Kivnews.com-a video çəkiliş ünvanlayan Quba rayon sakini meşə zolağında kəsilmiş ağacların fonunda çıxış edərək bu hala göz yumulmasına narahatlığını bildirir. Vətəndaş qeyd edir ki, Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin vəzifəli şəxslərindən biri 175 manat əməkhaqqı almasına baxmayaraq 3000 baş xırdabuynuzlu, 100 iri buynuzlu, 40 minlik Prado markalı avtomobil, 200 minlik villa əldə edə bilərmi, deyə sual edir.
Quba sakini hesab edir ki, meşələri yoxlamağa gələn komissiya buna göz yumur. Yoxlamaya gələnən Mustafa, Xəlil, Cəlil adlı şəxslərin adı hallanır. Hətta hər meşəbəyidən nələrsə tələb olunduğu da bildirilir. Ona görə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gələn komissiya üzvləri meşə zolağına çıxmayaraq heç bir araşdırma aparmayıblar. Hətta sakin qeyd edir ki, gedib paytaxtda naziri aldadacaqlar ki, meşədə qırıntı yoxdur. Amma, var. Vətəndaş iddia edir ki, Ramin Mürsəlov vəzifəyə gəldiyi gündən yüzlərlə ağac vəhşicəsinə qırılıb və qırılır da. Qırılan ağaclar isə yeşik emalı sexlərinə daşınır, həmçinin kömür istehsalına aparılır.
Kivnews.com olaraq bildirək ki, Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin müdiri Rafiq İsgəndərovun, regional müdir Ramin Mürsəlovun, Şöbə müdiri Fərid Əkbərovun, baş meşəbəyi Qulu Novruzovun əməllərindən geniş bəhs etmişdik. Və əməkdaşımız meşə ərazisində sağlam ağacların qırılması faktı yerində araşdırmaq üçün Quba rayonuna ezam olunaraq baş verənləri elə öz gözləri ilə görərək oradan geniş foto reportaj belə hazırlamışdı. Qeyd edək ki, yaşanan xoşagəlməz hallarla bağlı Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevin adına yazılı müraciət edib.
Kivnews.com
Quba rayon sakini rayonun Qəçreş meşə ərazisinin qırılmasına etraz olaraq ölkə başçısına, o cümlədən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə video müraciət edib. Vətəndaş bildirir ki, rayonun ərazisində yerləşən meşə massivindəki şabalıd, vələs, fıstıq ağacları kütləvi şəkildə qırılır. Maraqlısı ondadır ki, sağlam ağaclar səhiyyə qırma sahəsi adı altında kəsilərək məhv edilir.