Dec 03 Sevindik Hətəmov Salyandan Mingəçevirə getmək istəyir
"Salyandan təqdim olunan fotodan görünür ki, pambıq yığmazdan əvvəl onun yarpaqlarının tökülməsinə səbəb olan dərmanın sahələrə vurulmamasına görə, tarla hələ də yaşıl rəngdədir. Yeri gəlmişkən onu da qeyd edim ki, Salyan icra hakimiyyətində bələdiyyələrin və yerli icra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda icra başçısı pambıq yığımına əhalinin marağının olmamasından gileylənib və təklif edib ki, yığıma səhiyyə və təhsil müəssisələrinin texniki işçiləri məcburi qaydada cəlb edilsin. Bu rayonda kombaynların çatışmazlığı da müzakirə mövzusu olub" Teref.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Qubad İbadoğlu yazıb. Məlumata əsasən Salyanın icra başçısı artıq bununla bağlı olaraq yuxarı dairlərdə müzakirə edilib. İcra başçısı artıq iş yerini dəyişmək üçün özünə himayədarlar da axtarmağa başlayıb. Sevindik Hətəmov artıq Salyanda pambıq planını yerinə yetirə bilməməsindən və rayon üzrə kənd təsərrüfatı göstəricilərinin bəbad olması səbəbindən Salyanla vidalaşmaq istəyir. S.Hətəmov Mingəçevirə icra başçısı təyin edilməsi üçün yaxın dostlarına minnətçi düşüb. Saytımıza verilən informasiyaya görə, icra başçısı ilə bağlı isə yuxarı dairlərdə münasibət birmənalı deyil. Teref.az-ın aldığı məluata görə Salyan rayonu şikayətlərə görə ilk yerlərdə gedən rayonlardan biridir.
Bu baxımdan da S.Hətəmovun Salyandan çıxaraq daha yüksək vəzifəyə gətiriləcəyi sual doğurur.
Tarix: 5-12-2018, 08:06