QALMAQALLI TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİ İŞDƏN ÇIXARILDI – FOTO
İmişli Rayon Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb.A24.az-ın əldə etdiyi məlumata görə, İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ramiz Əmirov vəzifəsindən azad edilib.
Təhsil şöbəsinin müdiri vəzifəsinin səlahiyyətlərini müdir müavini Vahid Tağıyev icra edir.
Qeyd edək ki, Ramiz Cahangir oğlu Əmirov 2006-cı ildən bu vəzifəni icra edirdi. Bir müddət əvvəl R.Əmirovun müəllimləri təhqir etdiyi barədə mətbuatda məlumatlar yayılmışdı.
Xatırladaq ki, Azərbaycan Hesablama Palatası bir müddən öncə İmişli Rayon Təhsil Şöbəsinin artıq xərclərə yol verdiyi barədə məlumat yayıb. İmişli rayonunun təhsil müəssisələrində əməyin ödənilməsi ilə bağlı fəaliyyətin araşdırılması nəticəsində müəyyən olunub ki, lazımı avadanlıqlarla təchiz edilmədiyi halda tədris kabinetinə rəhbərliyə görə, kompüterlərə xidmət üçün laborant ştatlarının fəaliyyət göstərməsinə baxmayaraq informatika fənnini tədris edən müəllimlərə kompüterlərə xidmət üçün, normadan artıq saxlanılmış tədris kabinetinə rəhbərliyə görə, şagirdlərin sayı normadan az olan siniflərin yarımqruplara bölünməsi və dərslərin normadan artıq tarifləşdirilməsi səbəbindən Şöbə tərəfindən artıq əməkhaqqı ödənilib. Bununla yanaşı digər artıq xərclərə və qanun pozuntusuna yol verilib.
Tarix: 10-12-2018, 09:05