Yeni nazirə Biləsuvardakı qalmaqallı təhsil şefindən sensasion dosye
Təhsil naziri Ceyhun Bayramov rayon təhsil şöbələrindən islahata başlamalıdır. Amma nazir təyin edildiyi vaxtdan heç bir təhsil şöbəsi direktoru işindən uzaqlaşdırılmayıb

FİA.Az xəbər verir ki,
adı həmişə neqativ əməllərlə hallanmış Kəlbəcər, Beyləqan, Ağcabədi, Gəncə, Göyçay təhsil şöbələrinin müdirləri kimi Biləsuvar Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov da onlardan fərqlənmir.

Amma nədənsə C.Bayramov heç bir rayon təhsil şöbəsində kadr dəyişikliyi həyata keçirməyib. Halbuki, həm İnam Kərimov, həm Sahil Babayev onlarla nazirliklərdə, şöbələrdə kadrları yeniləyiblər.

Belə aydın olur ki, hazırkı təhsil rəisləri əvvəldən indiki nazirə bağlı olublar. Mikayıl Cabbarov vergi naziri getdikdən sonra Ceyhun Bayramovun meydanı daha da açılıb.

Ona görə də müxtəlif ittihamlar və xoşagəlməz hadisələrə baxmayaraq, təhsil şefləri dəyişmir. Bu xüsusda Biləsuvarın adını çəkmək yerinə düşür.

Hələ bu ilin əvvəlində aztoday.az yazmışdı ki, abadlıq işləri üçün müəllimlərdən pul yığmağa başlayıblar. Məktəb direktorları bu işdə briqadir kimi fəhlələrin üzərində saxlanıldığı iddia edilirdi.

Müəllimlər bu tapşırığın şəxsən icra başçısı Mahir Quliyev tərəfindən verildiyini deyirdilər.

Onların sözlərinə görə, Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Balaqardaş Kazimov da ona qoyulan tələbi yerinə yetirməyə çalışıb.

Direktorları yanına çağıran Kazımov müəllimlərdən pul yığmağı tələb edib. Hər məktəbin üzərinə müəllim və işçi kontingentinin sayına uyğun – 1000-1500 manat ödəmək öhdəliyi qoyulub.

FİA.Az-ın media üzərindən yaydığı məlumata görə, Biləsuvar rayon təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov bir zamanlar ticarətlə məşğul olub.

Ona görə də təhsili bazar prinsipləri ilə idarə edir. İxtisasca bədən tərbiyəsi müəllimi olan Kazımov üst-üstə bir il müəllim belə işləməyib.

Bu haqda faktxeber.com yazmışdı ki, sözügedən şəxsin atası dövlət əmlakını mənimsədiyi üçün 12 il həbsdə yatıb. Orta məktəbi isə sinifdə qala-qala zorla bitirib.

İnstitut məsələsinə gəldikdə isə, onu da elə orta məktəbdəki kimi oxuduğu iddia olunur. Amma məsələ bununla bitmir.

Sayt yazır ki, Balaqardaş Kazımovun idarə etdiyi təhsili daha çox bazara bənzətmək daha doğru olardı.

Çünki təhsil şöbəsinin müdiri məktəb direktorlarından aylıq və ondan əlavə digər pullar yığmaqla ad çıxarıb.

Onun tapşırığı ilə məktəblərə dərslik kitabları verilərkən hər məktəb direktorundan bunun üçün 20-30 manat pul tələb edildiyi bildirilir.

Məktəblərin sayı 40 yaxın olduğunu nəzərə alsaq, bu rəqəmin nə qədər olduğunu hesablamaq elə də çətin məsələ deyil.

B.Kazımov Təhsil Nazirliyi tərəfindən məktəblərə göndərilən sənədlər üçün, yəni əmr kitabları, jurnallar və sair vəsaitlər üçün də direktorlardan pul yığırmış.

Biləsuvarda isə onun bütün qara işlərini isə keçmiş alver dostu, Əsgərabad kənd orta məktəbinin direktoru Səxavət müəllim gördüyü deyilir.

Balaqardaş Kazımov Mahir Quliyev rayonu yeni icra başçısı təyin olunarkən onun adından istifadə edərək, hər bir məktəb direktorundan 500-1000 manat arası yığdığı da söylənir.

Ümumiyyətlə, bu illər ərzində Biləsuvarın icra başçısı ilə təhsil şöbəsi müdirinin işbirliyi çox yaxşı alınıb və böyük pullar qazanıblar.

Bu da nazir üçün kifayət qədər ciddi dosyedir ki, yuxarıdakı bioqrafiya əsasında təhsil müdirinin fəaliyyətinə qiymət versin.

Qarşı tərəfi dinləməyə hazırıq.