Prezident İlham Əliyev tərəfindən Gəncə Dövlət Universitetinin bir qrup əməkdaşına Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup əməkdaşın təltif edilməsi barədə 31 oktyabr tarixində sərəncam imzalayıb.
24saat.org xəbər verir ki, universitetin 80 illik yubileyi ərəfəsində imzalanan Sərəncamlara əsasən 7 nəfərin əməkdar müəllim, 1 nəfərin əməkdar mühəndis fəxri adına layiq görülüb, 15 nəfərin isə “Tərəqqi” medalı ilə təltif edilib.
Gəncə Dövlət Universitetində təltif edilən şəxslərin bəzilərinin elmi və pedoqoji səviyyələrinə görə deyil subyektiv meyarlarla siyahıda yer aldığı iddia olunur. Belə ki, GDU-dakı mənbədən daxil olan məlumata görə Universitetin rektorunun verdiyi təqdimatda bir neçə müəmmalı ad yer alıb.
Məsələn, “Tərəqqi” medalı ilə təltif edilən Zakir Zeynalov Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin 1-ci müavini postunda çalışmış, sonralar isə şəhər kommunal şöbəsi üzrə 1-ci müavin işləmiş Mikayıl Zeynalovun oğludur. Z.Zeynalovun hər zaman atasının mövqeyinə görə GDU-da irəli getdiyi deyilir. Görünür rektor Yusif Yusibov Gəncədə dönəmin dəyişdiyinin hələ də fərqində deyil.
“Tərəqqi” medalı alan digər bir şəxs Fəxrəddin Məmmədov isə Universitetdə tələbələrin ən çox narazılıq etdiyi müəllimlərdəndir.
Həmin siyahıda yer alan Kubışov İlqar Nadir oğlu isə elmi-pedoqoji fəaliyyətdən daha çox rektora xidmət göstərməyi ilə ad çıxarıb.
“Əməkdar müəlim” adı alanlar sırasında Aslanova Emma Şəmkir rayonunun mərhum icra başçısı Aslan Aslanovun bacısıdır.
Bu ada layıq görülən digər bir şəxs Mübariz Yusibovun isə adı Universitet daxilində bir çox qalmaqallarda hallanıb ki, bu qalmaqalların bəzisini media səhifəsinə çıxartmaq belə etik deyil.
Məlum sərəncamla Fəxrəddin Həsənova “Əməkdar mühəndis” adı verilib. İlk baxışda GDU əməkdaşına belə bir ad verilməsi təəccüb doğura bilər. Amma mənbəbildirir ki, F.Həsənov rektor Yusif Yusibovun tikinti biznesinin qara kassasıdır.
Görünən odur ki, Universitetin 80 illik yubileyi münasibətilə ediyi təltiflərlə bağlı təqdimatlrda sui-isifadə hallarına yol verilib.