Deputat Göyçayda firionluq edir - "Onları həbsdə çürüdəcəm"

Deputat Göyçayda firionluq edir
 Redaksiyamıza deputat Elxan Süleymanovla bağlı ilginc iddiaların yer aldığı məqalə göndərilib. DİA.AZ olaraq həmin məqaləni təqdim edirik:
"Bildiyimiz kimi, 02 iyun 2018-ci il tarixdə Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay çayı üzərindəki təxminən 40 metr uzunluğu olan körpü güclü selin təsirinə dözməyərək uçmuşdur.
Körpünün uçmasına görə bütün respublika vətəndaşlarının qanı qaraldı, lakin bundan sevinənlərdə oldu. Misal üçün deputat Elxan Süleymanov dərhal bu hadisədən istifadə etdi. Daha dəqiq desək, körpünün uçması deputat Elxan Süleymanovun işinə yaradı. Belə ki, deputat Elxan Süleymanov uzun müddətdir, Göyçay rayonunda İcra Hakimiyyəti Başçısının sərəncamı əsasında fəaliyyət göstərən çınqıl karxanalarından şikayət edir, tələbi isə çayın mühafizə zolağında tikdiyi villanın sərhədlərinə bənd vurdurmaqdır. Tələbi təmin olunmadığı üçün, Elxan Süleymanov körpünün uçması gününə qədər ardıcıl şikayətlər edirdi. Şəxsən öz imzası ilə şikayət ərizəsi yazaraq, baş prokurorluğa göndərir, izahatlar verir və telefonla yüksək vəzifəli şəxslərə zəng vurub sahibkarların həbs olunmasını israrla tələb edirdi. Körpünün uçması isə Elxan Süleymanova göydən düşmə oldu. Hadisədən sonra faktla bağlı cinayət işi başlandı, onlarla sahibkar həbs olundu. Indi Elxan Süleymanovun əlinə fürsət düşüb, sahibkarların yaxınlarını bir-bir haq-hesab məşəlinə çəkir. Deməli Elxan Süleymanovun tələbi belədir, çayın mühafizə zolağında tikilmiş Elxan Süleymanova məxsus villanın sərhədlərinə bənd vurulsun. Əks təqdirdə həbs olunmuş sahibkarların azadlığa çıxmasına imkan verilməyəcək.
Sahibkarların yaxınları Elxan Sülemanovun tələbindən imtina ediblər, çünki çayın mühafizə zolağında tikilmiş, Elxan Süleymanova məxsus villanın sərhədlərinə bənd vurulmasına on millionlarla manat vəsait lazımdır. Buda təbii ki, sahibkarların imkanı daxilində deyil.
Bu səbəbdən deputat Elxan Süleymanov əvvəlcə Göyçay rayon Polis şöbəsinə fəaliyyətləri dayanmış çınqıl karxanalarının yenidən fəaliyyətə başlaması barədə rəsmi müraciət etmişdir. Müraciəti araşdıran Göyçay rayon polis şöbəsinin əməkdaşları tərəfindən yerində baxış keçirilmiş, çınqıl karxanalarının fəaliyyət göstərməməsi, deputat Elxan Süleymanovun şikayətinin əsassız olması müəyyən edilmişdir. Bundan dərhal sonra deputat Elxan Süleymanov Daxili İşlər Nazirliyinə müraciət edərək, Göyçay Polisindən şikayət etmişdir. Daxili İşlər Nazirliyi tərəfindən rayona ezam olunmuş komissiya tərəfindən şikayət olunan çınqıl karxanalarına baxış keçirilmiş, bu dəfədə deputat Elxan Süleymanovun şikayətinin əsassız olması müəyyən edilmişdir.
Maraqlısı odur ki, mətbuatda deputat Elxan Süleymanov barəsində yazılanların heç biri araşdırılmır. Halbu ki, aşağıda göstərilən hallar mətbuatda yazıldığı üçün mütləq araşdırılmalıdır.
1. Elxan Süleymanova məxsus Qəbələ rayonunda yerləşən iki karxananın fəaliyyəti araşdırılsın.
2. Onun tərəfindən zəbt edilən Göyçay çayının tən ortasında yerləşən torpağı hansı əsasla və hansı vəzifəli şəxs tərəfindən ona satılıb ? Halbuki, Nazirlər Kabinetinin məlum fərmanına görə, çay və dəniz sularının içində körpüdən və dövlət əhəmiyyətli obyektlərdən başqa heç bir şey tikilə bilməz.
3. Həmin qanunsuz zəbt edilmiş 10 hektardan çox torpaqda tikilən 10-na yaxın villaları hansı vəsaitlə tikilib ?
4. Səlahiyyətli inzibati orqanlar Elxan Süleymanova çayın mühafizə zolağında hansı əsasla torpaq sahəsi ayrılmasını və tikdirdiyi villaların hansı vəsaitlə tikilməsini araşdırmır ? Bu villaların nəticəsində Göyçay çayı öz axarını dəyişib.
5. Elxan Süleymanovun qohumları tərəfindən həbs olunan sahibkarların qohumlarına bildiriblər ki, Elxan müəllim deyir ki, “Elxan Süleymanova məxsus villanın sərhədlərinə bənd vurulsun”. Ondan sonra şikayətimi geri götürə bilərəm, yoxsa onları həbsdə çürüdəcəm”.


Əziz oxucular görürsüz, Elxan Süleymanov necə firionluq edir. Yazımızın ardı olacaq".

Qarşı tərəfi də dinləməyə hazırıq...
 
Tarix: 3-07-2018, 08:48
Xəbəri paylaş





Xəbər lenti