İş adamı Qəhrəman Qəhrəmanov icra başçısından niyə narazıdı? - İTTİHAM


İş adamı Qəhrəman Qəhrəmanov icra başçısından niyə narazıdı?
Beyləqan mal bazarının müdiri vergiyə ödəyəcyi vəsaitin üç qatını icra başçısı Vaqif Abdullayevə verir.

Regionlarda yerli sahibkarların İcra Hakimiyyətlərinin başçıları tərəfindən sıxışdırılması, incidilməsi ilə bağlı uzun müddətdir ki, ölkə mediasında məlumatlar dərc olunur. Dövlət başçısı İlham Əliyev də öz çıxışlarında dəfələrlə sahibkarların sıxışdırılmasını sərt şəkildə pisləyərək, iş adamarlını incidən məmurlara xəbərdarlıqlar edib. Ancaq cənab prezidentin xəbərdarlıqlarına baxmayaraq rayonlarda sahibkarların icra hakimiyyətləri tərəfindən sıxışdırılması davam edir.

MilliYol-a Beyləqandan daxil olan məlumata görə rayonun mal-qara bazarının müdiri, sahibkar Qəhrəman Qəhrəmanov icra başçısı Vaqif Abdullayevdən narazıdır. Sahibkarın narazılığı mal-qara bazarından əldə edilən gəlirin böyük bir hissəsinin icra başçısı tərəfidən əlindən alınmasıdır.

Saytımıza verilən məlumatda vurğulanır ki, iş adamı Qəhrəman Qəhrəmanov mal-qara bazarından həftəlik yığılan 5-7 min manat arasındakı vəsaitin böyük hissəsini məcburən icra başçısına verir. İş adamı yaxın ətrafı ilə etdiyi söhbətdə vergidən gizlətdiyi vəsaitin 2-3 qatını Vaqif Abdullayevə ödədiyini deyib. Qəhrəman Qəhrəmanov buna görədə Beyləqanda işləməyin çətin olduğunu və yaxın günlərdə mal-qara bazarını satışa çıxaracağını bildirib.
Tarix: 6-07-2018, 17:23
Xəbəri paylaş





Xəbər lenti