Bu rayonu kim idarə edir? - İDDİA


Bu rayonu kim idarə edir?
Göyçay rayonunda idarə müəsissə təşkilat rəhbərlərini o cümlədən mətbuat nümayəndələrini başçının köməkçısı Vahid adlı şəxs idarə edir. Rayonda olarkən sakinlərdən aldığımız məlumatlara görə, Mehdi Səlimzadə öz yerinə köməkçisini hazırlayır. Vahid İsayev bu gün rayonda özünü icra başçısı kimi aparır. Hörmətli oxucular onuda nəzərinizə çatdıraq ki, köməkçi Vahid İsayev rayona gələn mətbuat nümayəndələrinə rayondan tənqidi yazı yazılarsa sizləri məhkəməyə verəcəm, guya icra başçısı Mehdi Səlimzadə deyil Vahid İsayevdir. Ay Vahid İsayev müəllim sizi biz mətbuat işçiləri çox gözəl tanıyırıq. Rayonda jurnalist araşdırması apardıqdan sonra daha geniş şəkildə mövzuya qayıdacaġıq.

Araşdırma davam edir...

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

Azerinfo.Az
 
Tarix: 19-11-2018, 20:07
Xəbəri paylaş





Xəbər lenti