərimiz dövlət tədbirlərində hər zaman fəal iştirakçı olmuş, ölkə rəhbərinin arxasında möhkəm dayanmışıq. İnsanların 11 aprel 2018-ci il Prezident seçkilərində fəal iştirakı bunu bir daha sübut etdi...
Cənab Prezident, bizim dövlətdən heç bir narazılığımız yoxdur. Övladlarımız Vətən yolunda şəhid olmuşlar. Lazım olarsa, kəndlərimizdə yaşayan əli silah tita bilən hər bir adam Vətəni müdafiə etmək üçün ayağa qalxacaq.
Hazırda rayonumuzun icra başçısı Rövşən Bağırov əhalimizi güclə təmin edən bulaq suyunu qonşü Şingədulan ərazisinə vermək, bununla da xalqa zülm etmək, acınacaqlı vəziyyətə salmaq istəyir.
HAŞİYƏ: Cənab Prezident, Siz Lerik-Noda-Xanəgah avtomobil yolunun tikilməsi üçün 17 milyon manat vəsait ayırdınız. Həmin yol bir il də davam etmədi,dağılıb bərbad oldu. Bu barədə Sizə müraciətimiz də Rövşən Bağırovun hiddətinə səbəb oldu...
Biz, Rövşən Bağırovdan xahiş elədik ki, Şivlə və Biləvər kəndlərinin 3 kilometrlik yolunun çəkilməsi üçün bizə kömək etsin. Başçı söz verdi,əhalinin yol üçün yığdığı 3650 manat pulu yanacaq pulu adıyla əlimizdən aldı və heç bir iş gördürmədi. Biz pulu onun birinci müavini Cəlil Baxşıyevə verdik. Sonra da başçı ilə görüşüb pulu Cəlil müəllimə verdiyimizi dedik. O da bildirdi ki, narahat olmayın, yolu çəkərik. Görəndə ki yol çəkilmir, pulumuzu geri istədik. Pulu ondan geri aldıqdan sonra Rövşən Bağırovun qara siyahısına düşmüşük. Bağırov deyir ki, kim onun qara siyahısına düşübsə, heç zaman oradan çıxa bilməz. O səbəbdən bizi cəzalandırır, müavinləri - Cəlil Baxşıyev, Habil Məlikov və rayonun deputatı İqbal Məmmədovla birləşib kəndlərimizi susuz qırmaq istəyir.
Cənab Prezident, başa düşə bilmirik,rayon rəhbəri xalqı yaşatmaq üçündü, ya qırmaq üçün? Dünyanın hansı ölkəsində vətəndaşdan pul yığıb yol çəkirlər? Xahiş edirik, inandığınız nümayəndələrdən göndərin, məsələni yerində yoxlasın, öyrənsin Rövşən Bağırov bizdən nə istəyir?
Rayonun deputatı İqbal Məmmədov isə deyir ki, mən "Azərsu"ASC-nin rəhbəri Qorxmaz Hüseynovla bir yerdə oxumuş, işləmiş və dostam. Heç kəs bizə bir söz deyə bilməz. İndi biz məcbur qalıb Milli Məclisə və Mərkəzi Seçki Komissiyasına seçici imzaları ilə müraciət edəcəyik ki, belə bir deputatdan imtina edirik.
Hazırda 3 kəndin əhalisi icra başçısı Rövşən Bağırovu rayondakı korrupsiya əməllərinə görə, həmçinin bu mövzuda adıkeçən şəxsləri məhkəməyə verməyə hazırlaşır. Biz bilirik ki, rayon məhkəməsi onun siyasi təsirində olduğu üçün şikayəti qəbul etməz, amma biz bütün yuxarı məhkəmə instansiyalarına da müraciət edəcəyik. Çünki Rövşən Bağırov deyir ki, Sizin məktublarınız prezidentə çatmayacaq. O zaman kimdir bizim məktublarımızın qarşısını kəsən, Sizə çatmasına mane olan? Xahiş edirik ki, bu məsələni də diqqətdə saxlayın.
Cənab Prezident, səfələrlə Sizə, Mehriban xanıma, Milli Məclisə, Ekoloğiya və Təbii Sərvətlər nazirinə, Azərsu Açıq Səhmdar Cəmiyyətinə müraqciət etsək də, məktublar Lerik icra başçısına qaytarılıb,o da "cin atına minib” bizi cəzalandırmaq üçün növbəti yollara əl atıb.İndi də polis əməkdaşlarını da "Azərsu" əməkdaşlarına qoşub "zor əməliyyatı” ilə suyumuzu layihələşdirib qonşu əraziyə verir.
Suyun Şingədulan ərazisinə aparılması kəndlərimizi susuz qoymaqla bərabər, 20 hektara yaxın "Şüpək" meşə massivindəki flora və faunanın məhfinə gətirib çıxaracaq.
Kəndlərimizə yol yox, əməlli işığımız yox, bir iş yerimiz yox,cavanlarımız kəndi tərk edib gedirlər. Bunlara rəğmən, cənab Rövşən Bağırov içdiyimiz suyu da bizə çox gördü.
Bir neçə il əvvəllər də su məsələsi qaldırılmış, lakin yuxarı təşkilatların yoxlamalarından sonra qonşu ərazinin iddiaları rədd edilmişdir.
Cənab Prezident,suyumuz da getsə,burada yaşayış tükənəcək. Şivlə və Biləvər kəndlərini Rövşən Bağırovun qara siyahısından çıxarmaq üşün Yardımlı rayonu ilə birləşdirməyinizi xahiş edirik. Çünki şəxsi maraqları üçün Başçı iki kəndi siyahısından silmişdir artıq. İnanırıq ki, bizə kömək edəcək, kəndlərimizi bu ağır vəziyyətdən və rayon başçısının zülmündən qurtaracaqsınız.
Hörmətlə, Şivlə, Biləvər, Geskon kəndlərinin əhalisi:
1.Əliyev Ağaxan Fətəli oğlu
2. Ağayev İslam Ocaqəli oğlu
3. Agayev Şirvan Ocaqəli oğlu
4. Əliyev Hüseynbaba Abdin oğlu
5. Rüstəmov Kamal Babiş oğlu
6. Rüstəmov Cəbrayıl Babiş oğlu
7. Həsənov Mirzəbaba Təriş oğlu
8. Məmmədov Salman Allahverdi oğlu
9. Fətullayev Alışan Pişan oğlu
10. Əliyev Mahir Paşa oğlu
11. Ağayev Mirzəli Atamalı oğlu
12. Hüseynov Cəfər Əli oğlu
13. Hüseynov Əvsər Əli oğlu
14. Kərimov Babaxan Hidi oğlu
15. Kərimov Alim Alihəsən oğlu
16. Əliyev Surət Abdin oğlu
17. Əliyev Gülbaba Abdin oğlu
18. Yoldaşov Allahyar Polad oğlu
19. Yoldaşov Əligüşad Nurməmməd oğlu
20. Yoldaşov Buludxan Polad oğlu
21. Məmmədov Vasif Güləli oğlu
22. Azadov İbrət Şəvəqət oğlu
23. Azadov Ağababa Polad oğlu
24. Ağayev Qədiməli Mahmudəli oğlu
25. Ağayeva Zərifə Mürsəl qızı
26. Əliyev Rafiq Ağaxan oğlu
27. Əliyev Mirzəli Şami oğlu
28. Şahmarov Emin Qaraxan oğlu
29. Azadov Bəfadar Söhbət oğlu
30. Zamanov Zəfər Böyükxan oğlu
31. Nağıyev Həmdulla Nəhmət oğlu
32. Zamanov Elman Böyükxan oğlu
33. İmanov Hafiz Rəzzaq oğlu AZE
34. Azadov Meybulla Həbulla oğlu
35. Azadov Fərzulla Xeyrulla oğlu
36. Məmmədov Naib Əyyub oğlu
37. Rüstəmov Cabir Mürsəl oğlu
38. Ağayev Arazxan Burhan oğlu
39. Zamanov Zamanxan Böyükxan oğlu
40. Azadov Mehman Ağababa oğlu
41. Azadov Bəhruz İbrət oğlu
42. İmanov İsrafil Təhməz oğlu