Sahibkarlar Ramiz Yediyarovun həbsini tələb edir... - QALMAQAL


Sahibkarlar Ramiz Yediyarovun həbsini tələb edir...
Sahibkarlar Ramiz Yediyarovun həbsini tələb edir. Bu barədə DİA.AZ-a Gədəbəy rayonundan olan bir qrup sahibkar adından daxil olan müraciətdə deyilir. Müraciət müəllifləri bildirir ki, onlar keçmiş icra başçısı Ramiz Yediyarovun dövründə müxtəlif vaxtlarda külli miqdarda zərər çəkiblər.

Sahibkarlar dia.az-a yazır: Ramiz Yediyarov bizə çox zülmlər edib. Kiminin obyektini dağıdıb, kiminin evini uçurub,kumunun obyektinin yolunu kəsib, kiminin əkin tarlasını, istixanasını əlindən alıb, kiminin də pulunu... İndi işdən çıxarılıb bu adam. O deməkdirmi ki, bizim pozulmuş hüquqlarımız bərpa olunmayacaq...

Biz dia.az vasitəsilə ölkə rəhbərliyindən xahiş edirik ki, Ramiz Yediyarovun hüquq qarşısında cəzalanması və bizə dəymiş maddi ziyanın ödənilməsi üçün köməklik göstərilsin".

Bu məsələ ilə bağlı əlavə informasiyalar da daxil olub. Daha geniş məqaləni təqdim edəcəyik. Bizi izləyin...
 
Tarix: 13-06-2018, 14:36
Xəbəri paylaş





Xəbər lenti