Ağsuya gələn həftə yeni başçı göndərilir - "Seyidəliyevlər xanədanı" yıxılır...


Ağsuya gələn həftə yeni başçı göndərilir
Gələn həftə Ağsu rayon icra hakimiyyətinin başçısı dəyişdirilir. Bu barədə DİA.AZ-a raypndakı qaynaqlar informasiya verib.

Qeyd edək ki, buna qədər də ilk olaraq DİA.AZ portalı Ağsunun icra başçısı Ənvər Seyidəliyevin yaxın günlərdə görəvdən alınacağını xəbər vermişdi. Bildirək ki, Seyidəliyev keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovun dayısıdır.

DİA.AZ-a danışan mənbə bildirir ki, Ənvər Seyidəliyev məhz bacısı oğlunun hədəfə şevrilməsi səbəbindən çıxdaş olunur: "Bu gün Ağsu tamamən Seyidəliyevlərin əlindədir. Yəni bir dinastiyanın sonu çatmaq üzərədir".
 
Tarix: 5-07-2018, 23:05
Xəbəri paylaş





Xəbər lenti