Ağdam Musiqi Kollecinin direktoru Laura Ağayevanın təqaüdə göndəriləcəyi xəbərləri yayılıb
FİA.Az-ın feysbuka istinadla verdiyi məlumata görə, kollec bayram edir.
L.Ağayevanın yaş senzi ilə əlaqədar işindən kənarlaşdırılacağı və yerinə Ağdamda kadrlardan birinin gətiriləcəyi xəbər verilir.
Ağdamın icra hakimiyyəti başçısı Raqub Məmmədovun gedişi L.Ağayevanın havadarını itirməsi ilə nəticələndiyi iddia olunur.
Kollec direktorunun fəaliyyətindəki xoşagəlməz hallara baxmayaraq, Ağdamın icra başçısına arxalanırdı. Ancaq R.Məmmədovun vəzifədən çıxarılması onu təşvişə salıb.
L.Ağayeva rayondə ən zəngin, dəbdəbəli, həyat tərzi sürən məmurlardandır. Yəni ölkənin bir neçə yerində danışmaz əmlaka sahib olan direktorun özünün olduğu kimi övladlarının da əmrində bahalı avtomobillər xidmətkardır.
Hələ bu azmış kimi yaxın zamanlarda KİV-lərin birində "Qaçınkom” tərəfindən evlə təmin olunan ağdamlı məmurlar sırasında adı hallanırdı.
Bunu Laura xanımın "yuxarılarla” yaxın əlaqəsi olan Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Rəhimovanın təşəbbüsü olduğunu xüsusi qeyd edir.
Göründüyü kimi. R.Məmmədovun işdən çıxarılması onun vəziyyətinə ciddi təsir edib. Köçkün qəsəbələrində məcburi köçkünlərin haqqı olan evlərdən birinə də Laura Ağayeva sahibələnib.
Halbuki xanım direktor özünə Bərdə şəhərində həmin evlərinin ən azı beşinin simeta dəyərində ev tikdirib.
FİA.Az-ın feysbuka istinadla verdiyi məlumata görə, nazir musiqi mətəblərini, kolleclərini araşdırmır.
Ölkənin əksər rayonlarında musiqi məktəblərində rüşvət ayaq açıb, kollec direktorları pulgirdirlər.
Ağdam Musiqi Kollecində təhsil alan bir neçə tələbə sosial şəbəkələrdə yazırlar ki, direktorun əsas gəlir mənbələrindən biri tələbələrin "aylıq haqqı”dır.
Ağdam Musiqi Kollecində tələbələr arasında qızla daha çox üstünlük təşkil edir. Həmin tələbələrin isə böyük əksəriyyəti ölkənin müxtəlif rayonlarındandır.
Onlar Ağdama gəlib kira haqqı ödəməkdənsə "aylıq haqqı” ödəməyə daha çox üstünlük verirlər. Buna da kollec rəhbərliyi iki əllə razı olur.
Qiymətlərə gəldikdə isə həmin qiymətlər yuxarı da qeyd olunduğu qaydalara uyğun olaraq 50-150 manat arasında dəyişir.
Bu da həm valideyinlərə, həm də bu "təşəbbüslə” tələbələrə "xeyirxahlıq” edən direktora sərf edir.
Valideyinlərin hər cür əziyyətə qatlaşıb övladlarının təhsili üçün soyulub soğana çevrildiyi bu yolun son duracağı "Diplom alma” mərasimidir. Bütün hallarda diploma görə 300 manat "nəmər” ödənilməlidir.
Maraqlıdır, görəsən yuxarıda qeyd etdiyimiz qanun pozuntularına yol verən direktor Laura Ağayevanın dövlətin təhsil siyasətindən xəbəri varmı?
Məgər o bilirmi ki, bu xalqın gələcək taleyi onun təhsil verdiyi tələbələrdən asılıdır? Suallar ritorikdir...
Qarşı tərəfi dinləməyə hazırıq.