Beyləqanda Bakir Balakişiyev kabusu: Bələdiyyədən şəhər merinədək talan yolu

Ötən həftə cumhuriyyət.az olaraq oxucularımıza 2015-ci ildəBeyləqan rayon icra başçısı Vaqif Abdullayev tərəfindən şəhər meri vəzifəsinə təyin edilən Bakir Balakişiyevin hazırda icra başçısının vəzifəsindən gedəcəyi günü sevinclə gözləməsi barədə məlumat vermişdik. “Beyləqan meri icra başçısının gedəcəyi günü niyə sevinclə gözləyir?” bağlıqlı yazımızda vurğulamışdıq ki, Beyləqan şəhər meri rayonun təmir-tikinti işləri zamanı böyük həcmdə korrupsiya maxinasiyaları həyata keçirtməsindən icra başçısı Vaqif Abdullayev xəbər tutub. Məhz başçının qəzəbindən qurtula bilməyəciyini bilən bakir Balakişiyev ümidini ölkə rəhbərinin icra başçısını işdən çıxartmasına bağladığını qeyd etmişdik.
Beyləqan şəhər meri işləyən Bakir Balakişiyevin bəzi korrupsiya əməlləri barədə cumhuriyyət.az-a yeni məlumatlar daxil olub. Həmin məlumatlarda bildirilir ki, Bakir Balakişiyev mer təyin edilməmişdən öncə şəhər Bələdiyyə sədri vəzifəsində işləyirdi. Bələdiyyə sədri işlədiyi dövrdə isə Beyləqanlıların yaddaşında saxtakar və korrupsioner bir məmur kimi qalan Bakir Balakişiyev vəzifəsindən sui-istifadə edərək dövlət vəsaitlərini mənimsəməklə məşğul olub. Hər il Beyləqan şəhərinin abadlaşdırılması məqsədi ilə ayrılan 90-100 manat civarında maliyyə vəsaiti Bakir Balakişiyevin sərəncamına verilsə də, Bələdiyyə sədri çox az abadlıq-quruculuq işləri ilə məşğul olub. Rayon əhalisi yaxşı bilir ki, şəhər mərkəzinin mühüm yerləri büdcə idarə müəsissələri tərəfindən təmir edilib. Ancaq Bakir Balakişiyev digər idarələrin təmirini həmişə öz adına çıxartmaqla olmayan “imici”ni qaldırmağa çalışıb.
Şəhər meri təyin edildikdən sonra isə özünün korrupsiya maxinasiyalarını sürətlə inkşaf etdirən Bakir Balakişiyev dövlətdən oğurladığı pullar hesabına “kiçik oliqarxa” çevrilib desək yanılmarıq. Beyləqanda hər kəs yaxşı bilir ki, Bakir Balakişiyevin əsas qazancı şəhər küçələrinin asvaltlanması ilə bağlıdır. Hər il aparılan bu asvaltlanma “əməliyyat”ından şəhər meri çox karlı çıxır. Çünki Bakir Balakişiyev və ortaqları asvaltlanma, səkisalma prosesi adı altında dövlət büdcəsini talamaqla məşğuldur. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə Beyləqanda bütün səkisalma maxinasiyasını Bakir Balakişiyevin ortağı Mobil Həsənov reallaşdırır. Bu həmin Mobil Həsənovdur ki, mətbuatda onun “STAR 2017” MMC-nin rəhbəri olduğu yazılıb. Məlumatda vurğulanır ki, bu günə qədər Mobil Həsənovun arxasında dayanan və şirkətinin konkret korrupsiya piramidasını quran isə şəxs Bakir Balakişiyevdir. Şəhər meri məhz ortağı ilə birləşərək il boyu səkisalma, asvaltlanma adı altında dövlət büdcəsini talamaqla məşğuldur.
Cumhuriyyət.az-ın apardığı kiçik araşıdrmada o da məlum oldu ki, Bakir Balakişiyevin əldə etdiyi qanunsuz vəsaitlər təkcə səkisalma və asvaltlanma işi ilə bitmir. Belə ki, şəhər meri tabeçiliyində olan 6 uşaq baxçasına aylıq ayrılan ərzaq mallarındanda oğurlamaqla məşğuldur.Hələ bir neçə öy ölkə mətbuatında Bakir Balakişiyevin Beyləqan uşaq baxçalarını ətlə təmin edən “Meyvəli” firmasının Ağcabədi filialının rəhbəri ilə sövdələşməyə gedərək 1 ton əti mənimsəməsi fatı işıqlandırılmışdı. Bakir Balakişiyev vəzifəsindən sui-istifadə edərək körpə uşaqlar üçün dövlətdən ayrılan bir çox ərzaq mallarını hər ay, baxça müdiri işləyən həyat yoldaşının əli ilə yoxa çıxartdırmasını isə Beyləqanda hər kəs yaxşı bilir. Şəhər merinin öz əməllərinə həyat yoldaşını da şərik etməsi isə onun korrupsiya gücünün hansı səviyyədə olduğunu açıq aydın ortaya qoyur. Beyləqanda bu gün bütün baxça müdirlərinə aylıq 100 manat haqq qoyulub ki, bu qanunsuz pul birbaşa Bakir Balakişiyevin cibinə gedir. Bundan başqa onu da deyə bilərik ki, hazırda 1 saylı uşaq baxçasında şəhər merinin korrupsiya havaları əsir. Çünki 1 saylı uşaq baxçası 140 yerlik olsada burada gün ərzində 20-30 uşağı bir arada görmək mümkündür. Yerdə qalan uşaqların adları isə yalnız kağız üzrəində yazılaraq gündəlik onlara ayrılan ərzaq payları və digər xərclər rahat şəkildə mənimsənilir.
Növbəti yazımızda Beyləqan şəhər meri Bakir Balakişiyevlə Mobil Həsənovun ortaq korrupsiya maxinasiyaları barədə daha ilginc məlumatlar verəcəyik.
Tarix: 9-07-2018, 02:33
Xəbəri paylaş





Xəbər lenti