Qazaxın xudmani uşaq bağçasında nəhəng oyunlardan çıxırlar. Böyüklərin bu işlərindən bağçadakı uşaqların xəbəri də yoxdur. Onlar böyüyəndə biləcəklər ki, bağçadakı tərbiyəçilər, direktor və ümumən rəhbərlik nə əməllərin sahibidir.
Cahan.info xəbər verir ki, söhbət Qazaxda 3 saylı uşaq bağçasından gedir. Bağçada gedən işlər haqda sosial şəbəkədə diqqət çəkən paylaşımlar var.
Qazaxdan yazırlar ki, Kəmalə və Aynur bacılarının cəngində olan 3 saylı uşaq bağçası bu tərbiyəçilərin talan yuvasına çevrilib.
Bağçada ələbaxımlılıq, pul tələsi, valideynlərin soyulması, dövlətin ayırdığı ərzaq təminatının mənimsənilməsi Kəmalə Saıyeva və Aynur bacılarının əli ilə həyata keçirilir.
Bir müddət əvvəl Kəmalə Sanıyeva bu yeyintilərdə və rüşvət alınmasında kömək edən bir tərbiyəçi ilə qulluqçu işdən azad olunublar. Ancaq özünə "gözün üstə qaşın var" deyən olmayıb.
Kəmalə xanımın yalançılıqdan ibarət əməlləri icra hakiminə qarşı da olubmuş. Qazaxın sabiq başçısı Ayaz Əsgərovun dövründə bağçanın keçmiş müdiri Nəzakət İsgəndərovanın hazırladığı səhnəcik Gül bayramında ona təqdim olunmuşdu.
Bu yay həmin səhnəcikdə adları dəyişi, indiki icra başçısı Rəcəb Babaşova göstəriblər. Kəmalə müəllimənin qızı Pakizə Saniyevanın adıyla təqdim olunan səhnəciklə qızı gözə soxmağa çalışıblar ki, icra başçısı onu işə götürsün.
Mediaxeberleri.az yazmışdı ki, baxçanın müdirəsi Asya Alhüseynova hazırda Bakıda əmək məzuniyyətindədir. Onu əvəzləyən Kəmalə Sanıyevaya baxçadakı boş yerlərə uşağın götürülməsi üçün 50 manatın alınmasını da o tapşırıbmış.
Qazaxın icra başçısı 3 saylı baxçanın açılışı zamanı qrupda 20 nəfər şagirdin olduğunu bilərək, ancaq 15 nəfər uşağın davamiyyətli olmasını soruşduqda, onu aldadıblar.
Bildiriblər ki, “uşaqlar xəstələniblər”. Lakin sonradan həmin boş yerlərə 50 manat şirinlik alınaraq baxçaya uşaq götürülüb. Baxçada müdirəsini əvəz edən Kəmalə Sanıyeva öz yerinə isə müvəqqəti olaraq qızını işlədir.
Baxçaların taleyi Qazax rayon İcra Hakimiyyəti Başçısının xanım müavini Gülayə Həsənovanın kurasiyasındadır. İcra başçısına bağçalar haqqındakı yanlış məlumatları başçıya o çatdırır.
Qeyd edək ki, bu ilin avqustunda 3 saylı körpələr evi-uşaq bağçasının açılışı olub. Qazaxın başçısı Rəcəb Babaşov açılış mərasimində çıxış edərək yeni bağçanın istifadəyə verilməsi münasibətilə valideynləri, bağçanın kollektivini, bütün qazaxlıları təbrik edib.
Şəhər 3 saylı körpələr evi-uşaq bağçasının müdiri Asya Alhüseynova və bağçanın tərbiyəçi müəllimi Kəmalə Sanıyeva çıxış edərək onlar üçün yaradılan yüksək şəraitə görə rayon rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar. Bəli, yaradılan "şərait" göz qabağındadır, istədikləri oyunlardan çıxırlar...