Cəlilabad təhsilini məhv edən rayonun keçmiş təhsil Şöbəsinin müdiri Elminaz Nadirovanın yerinə təyinat olmayıb
FİA.Az-a daxil olan xəbərdə bildirilir ki, şöbə müdirinin vəzifələrinin icrası müavini Hafiz Cavadova tapşırılıb. H.Cavadov isə təhsil şöbəsi müdiri olmaq üçün dəridən-qabıqdan çıxır.
Amma nazirliyin əmrini gözləməkdədir və sərəncam yoxdur. E.Nadirova isə H.Cavadovun təhsil şefi olmasını arzulayır.
Bu yolla qeyri-rəsmi şəkildə rayon təhsilini idarə etmək üçün təsirlərini saxlamağa çalışa bilər. Hətta nazirlikdəki əlaqələrini işə salaraq H.Cavadov haqda müsbət rəy verməyə can atır.
Araşdırmalar sübüt edir ki, Elminaz Nadirovanın Cəlilabad RTŞ müdiri təyin olunması yanlış bir qərar olduğu kimi eyni zamanda korrupsiyanın dəstəklənməsi kimi qiymətləndirilib.
Çünki bu şəxsin sözügedən vəzifəyə təyinatından əvvəl şəhər 7 №-li tam orta məktəbdə uğursuz bir rəhbərliyi olmuşdur.
2015-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Maliyyə nəzarət xidməti tərəfindən aparılmış yoxlamadan məlum olmuşdur ki, 2012 ci ilin oktyabr ayından 2015-ci ilin avqust ayı üçün olan dövrdə ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənilməsində xeyli korrupsiya faktı olub.
Bu barədə o zamankı Təhsil Şöbəsinin müdiri Vidadi Dövlətovun 04 may 2015-ci il 64 nömrəli əmrində göstərilir ki, Şəhər 7 nömrəli tam orta məktəbində 8 sinif komplektinin sadəcə adı var, özləri isə mövcud olmayıb.
Bu əmrdə həm də 4 fənn kabineti ləğv edilməsi göstərilib. Bütün bunlardan sonra isə Dövlətov işdən çıxarılır və Elminaz Nadirova vəzifəyə gətirilir.
Deməli bu rayonda hansı meyarlar əsasında vəzifəyə yüksəlmə bəlli olur. Belə olan təqdirdə isə təhsildə keyfiyyatdən danışmaq olmaz.
FİA.Az-a daxil olan xəbərdə bildirilir ki, nazirlik tərəfindən E.Nadirovanın qanunsuz əməlləri təftiş olunub. Ondan sonra nazir vəzifəsindən azad edib.
Rüşvət verən kim olsa direktorluq vəzifəsinə gətirilib. Elminaz Nadirova rəhbərlik dövründə ancaq öz şəxsi büdcəsini doldurmaqla məşğul olub.
Rüşvətlə vəzifəyə təyin olunan direktor öz qoyduğu “sərmayəni” çıxarmaqla yanaşı, RTŞ -ə verəcək “aylıq” barədə düşünərsə onun təhsilimizə hansısa tövsiyəni verməyini düşünmək özü gülüncdür.
İddia olunur ki, bir müddət öncə Cəlilabad rayon təhsilinə gələn yoxlamada xərcə düşən məktəb direktorları bu səbəbdən Elminaz Nadirovanın tələb etdiyi aylıq haqqı ödəyə bilməyiblər.
Bundan qəzəblənən Cəlilabad təhsil şöbəsinin müdirəsi rayon məktəblərində total yoxlamalara start verib.
Mənbə bildirir ki, “Ölüm mələyi” sayılan RTŞ müdirəsinin məktəblərdə yoxlama aparan adamlarını (Sərxan və Ərəstun) müvafiq olaraq İnkir və Munkir adlandırırlar. Onların isə məktəb direktorlarına əsl "qəbir əzabı" yaşatdıqları bildirilirdi.
Bir müddət əvvəl Hesablama Palatası da rayon təhsil şöbələrinin birində ciddi maliyyə nöqsanları aşkarlamışdı.
Palatadan bu barədə yayılan məlumatda deyilirdi ki, əməyin ödənilməsi ilə bağlı fəaliyyətin araşdırılması nəticəsində lazımı avadanlıqlarla təchiz edilmədiyi halda tədris kabinetinə rəhbərliyə görə, kompüterlərə xidmət üçün laborant ştatlarının fəaliyyət göstərməsinə baxmayaraq informatika fənnini tədris edən müəllimlərə kompüterlərə xidmət üçün, normadan artıq saxlanılmış tədris kabinetinə rəhbərliyə görə, şagirdlərin sayı normadan az olan siniflərin yarımqruplara bölünməsi və dərslərin normadan artıq tarifləşdirilməsi səbəbindən Şöbə tərəfindən artıq əmək haqqı ödənidiyi müəyyən olunub. Qeyd edək ki, eyni hallara istisnasız başqa rayon təhsil şöbələrində də ras gəlmək olar.
Bundan sonra H.Cavadov Cəlilabad RTŞ müdiri təyin olunarsa, E.Nadirova kabusu davam edəcək.
Qarşı tərəfi dinləməyə hazırıq.