Siam.az xəbər verir ki, Veteninfo.az-a daxil olan məlumata görə, İsmayıllı rayonunun Qalacıq kəndinin körpüsünü sel dağıdıb. Məlumata görə,kəndin respublika ilə nəqliyyat əlaqəsi kəsilib və artıq iki gündür yol bağlanıb. Təssüfki,ikigündür hadisə baş verməsinə baxmayaraq rayonun icra başçısı, sabiq vergilər nairi Fazil Məmmədovun kadrı Mirdamət Sadıqov hadisə olan əraziyə gəlməyib. Məlumata görə, kənd camaatı bu biganəlikdən narahatçılıqlarını keçirirlər. Rayon nəqliyyat idarəsi bir maşın çınqıl daş (şebel) gətiriblər ki, töksünlər. Ancaq Daxili İşlər Nazirliyinin əməkdaşları buna icazə verməyiblər ki, bu problemi həll etməyəcək əksinə daha böyük faciələr yarada bilər. Belə çıxır ki, icra hakimiyyəti yol idarəsinə tapşırıb ki, 1-2 maşın şebel tökün camaatın başı qarışsın. Sakinlər nə işə gedə bilir nə də ərzaqla təmin oluna bilirlər. Məlumata görə kənd əhalisindən 1 nəfər"apendisit”sancısından əziyyət çəkmiş ancaq yollar bağlı olduğundan faciəvi hallarla qarşı-qarşıya gəlmişdir.Həmin xəstə hal –hazırda kənd sakinləri tərəfindən türkaçarə yolla kəntdə müalicə olunur.Kənd sakinləri cənab Prezidentə və Birinci Vitse- Prezident Mehriban xanım Əliyevaya ümid bağlayırlar.Qeyd edək ki, Mirdamət Sadıqov keçmiş Vergilər naziri Fazil Məmmədovun yaxın adamı kimi tanınır və bir zamanlar Fazil Məmmədovun müşaviri olaraq da çalışmışdır.
Siam.az