Göyçayın icra başçısı Mehdi Səlimzadə builki Nar festivalının çəkilən xərclərini öz adına yazdırır.
Cahan.info xəbər verir ki, festivalın təşkilatçılığı yerli icra strukturu tərəfindən olsa da, maliyyə məsələləri “AzNar” QSC-nin sahibi Fərhad Əhmədov tərəfindən ödənilib.
Bu faktı xalq.az-a “Aznar” QSC-nin rəsmisi təsdiqləyib. Onun sözlərinə görə, onlardan başqa sponsor olmayıb: “Bütün xərcləri Fərhad Əhmədov ödəyib və bugünkü hesabata görə 300 min manat xərclənib”.
Amma Mədəniyyət Nazirliyinin rəsmi internet səhifəsində, həmçinin rəsmi qəzet və saytlarda Festivalın Mədəniyyət Nazirliyi və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirildiyi haqqında məlumatlar yer alır
(http://mct.gov.az/az/umumi-xeberler/goycayda-xiii-nar-festivali-kecirilir) (http://goychay-ih.gov.az/news/371.html).
Bu azmış kimi, Göyçay RİH-nin sektor müdiri-baş mühasib Kamran Kərimov ağ yalan danışıb. O, sayta bildirib ki, “AzNar” sadəcə bir stend qoymuşdu, öz məhsulların satırdı, heç bir sponsorlıq etməyib:
“Müəyyən işlərdə köməklik etdi, məsələn, moda festivalı keçirdi, bundan başqa heç bir şey etməyib. Festival keçirildi, kimə nə aidiyyatı var vəsaiti kim ödəyib?
Festival gözəl keçdi, nəyi araşdırırsız, sizin nə haqqınız var ki, baş tutan festival haqqında araşdırma aparırsız?
Kim maraqlanır ki, nə qədər vəsait xərclənib festivala? İctimayyətə lazım deyil kim keçirib festivalı, kim nə qədər vəsait xərcləyib.
Siz bunu araşdıra bilməzsiniz. Bu Sizin səlahiyyətinizdə deyil, ictimaiyyətin gözünə nə soxursuz ki, kim nə qədər pul xərcləyib?”
Göyçay İH-nin rəsmisi sonda bir daha vurğulayıb ki, Nar festivalını İcra Hakimiyyəti keçirib və heç kim maddi dəstək göstərməyib.
Mədəniyyət Nazirliyindən isə suallara cavab verən olmayıb. Göründüyü kimi, RİH nümayəndəsi özünü gülməli vəziyyətə salıb.
Əvəvla medianın işi ictimai nəzarətdir. İkincisi, “Aznar” festialın xərclərini ödədiyi açıqlayırsa, bu məsələdə qaranlıq aydınlaşdırılmalıdır.
Festivalın maliyyəsi haqda niyə RİH ictimaiyyətə yalan məlumat verməlidir? Buna görə büdcədən pul ayrılır.
Belə çıxır ki, icra başçısı M.Səlimzadə festivalın xərcini F.Əhmədovun üzərinə qoyaraq, nazirliklə birlikdə ayrılan vəsaiti mənimsəyiblər.
Cahan.info xəbər verir ki, nar festivalı keçirilən saatlarda icra başçısının pul yığdığı məlumatı yayılmışdı.
Gundeminfo.az-a daxil olan məlumata əsasən festivalın bütün texniki-maddi işlərini Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədov ödəyib.
İnformasiyaya görə, Azərbaycanda “Azqranata” MMC-nin sahibi olan Fərhad Əhmədov Göyçay və ətraf rayonlardan əsas nar tədarükçüsüdür və onun rəhbəri olduğu müəssisə jhər il min tonlarla kənd təsərrüfatı məhsulu alır.
Məlumata əsasən Fərhad Əhmədovun əsas təşkilatçı olduğu “Nar festivalı”ndan faydalanmağa çalışan yerli məmurlar da var.
Məlumata əsasən festivalın təşkil edilməsini bəhanə edən rayon rəhbərliyi yerli məmurlardan, büdcə təşkilatçılarından “haqq” toplamağa başlayıb.
İnformasiyaya əsasən Göyçay şəhər bələdiyyəsinin sədri Cavid Rəhimov “Nar Bayramı” üçün piştaxta satışına başlayıb. idarə və müəssə rəhbərlərinə hər bir piştaxta 300 manata başa gəlib.
Bundan başqa həmin piştaxtada öz kənd təsərrüfatı və digər məhsullar üçün satışa çıxarmaq istəyən vətəndaşdan 100 manat rüşvət alınır. Bunun müqabilində yer alanlara qəbz də verilır.
Onu da əlavə edək ki, Göyçay rayonunda sabah təşkil ediləcək “Nar festivalı”nda tursitlərin iştirakını təşkil edən Turizm Agentlikləri də təşkilatçılarla bağlı müəyyən texniki problemlər yaşadıqlarını bildirirlər.
Hefteaz.info isə yazıb ki, dövlət tərəfindən bu festival üçün ayrılan maliyyə yardımı hansı yollarla yoxa çıxması və festivalın bütün xərcini yerli idarə, müəssisə, bələdiyyə orqanlarının üstünə atılması və bundan başqa kiçik sahibkarlarada reketlik yolu ilə pul yığımına başlanması narazı kütləni dövlət rəhbərliyinə qarşı, daha da aqressiv olmasına gətirib çıxarır.
Bu problemləri yaradan Rayon icra hakimiyyəti başçısı Mehdi Səlimzadə və onun ətrafı vəziyyəti o həddə gətirib çıxarıblar ki, heç siyası proseslərə qoşulmayan yerli sakinlərin hakimiyyətə olan ümidlərini sıfıra endiriblər.
“Nar Bayramı” deyilən bu festivalda rayon icra başçısı şıdırğı alverə başlayıb. Onun göstərişi ilə Göyçay şəhər bələdiyyəsinin sədri Cavid Rəhimov “Nar Bayramı” üçün qanunsuz piştaxta satışına başlayıb. İdarə və müəssə rəhbərlərinə hər bir piştaxta 300 manata başa gəlib.

Maraqlısı budur ki bu qəbzlər bələdiyyəyə aiddir və həmin qəbzlər torpaq vergisi ödəyənlər üçün nəzərdə tutulub.
Qeyd edək ki bu qəbzlər nar festivalı günü 400 nəfər vətəndaşı verilərək onların hər birindən 100 manat nağd pul alınmışdır. Acınacaqlısı budur ki meyvələrini satışa çıxaran vətəndaşların narazılığına səbəb olmuşdur.
Alıcı qıtlığı ucbatından böhran vəziyyətə düşən satıcılar öz etirazlarını icra hakimiyyətinin əməkdaşlarına bildirsələr də onlaradan yığılan məbləği geri ala bilməyiblər.
Bu isə yerli sakinlərin qəzəbinə səbəb olub. İH-dən açıqlama ala bilmədik.
Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.