Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Petr Poroşenko ilə kontaktdan imtina etmədiyini bildirib.
Teleqraf.com-un xəbərinə görə, Putin bunun mürəkkəb məsələ olduğunu deyib.
"Yüksək səviyyədə təmaslara gəlincə, mən bundan imtina etmirəm. Bəli, həqiqətən də danışıqlar aparılmayıb, lakin bu o demək deyil ki, biz istənilən danışıqlara nöqtə qoymuşuq. Baxmayaraq ki, danışmaq çətindir. Çünki nə barədə danışmaq lazım olduğu aydın deyil. Əgər heç bir vəd yerinə yetirilmirsə, nə barədə danışmaq olar?" - Putin deyib.