Sumqayıtdakı 11-ci və 12-ci mikrorayonlarda, həmçinin dəmiryolu vağzalının ətrafında məskunlaşan Qubadlı köçkünləri icra başçısından prezidentə narazılıq ediblər
FİA.Az-ın xəbərinə görə, Malik İsaqovun 17 illik fəaliyyəti barədə yazdıqlarımızdan sonra Qubadlı köçkünlərinin şikayətlərinin ardı-arası kəsilmir.
Yuxarıda göstərilən ünvanlarda məskunlaşmış köçkünlər dia.az-a bildiriblər ki, RİH rəhbərliyi onların durumu ilə maraqlanmır.
Sitat: “Ara-sıra hesabat xətrinə başçının guya ki, görüşü olur. Görüşə camaatı buraxmırlar. Elə öz adamları zalı doldurur.
Danışırlar, sonra da dağılışırlar. Daha qaçqından soruşan yoxdur ki, hansı problemin var. Ümumiyyətlə, Malik İsaqov nə işlə məşğuldur? Bizi də maraqlandırır.
Heç bir fəaliyyəti yoxdur, yalandan özü haqqında işgüzar obrazı yaradır, əslində isə rayona ayrılan pullar hesabına özünə biznes qurmaqla məşğuldur”.
Köçkünlər icra başçısını “makler”likdə ittiham edirlər. Onların sözlərinə görə. M.İsaqov “Qaçqınkom” tərəfindən görülən işləri də öz adına çıxır.
Başqa qaçqın rayonların icra başçılarının fəaliyyəti nisbətən görünsə də, M.İsaqovun işi heç görünmür.
Onlar prezidentin Qubadlıya çevik, işləyən, köçkünlərin dərd-səri ilə maraqlanan icra başçısı təyin etməsini xahiş edirlər.
Doğurdan da Qubadlı rayon icra başçısının fəaliyyətsizliyi diqqət mərkəzindədir və yuxarıların da siyahısında yer alıb. M.İsaqovla vidalaşacaqları gözlənilir.
FİA.Az məlumat verir ki, M.İsaqov 2001-ci ildən Qubadlı rayon icra başçısıdır.
Mərhum prezident Heydər Əliyevin hakimiyyəti dönəmindən Qubadlı rayonuna rəhbərlik edən M.İsaqov 17 ildir ki, bir rayona icra başçılığı etməkdədir.
“Gözdən iraq, könüldən uzaq” olmağı bacaran icra başçısının yerinə gənc bir kadr 17 il ərzində tapılmayıb ki, Qubadlıya yeni nəfəs olsun.
Bu səfalı bölgənin rəhbəri M.İsaqov 17 illik fəaliyyəti dövründə rayonu elə idarə edib ki, büdcədən ayrılan pullar düşmən işğalında olan Qubadlının “abadlaşması” üçün xımır-xımır mənimsənilib.
Köçkünlər isə ona 17 il vəzifədə qalmasına görə “kral” adı veriblər. Mətbuatda gedən xəbərlərə görə, onun bacısı Nərminə İsaqova Bakı Şəhər İcra Hakimiyyətində vəzifə tutur.
“Qış Bulvarı” ərazisində sökülən evlərə görə təzminatların ödənilməsinə meriyanın məsul işçisi kimi Nərminə xanım cavabdeh olub.
Qubadlı RİH-nin rəsmi saytında dərc olunmuş materialda deyilir ki, 2018-ci ilin ilk rübündə 48 iş yeri açılıb.
Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Sumqayıt şəhəri, 11-ci mikrorayon, 32 saylı binanın arxasında yerləşən köhnə mağaza binasının 1200 kvadrat metr dam örtüyü yenisi ilə əvəz olunub.
Amma faktiki olaraq, yuxarıda 11 və 12-ci mikrorayon köçkünləri şikyət edirlər. Sonra M.İsaqovun Yasamala RİH başçısı gedəcəyi xəbərləri yayılmışdı. Amma olmadı. O, Qubadlıdan ayrıla bilmir.
Malik İsaqovun Sumqayıt və Bakı şəhərlərində onlarla biznes obyektləri var və icra başçısı həmin müəssisələri yaxınları vasitəsilə idarə edir.
Özü isə ayda bir neçə dəfə həmin obyektlərə baş çəkərək işlərələ yerindəcə və şəxsən tanış olur.
Hörmətli Malik müəllimin və RİH-nin mövqeyini dərc etməyə hazırıq.